136
rulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin
yaranmasında H.Əliyevin mühüm rol oynadığını vurğulayan
Moskva və Ümumrusiya sabiq Patriarxı mərhum II Aleksi
Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz ikirləri-
ni aşağdakı kimi şərh edərək demişdir:
“Azərbaycan qədim
dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün
Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən
örnəkdir. Bunun əsası Azərbaycan prezidenti H.Əliyevin
müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi haki-
miyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti
və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din
münasibətlərinin nadir modeli Azərbaycan Respublika-
sında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahə-
də Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənil-
məli və təhlil olunmalıdır.”(116,s.10)
Buradan göründüyü kimi, dövlət-din siyasətinin forma-
laşmasında Azərbaycan modelini nümunə kimi göstərən II
Aleksi bu siyasətin yaradılmasında H.Əliyevin rolunu önə
çəkmiş və bu sahədə Azərbaycanda toplanmış təcrübənin
öyrənilməsini tövsiyə etmişdir.
Xalqımızın dini cəhətdən tolerant olduğunu respubli-
ka mıza səfərə gələn tanınmış dünya dini liderləri də təsdiq
edirlər. Qeyd edək ki, 2010-cu ilin 26-27 aprel tarixində Ba-
kıda keçirilən Dünya dini liderlərinin sammitində iştirak
edən qonaqlar da bunun şahidi olmuşlar. Sammitdə iştirak
etmək üçün Bakıya gələn Moskva və bütün Rusiyanın Pat-
riarxı Kirill Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevlə görüşərkən ona müraciət edərək Azərbaycanda
din lərarası münasibətlərin yaxşı olduğunu və bu işdə İ.Əliye-
vin rolunu xüsusi vurğulayaraq demişdir: “Mən dinlərarası
münasibətlərdə sizin rolunuzu xüsusi vurğulamaq istərdim.
Azərbaycan dövlətində insanların əksəriyyəti İslam dininə
etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da
ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlə-
137
rarası münaqişələr olmamışdır. Müasir terminalogiyadan is-
tifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu
deyərdik.”(117)
Azərbaycanda dini tolerantlığın formalaşmasında Hey-
dər Əliyevin xidmətini dəyərləndirən Ümumgürcüstan
Katalikos Patriarxı II İlya Azərbaycanda mövcud olan dini
tolerantlıqdan və bu sahədə də Heydər Əliyevin və onun da-
vamçılarının xidmətindən bəhs edərək demişdir:
“Bu gün
Azərbaycanda mövcud olan tolerant mühitin formalaş-
masında Heydər Əlirza oğlu Əliyevin xidməti böyük-
dür. Azərbaycanın öz ənənəvi dəyərlərini qoruyub sax-
lamaqla müasir dünyanın çağırışlarına ləyaqətli cavab
verə bilməsi şəxsən onun və onun davamçılarının müd-
rik və uzaqgörən siyasətinin nəticəsidir.” (118,s.13)
Bütün Qafqazın şeyxi Şeyxülislam Allahşükür Paşazadə
Azərbaycanda dini tolerantlıq siyasətinin formalaşmasında
Heydər Əliyevin rolunu izah edərək göstərmişdir:
“Tolerant-
lığın bir dövlət strategiyası olaraq əsasını Ümummilli
liderimiz Heydər Əliyev qoymuş və bu zəngin ənənə ha-
zırda İlham Əliyev həzrətləri tərə indən böyük ləyaqətlə
davam etdirilir. Ölkəmizdə demokratik-hüquqi prinsip-
lərin, din və vicdan azadlığının ardıcıl həyata keçirilmə-
sinin təminatçısı olan möhtərəm dövlət başçımızın qayğı
və diqqəti sayəsində dini baxışından asılı olmayaraq bü-
tün vətəndaşlara bərabər münasibət bəslənilir, ayrı-seç-
kiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst yerinə
yetirmək üçün şərait yaradılır. Məhz Azərbaycanda dini
sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəti-
cəsidir ki, dünya ictimaiyyəti, o cümlədən nüfuzlu bey-
nəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış
dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını,
başqa dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu
yüksək dəyər kimi qiymətləndirirlər.” (119, s.27-28)
138
4.2.Dini tolerantlıq mədəniyyətinin inkişafında
Qafqaz Müsəlmanları İdarəsinin rolu
Azərbaycanın dini rəhbəri bizim müsəlman di-
nimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil
edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın
dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxü-
lislamı adını alıbsa, demək, bu, bizim üçün böyük
vəzifədə... xalqa sədaqətlə xidmət edir, Azərbaycanın
xarici siyasətində özünəməxsus imkanlardan istifa-
də edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə
xidmət edir.
Heydər Əliyev
Respublikamızda dinlərarası dialoqun və dini tolerant-
lıq mədəniyyətinin inkişafında Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) də tarixən özünəməxsus rol oynamış, dini konfessiya-
lar arasında dözümlülüyün təbliğ edilməsində müəyyən fəa-
liyyət göstərmiş və göstərməkdədir. Qafqaz Müsəlmanları
İdarəsi yarandığı gündən cəmiyyətin sosial-mənəvi həyatın-
da müəyyən rol oynamış, bu qurumun rəhbərləri isə dindar-
lar arasında yüksək hörmət və ehtiram qazanmış, bütövlük-
də cəmiyyətdə müəyyən nüfuza malik olmuşlar.
Qafqaz Müsəlmanları İdarəsi islam dini və başqa dinlə-
rin dini rəhbərləri ilə daim müxtəlif görüşlər keçirir və bey-
nəlxalq dini konfranslarda fəal iştirak edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaranması Azər-
baycanın Çar Rusiyası tərə indən işğalından sonrakı dövrə
təsadüf edir. Qeyd edək ki, 1823-cü ildə Qafqazda (Zaqafqa-
ziyada) yaşayan şiə məzhəbli dindarlara başçılıq etmək üçün
çar Rusiyası Ti lis şəhərində şeyxülislam vəzifəsi, Qafqazda
yaşayan sünni məzhəbli dindarlara rəhbərlik etmək üçün isə