161
günümüzün ən aktual problemlərindəndir.
Bu konfransın praktiki əhəmiyyəti ondan ibarətdir ki,
həmin konfransın iştirakçıları dinlərarası dialoq və dini tole-
rantlıqla bağlı dünya ictimaiyyətinə müraciət qəbul etmişlər.
Müraciətdə deyilirdi:
– Biz – islam, xristian və iudaizm dinlərinin nümayən-
dələri, ayrı-ayrı sahələrdə çalışan insanlar belə bir xoş mə-
ramın reallaşması üçün bəşəriyyəti daim zənginləşdirən
tolerantlıq mühitinin dünyada bərqərar olması ikrini uca
tutmağı və gündəlik həyatımızda buna nail olmağı çox vacib
məqsəd hesab edirik;
– Bu gün Qafqazda, xüsusilə də Cənubi Qafqazda yaran-
mış problemlərin həllilndə beynəlxalq birliyin köməyinə et-
hiyac var. Biz, beynəlxalq təşkilatları, o cümlədən ictimai-dini
təsisatları, müxtəlif din və konfessiya mənsublarını bu prob-
lemlərin həllində mümkün olan bütün vasitələrdən istifadə
etməyə çağırırıq;
– Konfrans iştirakçıları Azərbaycanın müxtəlif konfessi-
yalarla sıx əməkdaşlığını diqqətə çatdırmaqla yanaşı, onun
dünya dövlətləri ilə də əlaqələrinin daim yüksəldiyini böyük
məmnunluqla qeyd edirlər;
– Biz, dünyanın müxtəlif elmi mərkəzlərinin, həm ənənə-
vi dinşünaslıqla bağlı, həm də müasir dövrdə aktuallıq qa-
zanmış xüsusi mövzular üzrə birgə tədqiqatların aparılması-
nı məqsədəuyğun hesab edirik;
– Konfrans iştirakçıları siyasi konyukturanı rədd edir və
dünya ictimaiyyətini Qafqazda işğal altında qalmış qədim di-
ni-tarixi maddi-mədəniyyət abidələrinə qarşı törədilən van-
dalizmi qəti şəkildə pisləməyə çağırırlar;
– Biz, Azərbaycan rəhbərliyinə Beynəlxalq konfransın
yüksək səviyyədə keçirilməsinə göstərdiyi diqqət və qayğıya
görə dərin minnətdarlığımızı bildirir və onun nəticələrinin
dünya ictimaiyyətinə çatdırılması üçün zəruri vasitələrdən
istifadə olunacağını bəyan edirik;
162
NƏTİCƏ
Son illərin təcrübəsi bir daha sübut edir ki, görkəmli din
xadimlərinin beynəlxalq səviyyədəki nüfuzu, rəhbərlik et-
dikləri qurumların dinlərarası dialoq formatında, eləcə də
şəxsi dostluq səviyyəsində səmərəli fəaliyyəti olmasaydı,
Şərqlə Qərb arasındakı bəzi qarşıdurmalar o qədər də sabit
olmayan dünyamızı bir-birindən uzaqlaşdırar, ciddi gərgin-
lik mənbəyinə, hətta ağır münaqişələrə səbəb ola bilərdi.
Araşdırmalar göstərir ki, XX əsrin sonu – XXI əsrin əvvəl-
lərində dünya ictimaiyyətini, bəşəriyyəti ən çox düşündürən
qlobal məsələlərdən biri dinlərarası, mədəniyyətlərarası, si-
vilizasiyalararası dialoq məsələsidir. Bu problem son illərdə
bir çox beynəlxalq forum və konfransların əsas mövzusuna
çevrilmişdir. Bu mövzu ilə bağlı keçirilən hər hansı bir bey-
nəlxalq tədbir özlüyündə ayrı-ayrı ölkələri təmsil edən nü-
mayəndələr arasında dialoq mahiyyəti daşıyır. Çünki bu cür
konfranslar müxtəlif ölkələrin və müxtəlif mədəniyyətlərin
təmsilçilərini bir araya gətirir və onların bir-birini tanıması-
na xidmət edir.
Hazırkı şəraitdə dinlərarası, mədəniyyətlərarası və si-
vilizasiyalararası dialoqun əhəmiyyətini yüksək qiymət-
ləndirən Azərbaycan Respublikasının prezidenti İ.Əliyev
müxtəlif xalqların qarşılıqlı anlaşma şəraitində yaşaması-
nın vacibliyini vurğulayaraq ölkəmizin sivilizasiyalararası
dialoqa töhfə verdiyini demişdir: “Sivilizasiyalar arasında
dialoq indiki vaxtda çox geniş müzakirə olunur. Dünya-
nın müxtəlif guşələrində yaşayan insanlar çətinlikləri
aradan qaldırmaq və özlərinin həyatını daha təhlükəsiz
etmək üçün bir-birini daha yaxşı anlamalı, əməkdaşlıq
etməli və bir-birinə kömək etməlidirlər. Bu mövzunun
çox müzakirə olunmasına baxmayaraq, əfsuslar olsun
ki, reallıqda bəzən biz dünyanın müxtəlif yerlərində, ay-
rı-ayrı ölkələrdə müəyyən gərginliyi müşahidə edirik.
163
Milli və dini mənsubiyyəti fərqli olan insanlar arasında
gərginlik özünü biruzə verir. Bu, bütün dünya üçün çox
təhlükəlidir. Azərbaycanda biz sivilizasiyalararası dia-
loqa töhfə verilməsinə çalışırıq.”(146)
Son illərdə dinlərarası, mədəniyyətlərarası, sivilizasiya-
lararası dialoqla bağlı Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərin miqyası və bu məqsədlə respublikamıza gələn
tanınmış ictimai xadimlər, dini rəhbərlər və görkəmli alim-
lərin ikirləri Azərbaycanda dini tolerantlıq mədəniyyətinin
yüksək olduğunu bir daha sübut edir.
Mövcud monoqra iyada aparılan araşdırmalar aşağıdakı
elmi nəticələrin irəli sürülməsinə imkan yaradır:
1. İslam dinində tolerantlığın əsası Qurani-Kərimin surə
və ayələrində irəli sürülmüş və Məhəmməd (s) Peyğəmbərlə
bağlı hədislərdə öz ifadəsini tapmışdır (Bax: Əl-Bəqərə, 256;
Ənam, 108 və s.). Digər tərəfdən tarixi mənbələrə görə, İs-
lam dininin Azərbaycanda yayıldığı dövrdə müsəlmanlar bu
ərazidə yaşayan yəhudilik, xristianlıq və zərdüştlüyün tərəf-
darlarına qarşı ehtiram və dözümlülük göstərmişlər.
2. Tarixi araşdırmalar göstərir ki, Azərbaycan ərazisin-
də yaşayan çoxsaylı etnik və dini qruplar arasında həmişə
yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini
zəmində qarşıdurma olmamışdır. Azərbaycan ərazisində ya-
şayan xalqlar arasında tolerant münasibətlərin formalaşma-
sında onların tale ümumiliyi amili də mühüm rol oynamışdır.
Belə ki, tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə
böyük dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış və-
ziyyət milli-dini fərqlərinə baxmayaraq onları bir-birinə
yaxınlaşmağa vadar etmişdir. Lakin Azərbaycanda milli-dini
tolerantlığa təhlükə yaradan erməni şovinistləri olmuşdur.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş
verməsə də, Erməni-Qriqoryan kilsəsi azərbaycanlılara qar-
şı tarixən düşmənçilik toxumu səpən dini-ideoloji mərkəz
Dostları ilə paylaş: |