158
sında dialoqu möhkəmləndirməyə xidmət etməklə yanaşı
sivilizasiyalararası dialoqu dəstəkləyən ölkə kimi respubli-
kamızın beynəlxalq nüfuzuna müsbət təsir etmişdir. Prezi-
dent İ.Əliyevin rəhbərliyi ilə respublikamızda keçirilən bu
tipli beynəlxalq tədbirlər mədəniyyətlərarası və dinlərarası
dialoqun səmərəli inkişafına böyük töhfələr verməkdədir.
Belə bir konfransın Bakıda keçirilməsinin mühüm əhə-
miyyət kəsb etdiyini vurğulayan Azərbaycan Respublikası-
nın Prezidenti İ.Əliyev öz çıxışında demişdir:
«Biz buna da
çox sevinirik və çox şadıq ki, bu gün Şərqlə Qərbin kəsiş-
diyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin
nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm
veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünki indiki
zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniy-
yətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər,
dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda
gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm
ki, bu gün Azərbaycanda başlayan Bakı prossesi mədə-
niyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini ver-
sin.»(142)
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavü-
zü sosial-iqtisadi sahələrlə yanaşı mədəni irsimizə də çox
böyük ziyan vurmuşdur. Bu faktı beynəlxalq təşkilatlar da
artıq təsdiq etməkdədirlər. Erməni işğalçılarının Azərbayca-
nın mədəni abidələrini məhv etməsindən bəhs edən Prezi-
dent İ.Əliyev bununla əlaqədar müəyyən faktları açıqlayaraq
demişdir:
«2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiya-
sı Azərbaycanın Ermənistan tərə indən işğal olunmuş
bölgələrində monitorinq keçirilmişdir. Bu monitorinq
əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Mə-
ruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə sa-
lamat bina qalmamışdır. Bütün bunlar, bütün tarixi abi-
159
dələr Ermənistan tərə indən dağıdılıbdır. Mədəniyyət
ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş
etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan
edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məsçidlərimiz
dağıdılıbdıq. Bütün bunları Ermənistan dövləti edibdir.
ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqlə-
yib və öz məruzəsində göstəribdir.»(143)
Prezident İ.Əliyev burada işğalçı ermənilərin mədəni
müxtəli liyə (multikulturalizmə) qarşı düşmən mövqeyin-
də olduğunu konkret faktlar əsasında şərh etmişdir. Mədəni
müxtəli liyə qarşı çıxmağı isə, bəşəri dəyərlərə qarşı çıxmaq
kimi dəyərləndirmək olar. Bu baxımdan mədəni müxtəli li-
yin bəşəriyyət üçün mühüm əhəmiyyəti və vacibliyi haqqın-
da Avropa Şurasının keçmiş Baş katibi Terri Devisin Bakıda
keçirilən beynəlxalq konfransdakı çıxışında söylədiyi ikir-
lərə diqqət yetirək: «Biz burada təcrübə mübadiləsi apar-
maq və birgə irəliləyişə nail olmaq üçün bir araya gəlmişik.
Biz hamımız çoxmillətli cəmiyyətlərdə bu və ya digər yolla,
mədəniyyətin müxtəli liyinə daha da meyilliyik. Bir çox hal-
larda təbii müxtəli lik ətraf mühit üçün nə qədər vacibdirsə,
mədəniyyət müxtəli liyi də bəşəriyyət üçün bir o qədər va-
cibdir. Lakin biz hələ də bəzi hallarda milli, etnik, linqvistik
stereotiplər haqqında düşünürük.»(144)
Son dövrlərdə regional münaqişələrdə din amilinin
mühüm rol oynadığını nəzərə alan Azərbaycan rəhbərliyi
müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın əhəmiyyətini
önə çəkərək bu sahədə bir çox tədbirlər həyata keçirmişdir.
Bu tədbirlərədən biri əvvəlki bölmələrdə qeyd etdiyimiz
kimi «Dinlərarası dialoq : qarşılıqlı anlaşmadan birgə əmək-
daşlığa doğru» mövzusunda Beynəlxalq konfransın 6 noyabr
2009-cu ildə Bakıda keçirilməsidir.
Ümumiyyətlə, «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan
birgə əməkdaşlığa doğru» mövzusunda Beynəlxalq konf-
160
ransın iştirakçıları, dünyanın müxtəlif dövlət institutlarının,
dini, ictimai qurumların nümayəndələri müasir dövrdə din-
lərarası dialoqu müxtəlif sivilizasiyaların yaxınlaşmasına tə-
kan verən səmərəli fəaliyyət forması kimi çox yüksək dəyər-
ləndirmişlər.
Bu konfransın Bakıda keçirilməsi Azərbaycanın dini və
milli cəhətdən tolerant ölkə olduğunu bir daha beynəlxalq
konfransın iştirkçılarının nəzərinə çatdırdı. Azərbaycanın
tarixən yüksək dini tolerantlıq mədəniyyətinə malik bir
ölkə olduğunu konfrans iştirakçılarına bəyan edən Azərbay-
can Respublikasının prezidenti İ.Əliyev bu haqda demişdir:
«Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin
inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi qurluş-
dan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini
və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə
olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zaman-
da, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azər-
baycanda fəaliyyət göstərən dini qurumların əməyinin
praktiki nəticəsidir.»(145,s.30)
Çağdaş dünyada dinlərarası əməkdaşlığa ehtiyac art-
maqdadır. Tolerantlığın ən kamil, mədəni və işgüzar ifadə
forması olan dinlərarası dialoq isə Şərqlə-Qərb arasında ən
etibarlı ünsiyyət amilinə çevrilmişdir. Konfrans iştirakçıları
bu konteksdə «Dinlərarası dialoq: qarşılıqlı
anlaşmadan bir-
gə əməkdaşlığa doğru» mövzusundakı Beynəlxalq konfran-
sın Azərbaycanda keçirilməsini basqa ölkələr üçün yüksək
tolerantlıq örnəyi kimi qiymətləndirmişlər. Konfrans işti-
rakçıları belə bəşəri dəyərlərə bağlılıqlarını etiraf etməklə
yanaşı, bildirmişlər ki, dinlərarası tarixi-ənənəvi əlaqələrin
gələcəkdə daha da inkişaf etdirilməsi, dövlət və din müna-
sibətlərinin ancaq humanist meyarlarla cilalanması, ötən
əsrlərdə pozulmuş, yaxud çox ciddi şəkildə deformasiyaya
uğramış milli-dini münasibətlərin yenidən bərpa olunması