152
gözəl otaqlarını hazırlayırdılar. Orada xalçalar döşəyirdilər
ki, qonaqlar burada öz müsəlman qaydaları ilə ibadətlərini
etsinlər.”(133,s.37)
Dini liderlərin bu çıxışlarından göründüyü kimi, Azər-
baycan tarixən qonşu xalqlarla və başqa dinə mənsub olan
insanlarla dostluq münasibətlərində və sülh şəraitində yaşa-
mış, heç bir dini ayrı-seçkiliyə yol verməmişdir.
Azərbaycanda qonaq olan Rusiya Federasiyası Dağıstan
Respublikasının sabiq Prezidenti Muxu Əliyev də Azərbayca-
nın yüksək tolerantlıq mədəniyyətinə malik bir ölkə olduğu-
nu vurğulayaraq bu ənənənin davam etdirilməsində prezi-
dent İ.Əliyevin və Şeyxülislam A. Paşazadənin rolunu xüsusi
qeyd edərək demişdir: “Hörmətli İlham Heydər oğlu, əsasən,
Sizin və Şeyxülislamın səyləri sayəsində Azərbaycan bu gün
dünyaya sivilizasiyalararası, konfessiyalararası razılığın,
tolerantlığın ictimai həyatın adı vəziyyətinə çevrildiyi ölkə
kimi qəbul olunur. Hesab edirik ki, Bakı İslam Konfransı Təş-
kilatı tərə indən haqlı olaraq 2009-cu ilin İslam mədəniyyəti
paytaxtı elan olunmuşdur və bu işdə Sizin xidmətləriniz bö-
yükdür.”(134,s.41)
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksək
olduğunu H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSES-
KO-nun xoşməramlı sə iri Mehriban xanım Əliyeva da bey-
nəlxalq tədbirlərdə yüksək tribunalardan həmişə xarici ölkə
nümayəndələrinin diqqətinə çatdırmışdır. Məsələn, 10 iyun
2008-ci il tarixində “Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən
beynəlxalq Forumda çıxış edən Mehriban xanım Əliyeva
Azərbaycan xalqının tarixən ta qədimdən dini tolerantlıq
mədəniyyətinə malik olan bir xalq olduğunu vurğulayaraq
demişdir: “Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən
ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaratmışdır.
Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin
153
iz qoymuşdur. Indi də bizim cəmiyyətdə belə bir tolerantlıq
ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müd-
dətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi,
katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı
mövcuddur. Onların coğra i yaxınlığı faktı belə, yüksək tole-
rantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş
etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyər-
lərlə üst-üstə düşdüyünü təsdiq edir.”(135)
Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olma-
sı respublikamıza gələn müxtəlif peşə adamlarının diqqətini
cəlb edir. Məsələn, 2011-ci ilin iyul ayında Avropa Şurası Par-
lament Assambleyasındakı Avropa Xalq Partiyası qrupunun
nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur. Nü-
mayəndə heyətinin üzvləri iyul ayının 21-də Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsində olmuş və burada “Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinləra-
rası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda ke-
çirilən “Dəyirmi masa”da iştirak etmişlər. “Dəyirmi masa”da
müzakirələrə qoşulan nümayəndə heyətinin üzvü - Avropa
Xalq Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının
sədri Luka Volente Azərbaycanda tolerantlıq ənənəsinin qə-
dimliyini və müasirliyini xüsusi vurğulayaraq, onun bu gün
bütün dünya, xüsusilə də Avropa üçün örnək ola biləcək sə-
viyyəsindən danışaraq qeyd etmişdir ki: “Dinlərarası dialoq
bu gün yaxşı düsturdur və onun üzərində müntəzəm işləmək
lazımdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən
öyrənmək lazımdır. Azərbaycan tolerantlığının ən böyük
dəyəri isə ondadır ki, o, siyasi qərar deyil, xalqın təbii həyat
tərzidir.”(136,s.28)
“Dəyirmi masa”dakı çıxışında dini tolerantlıq sahəsində
Azərbaycanın başqa müsəlman ölkələrinə nümunə ola bilə-
cəyini vurğulayan Luka Volante bu məsələdə ölkəmizi hətta
Avropa məkanı ilə müqayisə edərək demişdir: “Tolerantlığın
154
Azərbaycan modeli bizim üçün çox maraqlıdır. Bu model bir
çox ölkələrə, o cümlədən müsəlman ümmətinə də örnək ola
bilər. Biz Avropada görmək istədiklərimizi Azərbaycanda gö-
rürük.”(137,s.31)
Müstəqillik dövründə respublikamızda dini tolerantlı-
ğın real şəkildə həyata keçirilməsində ölkə rəhbərliyinin,
o cümlədən prezident İlham Əliyevin ölkədə tolerantlığın
və dini etiqad azadlığının təminatçısı olduğu xüsusi olaraq
qeyd edilməlidir. Məlumdur ki, Azərbaycan çox konfessiyalı
bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abi-
dələr mövcuddur. Bu dini abidələrdən biri də Oğuz kəndinin
Nic kəndində yerləşən və udinlərə məxsus olan Müqəddəs
Yelisey (Çotari) kilsəsidir. Qeyd edək ki, alban-udin dini abi-
dələrindən olan Müqədds Yelisey kilsəsi 1723-cü ildə tikilib
və udinlərin əsas ibadət məbədi kimi fəaliyyət göstərmişdir.
Lakin 1836-cı ildən bu kilsə “Rusiya müqəddəs Sinodu”nun
xüsusi qərarı ilə erməni qriqoryan kilsəsinin sərəncamına
verilib. Həmin vaxtdan udinlər bu qərara etiraz əlaməti ola-
raq kilsəyə getməyiblər və o vaxtdan istifadəsiz qalan kilsə
dağılmaq səviyyəsinə düşmüşdür.
Lakin ölkə prezidenti İlham Əliyev 2005-ci ildə Nic kən-
dində sakinlərlə görüşdükdən sonra Alban tarixi-dini abi-
dələrinin bərpa edilməsinə aid göstəriş vermişdir. Məhz
prezidentin bu göstərişindən sonra Alban dini-tarixi abi-
dələrinin bərpası başlanmış və udinlərin dini mədəni irslə-
rinin bərpasına şərait yaradılmışdır. Abadlaşdırılan və bərpa
edilən bu cür abidələrdən biri də Qafqazda, eləcə də dünyada
ən qədim xristianlıq məbədlərindən sayılan, vaxtilə Şəkinin
Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Tarixən bi-
zim eranın IV-V əsrlərinə aid olan bu kilsənin təmirinə 2000-
ci ildə başlanmış, 2003-cü ildə isə bu dini-tarixi abidə əsaslı
şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. Eyni zaman-
da, Nic kəndində və Oğuz rayonunun digər kəndlərində Al-
Dostları ilə paylaş: |