155
ban-Udin dini icmaları yaradılmışdır. Bütün bunlar Azərbay-
can Respublikasında dini tolerantlıq
mədəniyyətinin yüksək
səviyyədə olduğunu göstərən faktdır.
Bütün bu tədbirlərin həyata keçirilməsi erməni KİV-lə-
rinin irəli sürdüyü guya Azərbaycanda xristianların, o cüm-
lədən udilərin sıxışdırılması və assimiliyasıyası haqqında
böhtan və cəfəngiyyata zərbə vurdu. Qeyd edək ki, Azərbay-
canda Alban-Udin Xristian İcmasının dirçəldilməsi və dini
məbədlərin bərpası, təkcə Azərbaycan tarixində deyil, həm
də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir və
ölkəmizin bir daha dini tolerantlıq mədəniyyətinin səviyyə-
sini bütün dünyaya göstərdi.
2011-ci ildə Dini qurumlarla İş üzrə Dövlət Komitəsin-
də dinlərarası dialoqla bağlı təşkil edilmiş “Dəyirmi masa”da
çıxış edən Alban-Udin xristian icmasının sədri Robert Mobi-
li Azərbaycanın tolerantlığın vətəni olduğunu vurğulayaraq
demişdir: «...tolerantlıq fransız sözü olsa da, onun vətəninin
Azərbaycan olduğunu hesab etmək mümkündür. Ölkəmiz-
də elə bir məkan var ki, cəmisi 100 kvadratmetirlik balaca
bir sahədə (hazırki Oğuz rayonunun Nic kəndi nəzərdə tu-
tulur-H.S.) üç dinə -iudaizm, xristianlıq və islam dininə aid
məbədlər yanaşı inşa edilmişdir, belə bir fakta dünyada çox
az halda şahid ola bilərsiniz.»(138,s.30)
Öz çıxışında R.Mobili 1836-cı ildə Çar Rusiyası tərə indən
Alban kilsəsinin erməni Eçmiədzin kilsəsinə tabe edilməsini
və bundan sonra alban-udinlərin qriqoryanlaşdırılması və
erməniləşdirilməsi prosesini vurğulayaraq tədbirdə iştirak
edən Avropa Parlament Asambleyasının nümayəndələrinə
müraciət edərək demişdir: «Amma mən qədim Azərbaycan
mədəniyyətinin varisi olan bir xalqın nümayəndəsi kimi
avropalı deputatların diqqətinə çatdırmaq istərdim ki, bu
ölkənin yerli xalqı bizik, ermənilər deyil, bu gün malik ol-
duğumuz milli-dini dözümlülük key iyyəti Azərbaycan ger-
156
çəkliyini əsr lər boyu öz mənəvi dəyərlərində yaşayan alban-
udin lərin yaşayış tərzindədir.»(139,s.30)
Son illərdə respublikamızda dinlərarası dialoqa həsr
edilmiş beynəlxalq miqyaslı bir çox tədbirlər keçirilmişdir.
Bu beynəlxalq miqyaslı tədbirlərdən biri də 2010-cu ilin 26
aprelində dünya dini liderlərinin «Qloballaşma, din, ənənəvi
dəyərlər» mövzusunda Bakıda keçirilən sammitidir. Bu sam-
mitdə dünyanın 33 ölkəsindən
ənənəvi dünya dinlərini təm-
sil edən 200-dən çox nümayəndə iştirak etmişdir. Dünya dini
liderlərini bir araya toplayan bu cür mötəbər bir sammitin
Bakıda keçirilməsini Azərbaycan Respublikasının regionda
və dünyada beynəlxalq nüfuzunun artdığını göstərən ha-
disə kimi dəyərləndirmək olar. Son illər bu kimi beynəlxalq
tədbirlərin Bakıda keçirilməsinin böyük siyasi əhəmiyyət
kəsb etdiyini qeyd edən Azərbaycan respublikasının pre-
zidenti İ.Əliyev sammitdəki çıxışında dinlərarası dialoqa
Azərbaycanın töhfə verəçəyini vurğulayaraq bu məsələdən
bəhs edərək demişdir:
«Mən şübhə etmirəm ki, bu gözəl
görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və
ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilmə-
sinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır.
Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azər-
baycanın dinlərarası dialoqun bir növ mərkəzinə çev-
rilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən,
bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox
yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bi-
zim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası di-
aloqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə
Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə da-
vam edəcəkdir.»(140)
Buradan göründüyü kimi, prezident İ.Əliyev son illərdə
Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsini
iki amillə şərh etmişdir: birincisi, bu məsələni İ.Əliyev «Azər-
157
baycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olması-
nın təzahürü kimi» şərtləndirmiş, ikincisi isə, regionda «din-
lərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi
işinə Azərbaycanın öz töhfəsini verməsi» kimi dəyərləndir-
mişdir. Prezident İ.Əliyev Azərbaycanda dini və milli zəmin-
də vəziyyətin yaxşı olmasını öz çıxışında məntiqi cəhətdən
aşağdakı kimi əsaslandırmişdır:
«Qeyd etdiyim kimi, əsr-
lər boyu Azərbaycanda bütün millətlərin, bütün dinlə-
rin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin
inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu
proses uğurla davam edir. Azərbaycanda bütün azadlıq-
lar mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə
təmin edilir. Azərbaycanda gündəlik fəaliyyət göstərən
mindən çox məscid mövcuddur. On bir kilsə, altı sinaqoq
və digər dini məbədlər fəaliyyət göstərir.»(141)
Avropa Şurasına (AŞ) üzv olan dövlətlərin mədəniyyət
nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qon-
şu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” möv-
zusunda Bakıda keçirilən konfransda 250-dən çox nümayən-
də, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq
təşkilatın rəhbəri, alimlər QHT və media nümayəndələri
iştirak etmişlər. Konfransda AŞ-nın üzvü olan ölkələrin, Av-
ropa Mədəniyyət Konvensiyasını imzalayan dövlətlərin, YU-
NESKO-nun təmsilçiləri ilə yanaşı islam ölkələri Elm, Təhsil
və Mədəniyyət Təşkilatının (İSESKO), Ərəb Dövlətləri Liqası
ölkələrinin Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALES-
KO) yüksək rütbəli nümayəndələrinin iştirak etməsi bu təd-
birin beynəlxalq əhəmiyyət daşıdığını göstərir. Bu baxımdan
Şərq və Qərb mədəniyyətlərini təmsil edən rəsmi nümayən-
dələrin iştirak etdiyi Bakı konfransını nəinki, Azərbaycanın
və Qərbin, eyni zamanda, Şərqin mədəni həyatında mühüm
hadisə hesab etmək olar. Avropa Şurası ilə Azərbaycanın bir-
gə təşkil etdiyi bu konfrans müxtəlif xalqlar və dövlətlər ara-