146
on gün və ya Əfqanıstandakı kimi on il davam edə bilər, la-
kin haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Nə olursa ol-
sun, Allah-Təalanın köməyi ilə ədalət Azərbaycanda da zəfər
çalacaqdır, xalqımızın sovet əsgərlərinin gülləsinə tuş gəlib
həlak olmuş oğlan və qızları da öz həyatlarını bunun naminə
qurban vermişlər.»(126)
Qeyd edək ki, həmin dövrdə SSRİ kimi böyük bir dövlətin
başçısını ittiham edən və onu bütün dünyada nüfuzdan sa-
lan bu məktubu yazmaq cəsarət tələb edirdi. Digər tərəfdən
sərt informasiya blokadasına salınmış Azərbaycanda xalqı-
mızın 20 Yanvar faciəsinin dünya ölkələrinə çatdırılmasında
bu məktub böyük əks-səda vermişdir. Bu məktubun mətni
müxtəlif dillərə tərcümə edilib Bakının küçələrinə yapışdı-
rılmış və çox çətinliklə bir çox beynəlxalq informasiya kanal-
larına göndərilmişdir. Bu baxımdan M.Qarbaçova ünvanlan-
mış həmin məktubu Azərbaycan xalqının Sovet rəhbərinə
qarşı etiraz və nifrət bəyanatı kimi dəyərləndirmək olar.
Bundan başqa Şeyxülislam Hacı Allahşükür Paşazadə Xo-
calı və 31 mart soyqırımlarının ildönümləri ilə bağlı dəfələr-
lə Beynəlxalq Təşkilatların rəhbərlərinə, dünya ölkələrinin
dövlət başçılarına, parlamentlərinə, dini rəhbərlərinə müra-
ciətlər ünvanlayaraq onları Ermənistanın Azərbaycana qarşı
həyata keçirdiyi işğalçılıq fəaliyyətinə ədalətli və hüquqi qiy-
mət verməyə çağırmışdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti, tək-
cə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Şeyxülislam
regionda və dünyada müsəlmanların mənafeyinə təhlükə
yaradan hər hansı bir hərəkətə qarşı çıxaraq bununla əlaqə-
dar həmişə müxtəlif informasiya kanallarında bəyanatlar
vermişdir. Məsələn, 1999-cu ildə Rusiya Federasiyasının sa-
biq prezidenti B. Yeltsinə ünvanladığı məktubda rəsmi Mos-
kvanın bölgədə yürütdüyü siyasətin çeçen xalqının məhvinə
yönəldiyini vurğulayaraq bunu qətiyyətlə pisləmiş və terro-
147
rizmlə mübarizə adı altında bütöv bir xalqın terrorist, eks-
tremist, cinayətkar adlandırılmasına qəti etirazını bildirmiş-
dir. Şeyxülislam Hacı A. Paşazadə Əfqanıstan və İraqda hərbi
qarşıdurmalar zamanı müsəlmanların, ümumiyyətlə, dinc
əhalinin öldürülməsi, vətənindən didərgin salınması faktla-
rına qarşı kəskin etirazını bildirərək bəyanatlar vermişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev in-
formasiya mübarizəsində mühüm rol oynayan, Azərbayca-
nın ağır günlərində baş verən hadisələri cəsarətlə müxtəlif
informasiya kanalları vasitəsilə dünya ictimaiyyətinə çatdı-
ran Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Pa-
şazadənin fəaliyyətini yüksək qiymətləndirərək demişdir:
«Şeyx həzrətləri 30 ildir ki, bu böyük vəzifədə Azərbay-
canın naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm
müstəqil Azərbaycanda. Əlbəttə ki, bu dövrlərin arasın-
da çox böyük fərq vardır. Amma buna baxmayaraq, şeyx
həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində hə-
mişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çə-
tin anlarında o, birinci sıralarda idi. Müstəqilliyimizin
ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr
zamanı şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş
mövqeyi Azərbaycanı daha böyük bəlalardan qurtara
bilmişdir.»(127)
QMİ-nin sədri A.Paşazadə nəinki Azərbaycan, həm də
bütün Qafqaz regionunda baş verən hadisələrin real mən-
zərəsini dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşəb-
büs göstərərək «Qafqazinform» agentliyinin açılmasına nail
olmuşdur. Qeyd edək ki, «Qafqazinform» agentliyi Qafqaz
regionunda radikal qüvvələrin etnik qarşıdurma yaratmaq
kimi çirkin niyyətlərinin qarşısının alınmasında və Qafqazda
baş verən hadisələrin informasiya kanallarında obyektiv şə-
kildə işıqlandırılmasında əhəmiyyətli rol oynamışdır.
A.Paşazadə beynəlxalq aləmdə həm dini lider, həm də
148
ictimai xadim kimi öz fəaliyyətini davam etdirməklə Azər-
baycanı xaricdə ləyaqətlə təmsil edir. Bir çox beynəlxalq
təşkilatlar onun böyük din alimi olduğunu və şəxsiyyəti-
ni nəzərə alaraq dünyanın mötəbər təşkilatlarının rəyasət
heyətinə üzv seçmişlər. Buna misal olaraq, A.Paşazadənin
üzv olduğu beynəlxalq təşkilatlara – Ümumdünya İslam
Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh
Şurası, «Vicdana çağırış» Beynəlxalq Fondu və s. beynəlxalq
təşkilatları göstərmək olar. 2009-cu ilin iyun ayından isə A.
Paşazadə Müstəqil Dövlətlər Birliyi müsəlman dini lider-
lərinin Məşvərət Şuarsının sədri seçilmişdir. O, son illərdə
bir çox beynəlxalq dini-elmi konfransların təşəbbüskarı və
təşkilatçısı olmuş, bu konfranslarda Qafqazı və Azərbaycanı
təmsil etmişdir. Məsələn, A.Paşazadə 1998-ci ildə «Müasirlik
və dini-mənəvi dəyərlər», 2003-cü ildə «Allahın lütfü, xalqın
xilaskarı», 2004-cü ildə «Qloballaşma və islam», 2005-ci ildə
«Qloballaşan dünyada islam», 2006-cı ildə «İslamda dözüm-
lülük, tolerantlıq» mövzularında keçirilən beynəlxalq konf-
ransların birbaşa təşkilatçısı olmuşdur. A.Paşazadə Qafqaz
regionunda və beynəlxalq miqyasda dini lider və ictimai
xadim kimi göstərdiyi sülhməramlı fəaliyyətinə görə bir çox
dövlətlərin, beynəlxalq elmi-dini təşkilatların bir sıra orden
və medalları ilə təltif edilmişdir.
Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri
Hacı A.Paşazadənin Azərbaycanın dini rəhbəri kimi rolunu
və onun Azərbaycan dövlətçiliyinin inkişafındakı rolunu
Ümummilli lider Heydər Əliyev aşağıdakı kimi qiymətlən-
dirmişdir: «Azərbaycanın dini rəhbəri bizim müsəlman
dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil
edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini
rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı
adını alıbsa, demək, bu, bizim üçün böyük vəzifədə...
xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasə-
Dostları ilə paylaş: |