143
təcrübəsini yada salmış, eyni zamanda hazırki şəraitdə dini
dözümsüzlüyün inkişafının insanlarda narahatçılıq yarat-
dığını vurğulamışdır. Prezident İlham Əliyev bu məsələlər-
dən bəhs edərək yazmışdır:
«Bir çox nəsillər dünyanın bir
çox dinlərinə dərin ehtiram şəraitində və ümumbəşəri
dəyərlərə möhkəm sadiqlik ruhunda tərbiyə edilmiş-
dir. Bizim üçün mədəniyyətlərin və dinlərin dialoqu
cəmiyyətimizin və yaradıcı mühitin atributuna çevrilə
bilmişdir. Biz eyni vaxtda narahatlıq hissi keçiririk ki,
mədəniyyətlərin və sivilizasiyaların dialoqu barədə ça-
ğırışlara baxmayaraq, dünyada ksenofobiya, dini və irqi
dözümsüzlük inkişaf edir, müsəlmanların mən i imi-
cinin yaradılması ətrafında vəziyyət gərginləşdirilir».
(124)
Məlumdur ki, son illərdə dünyanın müxtəlif regionların-
da, eyni zamanda MDB məkanında lokal münaqişələrin
sən giməməsi, dini don geyindirilmiş terror aktlarının baş
verməsi, ekstremizmin və separatçılığın artması dünya ic-
timaiyyətini narahat etməkdədir. Məhz, bu cür mən i meyl-
ləri aradan qaldırmaq dini liderlərin qarşısında duran va cib
məsələlərdən biridir. Bu cür mürəkkəb məsələlərin həll edil-
məsi dinlərarası və millətlərarası həmrəyliyin yaradılmasını
zəruri edir. Bütün bu məsələlərə diqqət yetirən Azərbaycan
respublikasınin prezidenti İlham Əliyev Moskva konfransı-
nın iştirakçılarına göndərdiyi məktubda dini liderlərə mü-
raciət edərək yazmışdır:
«...Tariximizin bu mürəkkəb
dövründə sizin konfessiyalararası və millətlərarası
həmrəylik məsələlərini müzakirə etməyiniz olduqca
aktual və vaxtında görülmüş tədbirdir. Əminəm ki, sizin
konfrans bu mürəkkəb problemlərin həll edilməsinə
layiqli töhfəsini verəcək və konstruktiv dialoqa kömək
göstərəcəkdir.» (125)
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin