Əlyazması hüququnda tanriverdiyev elmir nəSİB oğlu



Yüklə 478,24 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix24.12.2023
ölçüsü478,24 Kb.
#160025
1   ...   9   10   11   12   13   14   15   16   17
Dissertasiya...

 


63 
NƏTİCƏ 
 
Bu gün dəmir yolu ən təmiz nəqliyyat növlərindən biri hesab edilir. 
Elektrikləşdirilmiş dəmir yollarında sabit və dəyişən cərəyandan istifadə edilir ki, bu 
da lokomotiv və vaqonların elektrik təchizatında müxtəliflik yaradır. Elektrik qatarları 
ilə yanaşı ölkəmizdə dizel qatarlarından da istifadə olunur. Bakı – Sumqayıt sürət qatarı 
fasiləsiz sərnişin daşımalarını həyata keçirir. Bu tədqiqat işində araşdırılan məsələlər 
təkcə Bakı – Sumqayıt qatarına deyil, onun nümunəsində digər yollarda yük və sərnişin 
qatarlarına və dəmir yollarına tətbiq edilə bilər. Dissertasiya işindən aşağıdakı mühüm 
nəticələr alınmışdır: 
1. Bakı – Sumqayıt dəmir yolunun inkişaf xüsusiyyətləri araşdırılmış, həmçinin 
Abşeronda günəş enerjisindən istifadə verilmişdir. Dəmir yollarının elektrik yükləri 
təyin edilmişdir. Əsas yük lokomotivlərin qəbul etdiyi cərəyanlardır. Bundan başqa, 
aşağı gərginlikli avadanlıqlar da mövcuddur ki, bu avadanlıq və cihazlar kiçik gec tələb 
etməsinə baxmayaraq, elektrik təlabatçılarının əsas hissəsini təşkil edir və I 
kateqoriyaya aiddir. Bu işlədicilər müəyyən edilmiş və onların bərpa olunan enerji ilə 
təmin edilməsinin mümkünlüyü göstərilmişdir. Beləliklə, bu işlədiciləri BOEM-in 
hesabına elektrik şəbəkəsindən qismən ayırmaq mümkündür. 
2. Bərpa olunan enerji mənbələrinin nəqliyyatda tətbiqi məsələləri araşdırılmış, digər 
nəqliyyat növləri ilə yanaşı dəmir yol nəqliyyatında da tətbiq olunması müəyyən 
edilmişdir. Biz dünya praktikasından nümunələr götürməklə ölkəmizdə bu sistemin 
inkişaf etdirməyin əlverişli olduğunu təyin etmişik. İlk öncə yollarda günəş 
panellərinin quraşdırılması araşdırılmışdır. Bu yollar dəmir yolları və avtomobiil 
yolları, körpülər, keçidlər, yolların zolaqları arasındakı boş sahələrdə, dəmiryol 
stansiyaları və qovşaqlarında günəş panellərinin quraşdırılması və onların şəbəkəyə 
qoşulması təyin edilmişdir. Günəş enerjisi haqqında çoxlu elmi araşdırmaları nəzərə 
alıb, onun dəmir yollarında istifadəsi zamanı mövcud sistemin optimallaşdırılması və 
bununla enerji effektivliyinin yüksəldilməsi verilmişdir. Amerika və Hindistan 
təcrübəsindən günəş qatarı texnologiyası öyrənilmiş və onun Bakı – Sumqayıt 
qatarında tətbiqinin əlverişli olması göstərilmişdir.


64 
3. Bakı – Sumqayıt qatarında günəş panellərinin dam örtüyünə tətbiqi və bu məsələ 
haqqında məlumatlar toplanmış, PV panellər layihələndirilmişdir. Dissertasiya işində 
iki müxtəlif stansiya üçün gələcəkdə quraşdırılması planlaşdırılan günəş 
batareyalarının tətbiqi təsvir olunmuşdur. Burada Azərbaycan Dəmir Yollarının “Bakı 
– Sumqayıt” yolunun “Biləcəri”və “Güzdək” stansiyalarında quraşdırılması plandadır.
İlkin məlumatlar ADY QSC-indən əldə olunmuş və layihədə istifadə edilmişdir. 
Elektrik qatarı ilə yanaşı dizel qatarlarında da günəş panelləriinin tətbiqi 
araşdırılmışdır. Burada enerji effektivliyinin artırılması və dünya təcrübəsindən 
nümunələr təqdim olunmuşdur. Ölkəmizdə günəş enerjisinin potensialını nəzərə alaraq 
əminliklə demək olar ki, araşdırma mühüm töhvə verəcəkdir. Dəmir yoolunun 
avtomatika, telemexanika və İMB qurğularının enerji təchizatı üçün günəş 
panellərindən istifadə enerji səmərəliliyinin yüksəlməsinə səbəb olacaqdır.
Müasir texnologiyadan və günəş panellərindən istifadə edərək, Bakı – Sumqayıt 
dəmir yolunda 25%-dək enerjiyə qənaət olunmasına nail oluna bilər. Nəzərə alsaq ki, 
Azərbaycan Dəmir Yolları enerji təchizatı baxımından, tamamilə enerjisistemdən 
asılıdır. Bu layihələrin yerinə yetirilməsi ilə verilmiş rəqəm mövcud vəziyyətdə çox 
əlverişlidir. 


65 

Yüklə 478,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə