Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə24/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

87 


M

ərsiyə 

–  m


əzmunu müsibətnamədən ibarət olan vokal əsər.  Musiqisi  muğamların 

ən yanıqlı intonasiyaları üzərində tərtib olunduğundan təsirli səslənir. 

 

M

əsihi 

– 1. Rast d

əstgahının son şöbəsi;  

2. Az


ərb. kl. mus-də: Nəva dəstgahında  Hüseyni  ilə  Şahnaz  arasında 

yerl


əşən şöbə;  

3. İran musiqisində: Segah dəstgahında Rəhab ilə Şah-Xətai arasında, Nəva 

d

əstgahında Busəlik ilə Təxt-taqdis (ya da Təxt-Kavus) arasındakı şöbə. 



 

M

əsnəvi 

–  1. Az


ərb. kl. mus-də: Mahur dəstgahının  sonunda  Şüştər ilə  Suzi-güdaz 

arasında  bulunan  şöbə  (haman  şöbə  Rəhab dəstgahının  sonunda,  yenə  də 

Şüştər ilə Suzi-güdaz arasında ifa olunduqda – Məsnəviyi-səqil adlandırılır);  

2. İran musiqisində:  

a) Şur dəstgahının son şöbəsi;  

b) Bayatı-İsfahan muğamının Üşşaq ilə İbadət (Məsnəvinin başqa variantı) 

guşələri arasında yerləşən şöbəsi. 

 

M

əvaliyan 

– Hümayun d

əstgahının ilk şöbələrindən biri. 

 

M



əzhər 

–  d


ərvişlərin dini ayinlərdə  oxuyub  –  çaldıqları  zaman  istifadə  etdikləri 

z

ərbli musiqi aləti. 



 

M

əzmur 

– 

ər.  dini məzmun daşıyan mahnı. 



 

Minzaf 

– c


əng (arfa) tərzində dartımlı simli musiqi aləti. 

 

 




 

Az

ərbaycan musiqi terminləri 



88 

Mirz

ə Hüseyn Segahı 

–  Orta 


Segahdan  (bax)  bir  kvarta  yuxarıda  olan  Segah.  İlk  dəfə  Mirzə 

Hüseyn adlı Azərbaycan xanəndəsi (XVIII əsr) tərəfindən ifa olunduğundan 

onun adı ilə adlandırılmışdır. 

 

Mirz



əcan 

– 

aşıq mahnısı. 



 

Mislas 

– 

ər. ud musiqi alətində bəm simdən sonra gələn ikinci sim (birinci oktava-



nın fa səsi). 

 

Misri 

– 

aşıq mahnı yaradıcılığı formalarından biri. Qocaman aşıqlardan bəzilərinin 



fikrinc

ə,  Koroğlunun  Misri  qılıncının  yenilməz qüdrəti məhz  bu  mahnıda 

v

əsf olunur. Bununla bərabər Misri musiqisində  çox  vaxt  Bayatı-Şiraz 



m

əqamı intonasiyasının səslənməsi, Misri aşıq vokal – instrumental janrında 

lirik 

əhvali – ruhiyyənin də çox gözəl ifadə olunduğu görünür. 



 

Miz

əf 

– simli musiqi al

əti. 

 

Mizhar 

– 

dartımlı simli qədim musiqi aləti. 



 

Mizmar 

– 1. Qara r

əngli xüsusi qamışdan qayırılan üfləmə musiqi aləti; 

2. 


Boğazda səs yolu. 

 

Mizrab 

– 

dartımlı simli musiqi alətlərin (tar, ud) simlərini dartıb ehtizaza gətirmək 



üçün mal buynuzundan (b

əzən sümükdən  ya  da  plastmasdan)  qayırılan 

nazik plastinka. Qanon musiqi al

əti üçün mizrab metaldan  qayırılır.  Saz 

mizrabı gilənar ağacının qabığından qayırılır (bax: Təzənə). 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

89 


Moalif 

–  Hümayun d

əstgahının əvvəlində, Bəxtiyari ilə Leyli və Məcnun şöbələri 

arasında ifa olunan parça. Bəzi müəlliflər əksinə, Moalifi muğamın sonunda 

B

əxtiyari ilə Üzzal guşələri arasında qeydə alırlar. 



 

Molla Nazi 

– 

Şur  dəstgahında  Səlmək ilə  Bozorq  (Büzürg)  arasında  olan  şöbə.  Başqa 



mülahiz

əyə görə, Qəcər (Bayatı-Qacar) ilə Həzin arasında yerləşən şöbə. 

 

Moşt 

ər. xərək. Farabi və  Urməvi ud musiqi alətinin təsvirində  moştu  səsin 



ibtida nöqt

əsi kimi qeyd edirlər. 

 

Muğam, muğamat 

(

ər. məqam – yəni vəziyyət, mövqe) 



– mür

əkkəb, ideya-emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii 

h

əyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə  edən xalq musiqi 



dühasının  gözəl məhsuludur.  Muğamat  yarandığı  ən qədim zamanlardan 

başlayaraq,  əsrlər boyu davam edən tədrici  inkişaf  və  təkamül prosesi 

n

əticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir.  



Muğamat – xalq vokal-instrumental kompozisiyasının ən yüksək yaradıcılıq 

m

ərhələsinə  çatdırılan  nümunəsidir.  Muğamın  bütün  hissələri (bax: 



D

əstgah) müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əyan edir.  

Muğamın  hər bir hissəsi  (şaxəsi,  şöbəsi,  guşəsi) çox vaxt özü-özlüyündə 

müst


əqil bir mahiyyət kəsb edir və  ayrılıqda ifa edilə  bilsə  də, onun 

müt


əşəkkil vahid əsas  inkişaf  xətti  ardıcıl  surətdə  məntiqi qaydalara 

əsaslanaraq  öz  bütövlüyünü,  tamlığını  heç  də  itirmir.  Muğam  ciddi 

m

əzmunlu musiqi ilə yanaşı asan (yüngül) musiqi nümunələrini də (təsnif, 



r

əng) özündə təcəssüm etdirir. 

Muğam termininin ən dəqiq elmi tərifi, onun bu günkü musiqi həyatımızda 

tutduğu  mövqe,  gündəlik musiqi məişətimizdə  nə  mənada  işlənilməsi, nə 

kimi m

əfhumu ifadə  etməsi məsələsinin mükəmməl  şərhi  -  zamanımızın 



görk

əmli musiqi alimi və bəstəkarı Qara Qarayev tərəfindən verilmişdir. O, 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə