Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə32/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   28   29   30   31   32   33   34   35   ...   145

 

Az

ərbaycan musiqi terminləri 



114 

 



Sağ-sol 

– 

dan., xüs. dartımlı simli musiqi alətlərində (tar, saz və s.) hər notun ardıcıl 



sur

ətdə nisbətən tələsmədən növbə ilə üst mizrab (bax) və tərs (alt) mizrab 

(bax)  ştrixlərinin təkrarlanması  yolu  ilə  səsləndirilməsi  (detaşe);  sağ-sol 

ştrixi narın və sürətli işlədildikdə tremolo mahiyyətini kəsb etmiş olur. 

 

Sallama 

bayatı 

– 

ayrı-ayrı səsləri uzadılaraq oxunan bayatı. 



 

Santur 

– simli, z

ərbli musiqi aləti.  

Zahiri  görünüşü  bir  qədər qanon (bax) 

musiqi al

ətini  andırır.  Konstruksiyası 

etibarı ilə də qanon ilə ümumi cəhətləri 

var.  Santurun  da  qanonda  olduğu  kimi, 

bir t

ərəfdən xərəyi  bükülüb  açılır  və 



bel

əliklə, üzərində  duran simin uzun-

luğu  dəyişilmiş  olur;  santurun  ayrı-ayrı 

s

əs ucalığında olan simləri tək, qoşa, ya 



da iç

əri qoşulur.  

Santur iki yüngül, z

ərif yonulmuş kiçik 

çubuğun  simlərə  vurulması  ilə  səslən-

dirilir. Santur vaxtil

ə  Azərbaycanda  çox  geniş  intişar  tapmışdı.  Sonralar 

t

ədriclə öz mövqeyini itirmişdir. 



Santurlar 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

115 


Santur-mizrab 

– 

dan., xüs. tar ifaçılığında xüsusi ştrix – mizrabın sağ-sol (bax) işlənməsin-



d

ə daha mürəkkəb bir priyom. 

 

Saqinam

ə 

– 1. 


Eyş-işrət mahnısı.  

2. Mahur d

əstgahının son guşələrindən biri. 

 

Sarı torpaq 

– 

aşıq vokal-instrumental janrlarından biri. 



 

Sar

ənc (sarəng) 

– 

Şur dəstgahında Hicaz ilə Nəşib-fəraz arasında yerləşən şöbə. 



 

Sayaçı 

– 

çoban mahnısı, həm də kəndli oyun havası formalarından biri. 



 

Saz 

–  Az


ərbaycan  dartımlı  simli  xalq  musiqi  aləti.  Çanağı  iki  yerə  bölünmüş 

armudun bir hiss

əsi biçimində, qolu uzun olur. Qoluna 10-14 pərdə bağlanır. 

Əsas pərdələrdən hərəsinin öz adı var: baş pərdə, orta pərdə, şah pərdə, yastı 

p

ərdə, ayaq pərdə və beçə pərdə.  



Saza 8-

10  sim  qoşulur.  Bu  simlərin kök-

l

ənmə prinsipi çox maraqlı və orijinaldır. 



Kökl

ənmə cəhətincə saz simlərini üç əsas 

qrupa  ayırmaq  olar.  Bunlardan  birinci 

qrupa  aid  olunan  üç  sim  eyni  ucalıqda 

(unison) kökl

ənir (birinci oktavanın  re 

notu); ikinci qrupu t

əşkil  edən  qoşa  sim 

birinci  qrupdan  bir  kvinta  aşağı  köklənir 

(ikinci  oktavanın  sol  notu)  və  nəhayət, 

üçüncü qrupa m

ənsub olan üç sim isə 

ikinci qrup siml

ərindən  bir  kvinta  yuxarı 

kökl

ənir (birinci oktavanın do notu).  



S

ədəflə işlənmiş saz 


 

Az

ərbaycan musiqi terminləri 



116 

 

 



S

azın  simlərini səsləndirmək  üçün  tar  mizrabına  nisbətən daha elastik və 

daha  yumşaq  bir  cisim  lazım  gəlir ki, bunun üçün də  gilənar  (albalı) 

ağacının qabığı olduqca münasib və yararlıdır (bax: Təzənə).  

Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan 

əsas melodik xətt üçün kvarta-kvinta səslərindən ibarət daimi surətdə 

s

əslənən harmonik fon yaratmış olur.  



Sazın tembri çox məlahətlidir. Sazın ürəklərə yol açan səsini hələ Orta əsrlər 

klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri 

aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir. 

 

Saz



əndə 

– musiqiçi, musiqi al

ətində çalan, çalğıçı. 

 

Seğar 

– 

ər. dissonans əmələ gətirən intervallar (sekunda, septima və s.). 



 

Segah 

(far., h


ərf. se – üç + gah – mövqe, məkan, vəziyyət) 

– 

Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən muğamlardan biri.  



Bir d

əstgah olaraq Segah Azərbaycanda daha geniş yayılmış muğamlardan 

biridir. Eyni zamanda Segah bir m

əqam kimi də  Azərbaycan musiqisində 

mühüm yer tutur. Az

ərbaycan xalq mahnıları, oyun havaları, eləcə də aşıq 

musiqi yaradıcılığına mənsub musiqi forma və janrlarından bir çoxu məhz 

Segah kökünd

ə yaranmışdır.  

Yaxın və Orta Şərq ölkələri musiqisində Segah yalnız tək bir növdən ibarət 

olduğu halda, azəri musiqisində Segahın əsas etibarı ilə üç növü vardır:  



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

117 


1. Zabol Segah;  

2. Xaric Segah;  

3. Mirz

ə Hüseyn Segahı. 



“Zabol Segah”. Buna eyni zamanda “Orta segah” da deyilir. Çünki 

əsil 


tamam bir d

əstgah baхımından  “Zabol  Segah”  doğrudan  da  bir  növ  orta 

(m

ərkəz) mövqe tutur. O, öz şöbələrinin, güşələrinin zənginliyi və məziyyəti 



etibarı ilə də başqa növ  “Segah”lardan fərqlənir və daha sanballı görünür. 

Buna gör


ə də heç təsadüfi deyil ki, Üzeyir Hacıbəyli özünün “Azərbaycan 

хalq musiqisinin əsasları” əsərinin məqamların təhlili bəhsində mayəsi məhz 

“mi” notu olan “Orta Segah”ı əsas götürmüşdür. 

 “

Хaric Segah”. Daşıdığı adından da göründüyü kimi, “Segah” muğamının 



bu növü 

əsas  sayılan  Zabol  –  Orta  segahın  хaricində, yəni ondan ya bir 

kvarta  aşağı  (mayəsi  kiçik  oktavanın  “si” notu), ya da bir kvinta yuхarı 

(birinci oktavanın “si” notu üzərində) dayanır. 

May

əsi “Orta Segah”ın mayəsindən bir kvinta aşağı (kiçik oktavanın “lya” 



notu) ya da bir kvarta yu

хarı (birinci oktavanın “lya” notu) olan Segah isə 

“Mirz

ə Hüseyn Segahı” adlandırılır. 



Qeyd:  Ayrı-ayrı  muğamların  oyatdığı  estetik-psiхoloji təsir məsələsindən 

b

əhs edən  Üzeyir  Hacıbəyli  əsərində  göstərir  ki,  “Segah”  muğamı 



dinl

əyicidə  başlıca  olaraq  eşq,  sevgi,  məhəbbət  duyğusu  oyadır.  Bu  elmi 

t

ərifin əslində tamamilə düzgün olduğunu iqrar etməklə bərabər, qeyd etmək 



lazım  gəlir ki, inqilabdan əvvəl azəri  хanəndələri  öz zəhmətkeş  хalqının 

keçirdiyi  ağır məişət, çətin güzəran, həyatdan şikayət və bununla əlaqədar 

olaraq meydana g

ələn bədbinlik  əhval-ruhiyyəsini hüzn və  kədər təsiri 

oyadan “Şüştər”, ya da daha dərin qəm-qüssə təsiri bağışlayan “Hümayun” 

muğamı ilə yoх, məhz “Segah” muğamı ilə ifadəyə çalışmış və bu “törəmə” 

muğamı  “Yetim  Segah”  adlandırmışlar.  “Yetim  Segah”,  bir  qayda olaraq, 

yalnız “Xaric Segah” kökündə (“si”) ifa edilmişdir. Ehtimal ki, bunun əsas 

s

əbəbi  “Yetim  Segah”ı  əvvəlcə  bəmdə, sonra isə  daha  yanıqlı  səslənməsi 



üçün bir oktava zild

ə  oxumanın  daha  münasib və  əlverişli  olmasıdır.  Aхı 

“Orta  segah”ın  əsil  “Segah”  şöbəsini (“mi”) bir oktava zildən (ikinci 

oktavanın  “mi” pərdəsində) oхumaq qeyri-mümkündür. Halbuki “Xaric 

Segah” p

ərdəsində oхunan “Yetim Segah”ı bir oktava zildən oхumaqla ah-

nal

ə, adi fəryad təsirini daha da qüvvətləndirmək mümkündür. 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə