Az
ərbaycan musiqi terminləri
118
“Yetim Segah”ın yanıqlı səslənməsinin əsas səbəblərindən biri də onun
üçün seçil
ən qəzəllər mətninin son dərəcə bədbin mənalı sözlərdən ibarət
olması və хanəndənin də bu muğamı həzin oхumasıdır.
“Yetim Segah”ın genezisi bundan ibarətdir.
Segah muğamının məhz Azərbaycanda geniş intişar tapması, хüsusi bir
m
əharət və bədii ustalıqla ifa olunması haqqında görkəmli İran musiqişünası
Ruhulla
Хaleqi yazır:
“Segah sözünün fars k
əlməsi olmasına baхmayaraq, etiraf etmək lazım gəlir
ki, “Segah” muğamı Qafqaz türkləri (yəni azərbaycanlılar – Ə.B.) arasında
daha geniş intişar tapmış və onların sənət ustaları tərəfindən daha böyük
m
əharət və zövq ilə ifa olunur”.
6
Az
ərbaycan musiqisində öz bədii məziyyəti etibarı ilə daha çoх ifa olunan
“Zabol Segahı” dəstgahı: Mayeyi-Zabol, Muyə, Manənd-Müхalif, Orta
Segah, M
əхlut, Şikəsteyi-fars, Mübərrigə, Əraq, Yədi-hasar, Aşiqi-guş
şöbələrindən ibarətdir. İran musiqisində “Segah”: Zabol, Muyə, Zəng-şötör,
Rahab, M
əsihi, Şah Хətai və Təхt-Taqdis şöbələrindən ibarətdir. Baх: Segah.
Setar
– üç simli
ən qədim musiqi aləti. Musiqişünaslardan bir çoxunun fikrincə,
setar da p
ənctar və şeştar kimi tənbur musiqi alətinin bir növüdür.
Setar Az
ərbaycan sazının “əcdadı, ulu babası” sayılır.
Setar Füzulinin “Saqinam
ə” adı ilə məşhur “Yeddi cam” alleqorik hekayə-
sind
ə xüsusi olaraq vəsf edilmişdir.
S
əbabə
(
ər., hərf. şəhadət barmağı)
– 1. Ud musiqi al
ətində çalğı ifaçılığında birinci barmaq;
2. Ud musiqi al
ətində mücənnəb ilə vəstayi-fars pərdələri arasındakı pərdə.
6
Ruhulla Xalеqi. “Nəzər bə musiqi”, II cild, Tеhran, 1317 hicri (şəmsi) – 1939, səh.190.
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
119
S
əbk
– far. üslub, stil, s
əpki.
S
əbz-bahar
– kl.
əd-da.: mahnı adı.
S
əfa
-
Şur dəstgahına mənsub kiçik guşələrdən biri
S
əfail
–
ən qədim və ən ibtidai zərbli musiqi aləti. Hər biri təxminən yarım metr
uzunluğunda olan iki çubuğa nəsb olunmuş iki dəmir (çox vaxt mis) çənbərə
bir çox h
alqa, zınqırov keçirilir. Bu, çubuqları silkələmək ya da başqa bir
vasit
ə ilə ehtizaza gətirməklə səsləndirilir.
S
əfail vaxtı ilə serbazların, oyunbazların, dərvişlərin çox istifadə etdikləri
musiqi al
əti olmuşdur.
S
əlmək
–
1. Şur dəstgahında Dəşti ilə Muyə arasında yerləşən şöbə;
2. İran mus-də: Şur dəstgahında Gəraylı və Molla Nazi guşələri arasındakı
şöbə.
S
əma
–
ər. həmsaz səslənmə, xoş səslilik, gözəl və məlahətli səslənmə, ahəngdar-
lıq, xoş avaz.
S
əmayi-şəms
–
ər. Şur dəstgahına mənsub zərbli muğam. Bir qayda olaraq Zəmin-xara
şöbəsindən ya da Şikəsteyi-farsdan sonra (Hicaz şöbəsindən əvvəl) ifa
olunur.
S
ənc
– yeddi simli musiqi al
əti. Zahiri görünüşü tənburə bənzəyir.
Az
ərbaycan musiqi terminləri
120
S
ərv-səhi
– kl.
əd-da: muğam guşəsi ya da mahnı (təsnif) adı.
S
ərv-setah
– kl.
əd-da: muğam guşəsi ya da mahnı (təsnif) adı.
S
ərvstan
– kl.
əd-da: muğam guşəsi ya da mahnı (təsnif) adı.
S
əvəndər
–
yastı sandıqca şəklində, təknəsi üzərində 16-dan 24-ə qədər polad simi
olan z
ərbli, simli musiqi aləti.
Zahiri görünüşü etibarı ilə santura çox bənzəyir. Səvəndəri də santur kimi
iki nazik çubuqla siml
ərin üzərinə vuraraq səsləndirirlər.
Sinc (zinc)
– z
ərbli musiqi aləti. Mis, bürünc (tunc) və qismən gümüş birləşməsinin
(x
əlitəsinin) döyəclənib çəkiclənməsi yolu ilə iki böyük boşqab (nimçə)
şəklində qayrılır. Bir-birinə vurularaq səsləndirilir.
Sofinam
ə
– Mahur d
əstgahının son şöbələrindən biri.
Sot (sobt, sout)
– s
əs; elastiki keyfiyyətə malik cismin (simya sağanağa çəkilmiş dəri, metal
ya ağac boru daxilində üfləyərək hərəkətə gətirilən hava) ehtizazı nəticə-
sind
ə əldə edilən səs.
Soutun
əsas xassəsi: a) ucalıq; b) müddət; c) tembr; ç) qüvvət.
Şərq musiqi kitablarında sout aşağıdakı əlamətlər üzrə səciyyələnir: (bi)
sout-
əcət – bəm səs, aşağı səs – (bas); (bi) sout-cihvər – ucadan, bərkdən
oxumaq, çalmaq – (forte); (bi) sout-xafit –
yavaş səslə oxumaq, çalmaq –
(piano); (bi) sout-vahid – bir s
əslə oxumaq, çalmaq – (unison).