Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   19   20   21   22   23   24   25   26   ...   111

 
54
Öz mallarını tərifləyərək müştəri çağıran satıcılar, onu görən kimi səslərini 
kəsdilər. 
Dərviş biz zaman Şəkiyə ələmdar sifətilə gələn və İsmayılın atını gecə yarısı 
oğurlayıb aparan seyid Mir Qasım, yanındakı adam isə onun torba götürəni idi. 
Oğurluqlarının üstü açılmasın deyə, o vaxtdan bir də Sisyan mahalına ayaq 
basmamışdılar. Dörd il idi ki, Həkəri-Bərgüşad kəndlərində dərvişlik edirdilər. Hər 
ikisi ehtiyacsız, kefi kök yaşayırdı. 
Mir Qasım hər satıcının yanında, hər dükanın qabağında dayanır,  əlini 
qulağının dalına verib, nəfəsini dərindən ala-ala, səsini boğazında qaynada-
qaynada, dərvişlərə məxsus bir ahəng, bir zəngulə, bir əda ilə oxuyurdu: 
 
 
 
 
Ey şəhriyari-məmləkəti-övliya Əli! 
 
 
 
Vey şəhsəvari-mərakeyi-övsiya Əli! 
 
 
 
Sənlən ucaldı beyrəqi-dini-Məhəmmədi, 
   Ey 
sahibi-şəriətə sahib-ləva Əli! 
 
 
 
İslamın etdi kəc qılıcın rast qəddini, 
   Olsun 

zərbi-şəstüvə ruhum fəda, Əli!.. 
 
Dərviş oxuduqca adamların arasında müxtəlif danışıqlar gedirdi: 
- Ə, ağa dərvişin nə gözəl səsi var… 
- Canım qurban olan Əlidən deyir… 
- Sən öl, mən dərviş tanıyıram ki, gah tuğ gəzdirir, gah çavuş olub Kərbəlaya 
ölü aparır; yaman həyasız adamdır… 
- Ə, elə demə, Allaha xoş getməz. Səni xataya-bəlaya salar… 
Adamlardan kimi torba götürənə ovcunda tut qurusu, iydə, kimi evdən özü 
üçün götürdüyü yuxalardan bir-ikisini verdi. Kimi cibindən dəsmalını  çıxardıb 
içinə bir qədər pendir qoyaraq, torbaya saldı, kimi dərvişin kəşkülünə pul qoydu. 
«Ağam sənsən, ya Əli!» deyə  dərviş torba götürəni ilə bazardan çıxarkən, 
kim isə qışqırdı: 
- Ə, qoyma qaçdı! Ə, tut onu! Ə, qabağını kəs, apardı! Vay dədəm vay, evim 
yıxıldı… 
Palan satan, saqqız satan, inək satan, at satan, müxtəsər, hamı  qışqıran 
adamın başına yığıldı. 
Saqqız satan soruşdu: 
- A kişi, nəyini apardılar? 
İnək satan soruşdu: 
- Ay əmi, kim apardı? 
Palan satan dedi: 
- Bəs gözün harda idi? 
Kişi başına-gözünə döyə-döyə hamıya bir cavab verdi: 
- Gözüm dərviş  ağada idi. Onda gördüm ki, cülük kimi bir uşaq tut 
qurusundan iki əlli xışmalayıb apardı. Vay, köpək oğlu! Peyğəmbərə and olsun 
səni tutsam, boğazını sərçə boğazı kimi üzəcəyəm… 


 
55
Tutu oğurlanmış çal saqqal, gödək boy kişi uşağın dalınca getmək istədi, 
lakin fikrini dəyişdi. Malının talan-tarac olunacağından qorxdu. Ancaq gözdən 
itmiş uşağın qarasınca deyinməyə başladı… 
Kim isə dedi: 
- Bir ovuc tut qurusundan ötrü haray-həşir salma, kişi, elə bil aca, yetimə 
Allah payı verdin… 
- Mən hatəm deyiləm hər yetimə paylayam. Allah payını  dərvişə verdim, 
bəsdir. Sən elə bilirsən ki, mən tutu, iydəni toxluğumdan satıram? Yox, bacı oğlu. 
Vallah və billah, on gündür ki, balalarımın dilinə horra da dəymir. 
Hər kəs öz satdığı şeyin, mal-heyvanın yanına qayıtdı. 
Çox keçmədi ki, bazarın yola tərəf olan səmtindən yeni bir qışqırıq eşidildi. 
Hamı təzə hadisə baş verdiyini yəqin etdi. 
Cavan bir oğlan özünü itirmiş halda çığırırdı: 
- Atım getdi, ay camaat! Yəhərli-yüyənli atımı oğurladılar. Dədənə lənət, tut 
satan! Başım sənə qarışdı, evim yıxıldı… 
İkinci oğurluq hadisəsi hamıda bir vahimə əmələ gətirdi. Heç kəs yerindən 
tərpənib, oğlanın harayına getmədi. Oğlan bazarda o tərəf, bu tərəfə qaçdı, 
Qubatlıya sarı gedən yola çıxıb altdan yuxarı bir xeyli baxdı. Uzaqda, döngəni 
burulub düzə çıxan və çapa-çapa gedən bir atlı gördü… 
- Vay dədəm vay! Yəqin o, mənim atım idi… - deyə yolun kənarında, bir 
daşın üstündə oturub fikirləşdi. Nəhayət, pristavın yanına şikayətə getmək qərarına 
gəldi. 
Bazardakı  şuluqluqdan dilxor və narahat olan alverçilər öz aralarında 
danışırdılar: 
- Tut qurusu oğurlayan, yəqin acmış. Ona halaldır, qoy yesin, çünki aclıqla 
zarafat olmaz. Amma, sarıyataqlı gədəsinin atını aparan namərdlik elədi… 
- Təkcə bazarda belə  işlər olmur ha… Kəndlərin hamısında oğurluq, 
soyğunluq artıb… 
- Allaha and olsun, dünya indi çapavulçular dünyasıdır. Adamın gözündən 
tük qapırlar. Kişi gərəkdir ki, papağını başında bərk saxlasın… 
-  Ə, sahibsiz, dərəbəylik ölkəsidir dayna. Bundan artıq nə gözləyirsiniz? 
Divan-dərənin ancaq adı var. Bəy balaları keçib iş başına, hamısı öz keflərində, öz 
damağlarındadırlar. Şikayətə baxan kimdir? 
Bayaqdan bəri qanunsuzluqdan, oğurluqdan  şikayətlənənlər, bazara girən 
pristavla strajniki görən kimi susub, özlərini yığışdırdılar. 
Geyimində, daşıdığı  vəzifədə, ümumiyyətlə, hər  şeydə çar pristavından 
fərqlənməyən bu müsavat pristavı  Əli Sadiqi, dünən Xocahana gəlmişdi. Gecə 
dostunun evində qalıb, səhər yeyib-içib istirahət edəndən sonra, bazara baş çəkmək 
üçün gəlmişdi. 
Pristav  əllərini belinə vurub, gah adamlara, gah satılan  şeylərə  nəzər saldı. 
Öz-özünə: «bazarda sakitlikdir» deyə addımladı. Adamlar geri çəkilərək ona yol 
verdilər. Lakin atı və tut qurusu oğurlanmış kəndlilər onun qabağını kəsdilər: 
- Ağa pristav, başına dönüm, bircə dəqiqə ayaq saxla, sənə şikayətim var, - 
deyə tut qurusu oğurlanan kəndli dərdini söyləmək istədi. 
Sarıyataqlı oğlan onu geri itələdi. Özü qabağa keçib şikayətə başladı: 


 
56
- Ağa pristav, mənim  şikayətim böyükdür. Yanına gələcəkdim. Yaxşı oldu 
ki, özün gəldin. 
- Ə, sən geri dur, pristav ağa əvvəlcə mənim şikayətimə baxacaq. 
- Yox, ağa əvvəlcə tut şikayətinə yox, at şikayətinə baxacaq… 
Əli Sadiqi hirsləndi: 
- Bu nə qaraqışqırıqdır salırsınız? Adam kimi bir-bir danışa bilmirsinizmi? 
Nə olub? Nə şikayətdir? – O, tut satana müraciət elədi: - Sən danış, ancaq gödək 
elə! 
Tut satan şikayətini qurtarandan sonra, pristav qaşlarını çataraq: 
- Axmaqsan! – dedi. – Mən belə xırım-xırda tut-mut şikayətinə baxmıram. 
Canın çıxaydı, gözün malının üstündə olaydı. Çəkil qabağımdan! 
Tut satan, əksinə, bir az da irəli gəlib, yenə  nə isə demək istədi, lakin 
strajnik:  
- Ə, adam oğlusan, ayı kimi irəli soxulma! – deyə tüfəngin qundağı ilə onun 
döşündən vurub geri itələdi. 
- Sən kimdən şikayət eləyirsən? – deyə pristav soruşdu. 
Atı oğurlanan cavan kəndli öz dərdini danışdı. 
Pristav:  
- Hə… hm… Bax, bu böyük oğurluqdur, - dedi. – At oğrusu, tut oğrusu 
deyil. Onu tapmaq lazımdır. Özünə də ağır cəza vermək lazımdır. – Əli Sadiqi bir 
az fikirləşib əlavə elədi: - Üç gündən sonra, bir ərizə də yazdırıb gələrsən mənim 
idarəmə. Başa düşdün? 
- Bəli, ağa. Allah səndən razı olsun. Mən sarıyataqlıyam. Əsli adım Əbildir, 
amma kənd arasında hamı mənə Əbiş deyir. Bəlkə atamı tanıyasan, Məmiş Əmiş 
oğludur. Əliaçıq adamdır, yanında gözü kölgəli qalmaz. Mən özüm… 
Pristav onun sözünü kəsdi: 
- Ya Məmişin, ya Əmişin oğlu ol, bunda sözüm yoxdur, amma uzun 
müşərrəf eləmə. Get, üç gündən sonra gəl. 
Oğlan atın nişanlarını da deyib aralandı. 
Əli Sadiqi ilə  Fərman dükanlara sarı addımladıqları zaman, əli ağaclı, başı 
açıq, ayaqları yalın, bığ-saqqal basmış bir adam bazara girdi. 
Xocahanlılardan kim isə yanındakılara gülə-gülə pıçıldadı: 
- Kəndin, bazarın gülü, «aşıq» Valeh gəldi. Sizin canınız üçün onda dəsgah 
var. Ora baxın, düz pristava tərəf gedir, görək nə qayıracaq… 
Zəngəzur kəndləri dağılandan sonra, arvadı  və iki oğlu ölmüş, özü isə tif 
xəstəliyindən dəli olmuş bu adam, irmisli Valeh idi. Ancaq ona, bəziləri rişxəndlə 
aşıq Valeh deyirdi. Çünki o, əl ağacını saz kimi sinəsinə basır, bildikləri sözləri 
avazla oxuyur, adamları  əyləndirir, güldürür və beləliklə, çörək, pul yığıb 
dolanırdı. 
Valeh pristavın qabağında dik dayanıb, ağacını saz kimi sinəsində tutaraq, 
guya çala-çala, aşıq kimi, yerində oynaya-oynaya oxumağa başladı: 
 
 
 
 
Mənim toyuğum dümağ idi, 
 
 
 
 
Dərisi dolu lap yağ idi, 
 
 
 
 
Evin yıxılsın, toyuq tutan, 
 
 
 
 
Oğlun ölsün, toyuq tutan. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə