Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   21   22   23   24   25   26   27   28   ...   111

 
60
Fərman öz atını minərək, pristavınkını yedəyinə alıb dükana sarı  gəlirdi. 
Dükana çatmağa iyirmi beş-otuz addım qalmış, pristav ağzını ona tərəf tutub 
ucadan dedi: 
- Atları orda qoy, özün gəl! 
Fərman atları meydanın ortasındakı dağdağana bağlayıb gəldi. 
Ata oğlunu, oğul atanı gördü. Hər ikisi heyrət içində donub qaldı. 
Hacı Atakişi: 
- Oğul, Fərman! – deyə qulaqbatırıcı bir səslə qışqıraraq, yerindən sıçradı. – 
Oğlumun salamat olmasını niyə  mənə deməmisən,  Əli Sadiqi?! Xudaya, bu 
möcüzdür, nədir?.. Gəl bala, gəl Fərman!.. – Hacı Atakişi oğlunu bağrına basmaq 
üçün dükandan bayıra çıxmaq istədi. Lakin gözlərində qəzəb və nifrət odu parlayan 
Fərman tüfəngini çiynindən aşırıb: 
- Sən mənim atam deyilsən! – dedi. – Hiyləgər, acgöz, namussuz Hacı 
Atakişi! – Fərman beşatılanı ona tərəf tuşlarkən, Əli Sadiqi tez ayağa durdu. Hacı 
Atakişinin qabağına keçib, kəskin bir səslə: 
- Fərman, nə eləyirsən? – dedi. – Mənim yanımda qoca atanı öldürmək 
istəyirsən? Axmaq, tüfəngi sal aşağı! 
- Atamı yox, biqeyrət bir kişini. Oğlunu yaralı qoyub, pulunu, qızılını 
götürüb qaçan namussuz bir adamı. O yana çəkil pristav ağa! Mən onu göydə 
axtarırdım, yerdə əlimə düşüb. 
Əli Sadiqi dərhal piştaxtanın üstündən bayıra atıldı. 
- Axmaqlama, get atanla barış! – deyə tüfəngi Fərmanın  əlindən aldı. – 
Bundan sonra da Hacının başından bir tük əksik olsa, səni də  mən öldürəcəyəm. 
Başa düşdün? Get barış! 
Fərman yerindən tərpənmədi. Dodaqları  tərpəndi, elə bil öz-özünə  nə isə 
danışırdı…  
Oğluna yaxınlaşmağa həm qorxan, həm xəcalət çəkən Hacı Atakişi sinəsini 
açıb: 
- Vur, məni öldür, oğul! – dedi. – Mən ölməli atayam. Sən yaxşı ol, sən 
yaşa! Mən öz canımı, pulumu hər kəsdən, hər şeydən əziz tutmuşam. Mən dünya 
malına uymuşam, mən insafsız olmuşam. Daha başım daşdan-daşa dəyib… Bütün 
günahlarımı boynuma alıram, oğul! Pərvərdigara, mənə özün cəza ver!.. – Hacı 
Atakişi iki əli ilə başını tutub hönkürdü. 
- Yeri, atanla görüş! – deyə  Əli Sadiqi Fərmanın qolundan tutub, dükana 
salmaq istədi. 
- Yox, pristav ağa, istəmirəm! – deyə Fərman dartındı. 
- Cavanlığına salma, yekə  oğlansan! – Əli Sadiqi zorla Fərmanı  çəkə-çəkə 
içəri saldı. – Başını qaldır, Hacı. Elə bil ki, təzədən oğul sahibi olursan… 
Ürəyinin telləri nazilib, uşaq kimi kövrəlmiş atanın qolları oğlunun boynuna 
dolandı. Xınalı saqqalından aşağı gilə-gilə axan göz yaşları, bəlkə  də, Fərmanın 
nifrət və qəzəbini söndürəcəkdi… 
 
 
 


 
61
Padar kəndi, Həkəri çayının sol sahilində, balaca bir təpənin üstündə 
salınmışdır. Cəmi otuz-qırx evdən ibarət olan bu kənd çox gözəldir. Kəndin 
altındakı meyvə bağları, ətrafındakı tut ağacları və ilin hər fəslində yamyaşıl olan 
ardıc ağacları, onun gözəlliyini daha da artırır. 
1918-ci ildə Minkənd tərəfdən gələn Zəngəzur qaçqınlarından, bu kənddə 
əylənənləri çox olmuşdu. Ancaq buranın camaatı yoxsul olduğundan, yaşamaq 
üçün ev tapılmadığından, çox ailə ordan başqa yerlərə köçmüşdü. Bığlı Əhmədin 
ailəsi, bir də Fatı ilə  Fərman bu kənddə qalmışdılar. Fərmanla Fatı bir qışı, 
Məhərrəm adlı adamın eyvanını ev kimi düzəldib, orda yaşamışdılar. Ancaq bu 
evdə çox qala bilməmişdilər. Buna səbəb Fatı olmuşdu… 
Dava, qaçqınlıq, ağır həyat Fatının köhnə xasiyyətini dəyişməmişdi. O, 
burada da başqalarının ailə həyatına qarışmağa başlamışdı. Tez bir zamanda hamı 
onun araqarışdıran, hiyləgər, arsız bir arvad olduğuna bələd olmuşdu. 
Fatı  Məhərrəmlə, onun cavan, gözəl və namuslu arvadının arasını vurmaq 
istəmişdisə də, Məhərrəm bunu tez başa düşmüşdü. Bir gün Fərmanı evinə çağırıb 
demişdi: «Siz qaçqın, yersiz-yurdsuz adamsınız. Rəhmim gəldi, sığınacaq verdim. 
Ancaq arvadın Fatı qarı  mənim külfətimi başdan çıxartmaq istəyir. Onun nə 
borcuna qalıb ki, arvadıma deyir: «Ay qız, Zərnigar, Məhərrəm heç sənin babın 
deyil. Özün marala oxşayırsan,  ərin demi qurbağasına. Özü də ki, səni bir köhnə 
tumanın, bir cırıq güləçənin içində saxlayır…». Bax, Fərman, sən pis oğlan 
deyilsən, amma, ya arvadının cilovunu çək, ya da mənim evimdən köç get!» 
Fərman həmin gün Fatını bərk döymüşdü və qonşulara getməyi ona qadağan 
eləmişdi. Lakin Fatı, necə deyərlər, köhnə sümük azarından  əl çəkməmişdi. 
Nəhayət, Məhərrəm öz arvadının namusunu qorumaq üçün onları evindən 
qovmuşdu. Çox qapılara gedəndən sonra, nəhayət, Günəş adlı bir dul arvadın 
evində daldalanacaq tapmışdılar. 
…Hisli-paslı, alçaq bir damda oturmuş Fatı əlində ip yumaqlayır, öz-özünə 
danışırdı: «Fərman niyə gəlmədi? Axı, dünən onun vaxtı idi. Yazığı kəndlərdə bit-
çirk basdı. Gəlsəydi pal-paltarını qaynadıb, yuyardım. Deyirəm, kərəminə  şükür 
Allah, gör məxluq nə  zəlalətə düşdü e… Mənim Fərmancığazım bəy balası kimi 
oğlan ola-ola bir tikə çörəkdən ötrü gedib ona-buna çəltik döydü, odun yardı, bağ 
suvardı. Şəvə kimi saçlarına dən düşdü. O irəli diqqətnən baxmışam. Ürəyim qana 
dönüb. Gədə lap qocalıb, gözləri düşüb quyunun dibinə. Hələ onu çox korluq 
çəkməyə qoymamışam. Abbasəlidən qalan qızılımı, gümüşümü satıb ona 
yedirtmişəm. Eh, üzün qara olsun dünya! Hanı Hacı Atakişinin haşan-kaşanı, gətir-
götürü? Hanı  Şəkinin soyuq bulaqları, güllü-çiçəkli yaylaqları? Pərvərdigara, nə 
yaman görəcəkli günlərimiz varmış!.. Neynək, bu günə  də  şükür. Fərman ki
ərimdir, elə bilirəm dünya mənimdir…». 
Fatı ayağa qalxıb çırağı yandırdı. Evin bir bucağında yanan ocağın üstündən 
şilə qazanını götürdü. Nimçə, çörək, duz gətirdi. «Kaş Fərman da gələydi, bir yerdə 
yeyəydik» - deyə fikirləşə-fikirləşə xörəyi çəkmək istədiyi vaxt, bayırda at 
ayağının səsi eşidildi. Fatı qazanın ağzını örtüb dərhal bayıra çıxdı. 
- Bıy, başına dolanım, Fərman, gəldin? 
Fərman atdan düşüb Fatıya dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə