Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

 
65
- Yox, dədəmin sürüsündən bir erkək ayırıb kəsmişəm… 
- Düzünü de görüm, hansı yazığın evini yıxmısan? 
- Ə, nə işin var. Ye, doymasan, yenə gətirərəm. 
- Mən ölüm de. 
- Sən öl, Fərman, qorxuram. Hökumət adamısan, dostluğa-zada baxmazsan, 
məni tutub elərsən, balalarım qalar yetim. – Əhməd ucadan güldü. – İndi sən 
böyümüsən axı, pristavla oturub durursan… 
- Zarafata salma, mən ölüm de. Heç kəsə demərəm. Mən anamın oğlu 
deyiləm, atamın oğluyam. Başın üçün… 
- Dayan, dayan! – deyə  Əhməd onun sözünü kəsdi. - Atanı axtarırdın, sən 
öləsən, görmüşəm. 
- Mən özüm də keçən bazar günü Xocahanda görmüşəm. 
- Hə, nə təhər görüşdünüz? Aranızda giley-güzar olmadı ki? 
Fərman ona cavab verməyib sözü dəyişdirdi. 
- Sən öz işindən de. Görünür, əlin yaxşı gətirir. Əsli bazar, sənin bazarındır. 
Qoçaqsan, bircə davada əlin yoxdur. Bizi səngərdə qoyub qaçdın. 
Əhməd bərkdən gülərək: 
- Elə onun özü də bir qoçaqlıqdır, - dedi. – Mənə nə düşmüşdü ki, döşümü 
erməninin gülləsinin qabağına verəydim. Qərəz, arvad qovursun, sən  əti ye, 
Allahına şükür elə. Özü də balasultanlı Orucun boz erkəyinin ətidir. Amma sən öl
oğurluq deyil. Mən ona bir at vermişəm, o da mənə – pul, üstündə bir erkək. 
Fərman ürəyində dedi: «Sarıyataqlının atını oğurlayan yəqin ki, Əhməddir. 
Görüm boynuna qoyub, bir şey qoparda bilərəmmi?..». 
- Allah sənə  lənət eləsin,  Əhməd! – deyə o, başını buladı. – Ay həpənd, 
adam tapmırdın, gərək elə pristavın qohumuna sataşaydın?.. 
- Pristavın qohumu kimdir? 
- Xocahan bazarında oğurladığın at, pristavın bibisi oğlunundur. Onu da 
deyim ki, atın başı tutulub. Sən öl, işin xarabdır. Pristavın  əlinə düşsən, evin 
yıxılacaq. 
- Mən at oğurlamamışam. 
- Mənə  də yalan deyirsən? Sarıyataqlı  Məmiş  Əmiş  oğlunun alnı qaşqa, 
ayaqları səkil kəhər atını bazarda minib qaçmamısan? Mən bu barədə sənə heç bir 
söz demək istəmirdim. İndi söz açılıb, deyirəm. Pristav səni bugün-sabah tutacaq. 
Əhməd, Fərmanın hər  şeyi yerli-yataqlı danışmasından anladı ki, o, işdən 
yaxşı xəbərdardır. Ancaq özünü sındırmadı. 
- Mən pristavdan qorxmuram, çünki sənin kimi dostum onun yanında 
strajnikdir. Bir oğurluğun da üstünü basdıra bilməyəcəksən!.. 
- Yox, sən öl Əhməd, bacarmaram. Əli Sadiqi çox qəddar adamdır. Özü də 
bu cür oğurluq işləri olanda, əlinə fürsət düşür, ağzını əjdaha təkin açıb deyir: ver, 
ver! Mən səni güllələməyindən qorxuram… Bilirsən, ona müsavat pristavı 
deyərlər, insafı yox, mürvəti yox… Sən zalım oğlu da öz köhnə peşəndən  əl 
çəkmirsən. İstəyirsən ki, dünyanı da hop eləyib udasan. Daha işin dalını, qabağını 
düşünmürsən… 
Əhməd bir az fikirləşəndən sonra, əlini cibinə salaraq: 


 
66
- Yəni, deyirsən pristav ağzını lap yekə açır? – dedi. – Al, bas onun cibinə, 
ağzını yumsun, mənim adımı da çəkməsin. 
Əhməd Fərmana bir dəstə pul uzatdı. – Al! Mən də bilirəm: elə Nikolay 
vaxtından pristavların canı puldur. Onlar rüşvətsiz dolana bilməzlər, al! 
- Yox, Əhməd, yox. Mən sənin  əvəzindən ona belə  təklif eləyə bilmərəm. 
Özün apar, ver. De ki, bir də  qələt elərəm, başqasının atını, malını  oğurlaram. 
Ancaq bilməsin ki, mənim bu işdən xəbərim var ha!.. Yoxsa, ağlına gələr ki, mən 
də bir şey almışam… 
-  Ə, Fərman, nə  şey bazlıqdır. Mən səni xərcliksiz qoymayacağam ha! – 
Əhməd cibindən yenə pul çıxartdı. – Al, mən ölüm, götür! 
- Eyibdir, Əhməd, biz dostuq. 
- Mən ölüm al, elə dostluqda verirəm, al! Sən öl, mən sənin kimi strajnik 
olsam, atam oğlu, qardaşımdan da keçmərəm, hamıdan alaram. – Əhməd pulları 
Fərmanın cibinə basdı. – Pristavın da, sənin də halal xoşunuz olsun. 
- Sən öl, Əhməd, sözünü yerə salmaq istəmədim, yoxsa, mən hara, belə işlər 
hara… Hə, indi mən bu pulları pristava necə verim ki, sənin işinin üstündən 
keçsin?.. 
- Daha orasını özün bilərsən, - deyə Əhməd ayağa durdu. – Gedirəm. Mənim 
qapıma pristav-mristav gəlməyəcək ha!.. 
- Arxayın ol, ə, ölməmişəm ki… hara gedirsən, qal, gətirdiyin ətdən ye. 
- Evdə çoxdur… 
-  İyid oğlansan,  Əhməd. Qaçqınların çoxu acından qırılır, sən ağa balası 
kimi dolanırsan… 
Əhməd gülərək: 
- Bəli, - dedi, - gərək özünə elə  sənət tapasan ki, ac qalmayasan, hər 
hökumətin vaxtında geninə-boluna dolanasan… Sən dalımda dur, başqa şeylə işin 
yoxdur, cibin həmişə dolu olacaq… 
- Get başına qızıl al, gəz. Nə qədər ki, strajnikəm, gündə bir naxır oğurlasan 
da, sənə zaval yoxdur… 
- Bax, belə danış ha! Sən öl, kişisən. Xudahafiz! 
Əhməd getdi. 
Fərman o saat pulları cibindən çıxartdı. Qaçqın düşəndən bu qədər pul 
görmədiyindən böyük sevinc və acgözlüklə saydı. Bu pula nə alacağını götür-qoy 
elədi. Yenə cibinə qoyub öz-özünə dedi: «Pristava bir qəpik də verən deyiləm, 
onun aldıqları babasına da bəsdir. Atın başı tutulsa, işin üstü açılsa, pul aldığımı 
danaram. Əhmədi özüm güdaza verərəm». 
Fatı bayırdan evə gəldi. Əlindəki düyü torbasını ocağın yanına qoydu. 
-  Əhməd getdi? – deyə  Fərmanın yanında oturdu. – Mən də bayırda düyü 
arıtlayırdım. İndi sənə bir yaxşı plov bişirəcəyəm. 
- Tez bişir, gedəsi yerim var. 
- Hara gedəcəksən? 
- Gərək hər işə qarışasan?.. 
- Soruşuram dayna, niyə acığın tutur? Axı gəldiyin bircə gündür. Vallah, heç 
qoymursan ki, doyunca üzünü görəm… 
- Bəsdir, sən atanın goru! Üzümdə ay bitməyib. Dur işini gör! 


 
67
- Dururam, hirslənmə. Uzaq yerə gedəcəksən? Barı gecə evdə olacaqsanmı? 
Fərman çoxdan zəhləsi qaçdığı arvadına tərs-tərs baxaraq, fikrə getdi: «Bu 
qoca kaftar məni şam kimi əridəcək… Yaxamı onun əlindən necə qurtarım?!» 
 
Gecə yarı idi. Güman ki, kənddə Hacı Atakişi ilə  Fərmandan başqa, oyaq 
adam yox idi. Ata ilə oğul arasında axşamdan başlanan söhbət, giley-güzar hələ də 
davam edirdi. 
Hacı Atakişi oğluna qarşı etdiyi pisliyə görə, dönə-dönə üzr istədi. 
Fərman, atasının onu odun-alovun içində qoyub getməsindən çox, anasının 
ölümünə qüssələndi. Hacı Atakişinin dediyinə görə, Bənəvşə bir gecənin içində, 
ürək partlamasından ölmüşdü. 
Hacı Atakişi: 
- Bəli, oğul, - dedi, - olan oldu, keçən keçdi. Mən səni tapdığıma sevinirəm. 
Bundan sonra, Allah mənim ölümümü sənin qabağında eləsin. Sən də  hər  şeyi 
yadından çıxart. 
- Mən səni qınamıram, ata. Allahın qarışqası da ölmək istəmir. Yuvasına hey 
dən daşıyıb yığır. Handa ki, insan ola! Mən ürəyimdə  sənə olan nifrəti çıxardıb 
atdım. Sənin bir ata kimi elədiyin pisliyi, tökdüyün göz yaşlarına bağışladım. Heç 
narahat olma. Qərəz, ata, dünyanın quyruğu uzun imiş… Mən indi ayağı çarıxlı, 
üzü danlaqlı bir strajnikəm. Nədən ötrü? Bir loğma çörəkdən ötrü. Mən bığlı 
Əhməd kimi oğrudan rüşvət alıb dolanmağa məcbur olmuşam… 
- Daha bəsdir, ürəyimi qana döndərmə, oğul! – deyə Hacı Atakişi birdən 
ayağa qalxdı. Qapını daldan kilidlədi. Bir tərəfi sivri, o biri tərəfi balta kimi enli, iti 
düsəri evin bucağından götürdü. 
Fərmanın ürəyinə  şübhə doldu. «Bəlkə, bu qansız qoca məni öldürmək 
istəyir?  İndiyə  bəri dediyi sözlər, tökdüyü göz yaşları hiylə imiş?» deyə gözünü 
atasından çəkmədən, dərhal ayağa qalxdı. Özünü, evin bir bucağına söykədiyi 
tüfəngin yanına verdi. Lakin tüfəngə əl atmayıb gözlədi. Əgər atası ona sarı bircə 
addım gəlsəydi, o saat beynini göyə sovuracaqdı. 
Hacı Atakişi bayaqdan üstündə oturduqları gəbəni yığışdırmağa başladı. 
Fərmana elə  gəldi ki, gəbənin altında quyu var… Atasının Tamaşanı 
doğrayıb quyuya tökdüyü hadisə o saat gəlib gözünün qabağında durdu. Ancaq 
yenə gözlədi.  
- Mənim pullarım, qızıllarım burdadır, oğul, - deyə Hacı Atakişi yeri düsərlə 
qazmağa başladı. 
Fərmanın ürəyi  şübhələrdən azad oldu. Hacı Atakişi cecim parçasından 
tikilmiş iki torba çıxardıb kənara qoydu. Hər ikisi oturdu. Hacı Atakişi möhkəm 
bağlanmış torbaların ağzını aça-aça: 
- Qarışqa dən yığan kimi, mən də  qızıl, gümüş  yığmışam, oğul! – dedi. – 
Bizi bir-birimizdən ayıran bu pulların hamısı indi sənindir. – Hacı Atakişi torbaları 
açdı. Qızıl onluqları, məcdiyyələri, qolbaqları, üzükləri, düymələri əlində oynada-
oynada göstərdi. – Bu biri torbadakılar da gümüş pul və Nikolay yüzlükləridir… 
Necə deyərlər, gözlərinin çayırı açılan Fərman gülə-gülə dedi: 
- Nikolay pulu indi işə keçmir, müsavatın pulundan olsaydı yaxşı olardı… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə