Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

 
88
bir  şeydir, uçurtsan, dalınca həsrətlə baxacaq, yanıb-yanıb kül olacaqsan. 
Yubanma, Baxış bəy!» 
Xəyallarını həqiqətə çevirmək üçün necə hərəkət edəcəyini ürəyində ölçüb-
biçən Baxış bəy, ata bir şallaq vurdu. At qanadlandı… 
Dağların zirvəsindən aşmaqda olan günəş, sanki dedi: Baxış  bəy, sən bu 
yoldan qayıt! 
Şırıltısı Yazı düzünə qədər yayılan Bərgüşad çayı dil açdı: Baxış bəy, sən bu 
yoldan qayıt! 
Elə bil Şölə xanım da eyvana çıxaraq ərinin dalınca qışqırdı: Baxış bəy, sən 
bu yoldan qayıt!.. 
Hələ kəfəni saralmamış Nəbi də, sanki qəbirdən baş qaldırıb dedi: namussuz 
Baxış bəy, unutma ki, səndən intiqam alacaqlar, sən bu yoldan qayıt! 
Göz qızanda, qulaq kar olur, ağıl başdan çıxır, ürək daşa dönür, dil lal olur… 
Baxış  bəy dəyirmanın yanından keçən cığırla atı bağa sürdü. O yana, bu 
yana baxdı. Növrəstəni görmədi. Şırşır axan dəyirman arxı, budaqlarda civildəşən 
quşlar, xışıldayan yarpaqlar onun axtardığını göstərmədi. 
Baxış  bəy atı bir az da irəli sürdü. Yenə o yana, bu yana nəzər saldı. 
Üzümləri salxım-salxım sallanan tənəklər, üstündə yüzlərlə  qırmızıyanaq alma 
yetişən ağaclar da Növrəstənin yerini demədi. 
Baxış bəy darıxdı. Atı bağın lap içinə sürdü. Yenə ətrafa baxdı. 
- Növrəstə… Növ…rəs…tə!.. 
Dərdiyi meyvələri bir ağacın dibində cəvərənə dolduran Növrəstə qəfil gələn 
səsdən diksindi. 
Səs bir də təkrar olundu: 
- Növrəstə! Hardasan, Növ-rəs-tə!!! 
- Burdayam! Kimsən? Burdayam! 
Baxış  bəy ağacların dalına, yan-yörəsinə baxa-baxa atı  səs gələn tərəfə 
sürdü. 
Növrəstə Baxış  bəyi qarşısında görən kimi ürəyinə  şübhə damdı.  Şəki, 
Fərman  əhvalatı  gəlib gözünün qabağında durdu. Bir növ özünü itirdi. Bura nə 
evdi. Nə də mübarizə eləmək üçün yanında təndir şişi vardı… 
- Səsimə niyə səs vermirsən, ay qız? – deyə bəy atdan düşdü. 
- Ağa… Sənsən? Hardan belə?.. Ürəyim qopdu. 
Baxış bəy atı ağaca bağlayıb irəli addımlaya-addımlaya dedi: 
- Qorxma, mənəm… Görüm nə  yığmısan… Alma, ərik, gilənar… 
BərəkAllah! BərəkAllah, Növrəstə! Sən əntiqə… qızsan ki… Bəs nar hanı? 
- Ağa, indi nar vaxtı deyil ki… 
- Ay dilbilməz, mən o narı demirəm, sinəndəki nardan istəyirəm… 
Bəyin qara fikirdə olduğuna Növrəstənin daha heç şübhəsi qalmadı. O, 
qulaqlarına kimi qızardı. Hələ bu vaxta qədər heç kəs onun gözünə Baxış  bəy 
qədər alçaq görünməmişdi. 
Növrəstə bu qalın bağda xəncərli quldurun əlindən yaxasını yalvarmaqla 
qurtara bilməyəcəyini yəqin etdi. Hiylə işlətməyi qərara alıb süni bir gülüşlə dedi: 
- Baş üstə, ağa. Sən o böyük armud ağacının yanına get, mən də  cəvərəni 
götürüb gəlim… 


 
89
Həyatında çox qadın hiyləsi görmüş Baxış bəy ona inanmadı. 
- Burda, elə buradaca!..  deyə ac bir yalquzaq kimi ona hücum elədi… 
Növrəstə balıq kimi çapalayıb onun qolları arasından çıxdı… 
- Dayan! Hara qaçırsan? – deyə Baxış bəy onun dalınca qaçdı. 
Bütün qüvvəsini qıçlarına toplamış Növrəstə tez bağdan çıxmağa can atdı. 
Hər addımda yolunu tutan ağaclar, kollar da sanki ona düşmən kəsilmişdi. 
Baxış  bəy yaxınlaşırdı… Növrəstə özünü dəyirmana salmaq, dəyirmançıya 
pənah gətirmək məqsədilə, ora qaçdı. Heyhat! Qapı bağlı idi. O, dizə qədər çıxan 
dəyirman arxına özünü vurub o tərəfə keçəndə Baxış bəy qəzəblə qışqırdı: 
- Köpək qızı, sənə dayan demirəm… 
Təmiz geyimli, təzə  çəkməli Baxış  bəy suya girmədi. Qayıdıb atını mindi. 
O, arxı o tərəfə addayanda, Növrəstə yol ilə başıyuxarı, kəndə sarı qaçırdı. Xeyli 
aralanmışdı. 
Baxış bəy hirslə ata bir-iki şallaq vurub onun yalına sindi… 
Başı buraxılmış və sanki ayaqları yerə dəyməyən kəhər, yolu döşünə aldı… 
Ürəyi az qala sinəsindən qopan Növrəstə dönüb geri baxanda kəhərin 
dırnaqları az qaldı ki, onun dabanlarını qırsın. O saat sağa burulub, yoldan çıxdı. 
Baxış bəy də atın başını sağa çevirdi. Növrəstə sola burulub yenə qaçdı… 
Qəzəbindən atın üstündə titrəyən Baxış bəy: 
- Sənin nəfəsini kəsəcəyəm! – deyə atın başını sola döndərdi. – İt balasının 
mənimlə siçan-pişik oynamağına bax!.. 
Növrəstə qaçdı, o qovdu… 
At yaxınlaşanda, Növrəstə yenə sapdırma verdi… Kəhər onun yanından ox 
kimi ötüb keçdi… 
Növrəstənin nəfəsi lap təngimişdi… 
Baxış bəy ağzı, döşü, qarnının altı köpüklənmiş atın başını güclə yığıb, geri 
döndərdi… 
- Pərvərdigara, mən hara qaçım?..- deyə Növrəstə hönkürdü. – Barı bu 
yoldan gəlib-gedən də yoxdur… Yox, yox, bu cəllada mən can verməyəcəyəm. 
Növrəstə yenə yol aşağı qaçmağa məcbur oldu. Yenə gah sağa, gah sola 
döndü. Nəhayət, özünü yolun üstündəki buğda zəmisinə saldı. Adam boyda 
qalxmış  zəmi ona keçilməz bir dərya kimi göründü. Ancaq kəhər bu «dəryanı» 
yara-yara gəlirdi… 
Tamam taqətdən düşmüş Növrəstə büdrəyib, yıxıldı, qalxdı, bir də  yıxıldı. 
Bundan sevinən Baxış  bəy tez atdan düşdü. Qaçmasın deyə, cilovu kəhərin sol 
əlinə bağladı. Növrəstə qalxıb, yenə zəminin içi ilə qaçmağa üz qoydu. 
Qəzəbindən az qala dəli olan Baxış  bəy, daha atı minməyib piyada 
Növrəstənin ardınca qaçdı. Ürəyi az qala ağzından çıxan Növrəstə birdən yıxıldı. 
Daha dura bilmədi… Baxış bəy bir cəllad kimi onun başının üstünü kəsdi. 
- Mənə toxunma, ağa! Yalvarıram, mənə  əl vurma! Yetim, qərib adamam. 
Bir quş kimi bir yuvaya sığınar, ağa! Atamın ölümü hələ… 
Gözlərindən elə bil qan daman Baxış bəy çığırdı: 
- Kəs səsini! Atan bir dəfə öldü, qurtardı. Bu kəndə gələndən məni yüz dəfə 
öldürüb-diriltmisən… - Bəy töyşəyə-töyşəyə Növrəstəni qucaqladı. – İndi də məni 
aldadıb, əlimdən qurtarmaq istəyirsən? 


 
90
Növrəstə çırpınıb onun qolları arasından çıxmaq istədi. Bəy onu daha bərk 
sıxdı: 
- Sən öləsən, dədən qəbirdən dirilib gəlsə  də, buraxmaram… Heç 
çabalama!.. 
Düşdüyü tələdən qurtarmağa heç bir ümidi olmayan Növrəstə yenə göz 
yaşlarını imdada çağırdı,  ən aciz, ən təhqir olunmuş bir qul kimi, yalvar-yalvara 
dedi: 
- Məni balalarının başına çevir, ağa, ismətimi  əlimdən alma, mənim  ərim 
var. – Qəhər Növrəstəni boğdu. 
Baxış bəy heç nə eşitmirdi. Var gücü ilə Növrəstəni qaldırıb yerə qoydu. 
Növrəstə onu döşündən itələyə-itələyə dedi: 
-  Ərim bu günə, sabaha gələcək. Məni onun yanında başı  aşağı eləmə! 
Namusun olsun, bəy!.. 
- Ərinə bax! Ər arvadın yanında olmalıdır. Sənin ərin indi mənəm! Tez ol, 
gün batıb… 
Baxış  bəyin ağırlığını öz sinəsində hiss edən Növrəstə sonsuz bir nifrətlə 
dedi: 
- Tfu sənin bəy üzünə!.. 
 
Gün hələ  çıxmamışdı. Ancaq üfüq şərq tərəfdən qızarmağa başlamışdı. 
Hamıdan qabaq yuxudan durmağa adət etmiş Camal oyandı. Geyinib uca 
çardaqdan aşağı endi, əl-üzünü yudu. Arvadını bu erkən yuxudan oyatmağa 
qıymadı. Evə girərək təknədən üç-dörd yuxa götürüb dəsmala bükdü, dəsmalı isə 
belindəki nazik qayışa bağladı. Çini həyət divarının taxçasından götürüb getdi. 
Camal kəndin aşağısına çatanda, qulağına bayatı səsi gəldi. 
 
 
 
 
Mən aşiq şəkər canım, 
 
 
 
Hər dərdi çəkər canım, 
 
 
 
Nə haqqım var, nə muzdum, 
 
 
 
Bəylərə nökər canım… 
 
Bu bayatını oxuyan, Baxış  bəyin xırmanında işləyənlərdən biri idi. Bəy 
ailəsi yuxudan tez oyanıb narahat olmasın deyə, xırmançı alçaqdan, lakin çox 
yanıqlı oxuyurdu. Onun səsində məlahət və cazibə vardı. 
Camal bu həzin və ürəyə yatan səsə dayandı. Həm oxumağa qulaq asdı, həm 
də  xırmanın dörd tərəfində ucalan arpa-buğda tayalarına baxdı. Köksünü ötürüb 
öz-özünə dedi: «Ora bax… e… Baxış  bəyin hər tayası bir dağdır. Yenə 
quyularında, ambarında taxıla yer olmayacaq… Mən paxıl deyiləm, olsun, amma 
camaatın qanını zəli kimi sormasın, acgözlük eləməsin. Əşi, gör həyasızlıq nə yerə 
çatıb ki, həyətimdəki bir qara daşa da tamah saldı. Özümü də xurd-xəşil elədi, 
yıxdı ora, on gün yerimdən tərpənə bilmədim. Nədir o, Əli Sadiqi pristav, şikayət 
elədim, ağzımın üstündən vurub qaytardı. Dedi: «Get, bir də buralara üzükmə. Bəy 
bəydir, rəiyyət rəiyyət». Neyləyəsən?.. Dəli şeytan deyir, gecənin birində od vur bu 
tayalara, qisasını al… Yox, yox, elə  iş görmərəm, çörəyi yandırmaq kişilikdən 
deyil!..» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə