Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

 
85
- Bu sözü-söhbəti daha qurtaraq, mən acam, - deyə Hüseyn çantasını 
çiynindən aşırdı. – Gəlin çörək yeyək. Gün günorta yerinə qalxıb. Anam bu gün 
çörəyimin arasına soyutma yumurta qoyub. 
- Mənim anam da süzmə qatıq qoyub. 
Hüseyn güldü: 
- Gülyetər qarı da Yusifin çörəyinin arasına toyuq qızartması qoymuş olar… 
Əzim başını bulayıb ona gözünü ağartdı: 
- Ə, bəsdir, az danış! 
Axır vaxtlarda qəlbi hər şeydən sınan və tez pərt olan Yusif ayağa qalxdı. 
Əzim onun əlindən yapışdı: 
- Hara durursan! Çörək yeyirik… 
- Mən yemirəm, gedirəm malın yanına. – Yusif ağacını, dəhrəni, çatını 
götürdü. 
Əzim də yerdən qalxdı: 
- Yox, özüm ölüm qoymaram. Otur, otur bir yerdə çörək yeyək. Hüseynin 
sözündən incimə. O, bir az sözünün dalını, qabağını bilən deyil. 
Hüseyn təəccüblə dilləndi: 
- Mən nə dedim ki? Sataşmadım, söymədim! Mən ölüm, Yusif, incimə, otur! 
Mən Gülyetər qarının barəsində deyirdim… 
Hər ikisi Yusifin könlünü alıb oturtdular və çörək yeməyə başladılar. 
Heyvanlar xeyli aralanmışdı. 
Uşaqlar çörək yeyib ayağa durdular və  şirin-şirin otlayan malların yanına 
getdilər. Yaşıl bir yastanada çilingağac oynamağa başladılar… 
…Gün  əyildi. Böyük qayalardan dərələrin dibinə, təpələrin yamyaşıl 
sinəsinə qalın kölgələr düşdü… 
Uşaqların malları kəndə qaytarmalarına çox qalmamışdı. Ancaq Yusif hələ 
odun yığmamışdı. O, çatını, dəhrəni götürüb yoldaşlarına dedi: 
- Mən gedirəm odun qırmağa. Gülyetər qarı dünən axşamdan tapşırıb. Siz də 
yığacaqsınızsa, gedək. 
- Yox, biz də yemlik yığacayıq, - deyə Hüseyn cavab verdi. 
Yusif o qədər də böyük olmayan, boz qabıqlı bir saqqız ağacına çıxdı.  İti 
dəhrə ilə bir neçə budağı  kəsib yerə tökdü. Quru bir budağı  kəsəndə, dəhrə ötüb 
Yusifin sol dizinin qapağına dəydi. Yusif ağrıdan ufuldadı.  Şalvarı qana bulaşdı. 
Nə qədər elədisə, ağacdan düşə bilmədi. Yoldaşlarını çağırdı: 
- Ay Hüseyn, ay Əzim! Ə, bura gəlin! 
- Nə var? Nə olub? – deyə Hüseyn soruşdu. 
- Ə, tez gəlin, yaralanmışam! Ağacdan düşə bilmirəm… 
Əzimlə Hüseyn qaça-qaça özlərini ona yetirdilər.  
Hüseyn təəccüblə: 
-  Ə,  Əzim, qana bax!.. Yusif, ay evi yıxılmamışın oğlu, ehtiyatlı ola 
bilmirdin?.. 
Yoldaşları köməkləşib Yusifi birtəhər ağacdan endirdilər. Göy otun üstündə 
oturdub ona ürək-dirək verməyə başladılar. 
Yusif ağrının şiddətindən üz-gözünü bərk turşudub ufuldayırdı. 
Əzim üzünü Hüseynə tutub: 


 
86
- Bu yazığın yarasını  nə ilə sarıyaq? – dedi. – Səndə  dəsmaldan-zaddan 
yoxdur? 
- Sarımamışdan qabaq gərək yaranın üstünə bir şey qoyaq qanı qurusun. 
- Nə qoyaq? Burda nə var ki? 
Əzim azacıq fikirləşib: 
- Hə, mən tapdım nə qoyaq, - dedi. – Kül. Bir dəfə atamla bağdan gəlirdim, 
eşşəkdən yıxıldım daşın üstünə. Başım yarıldı, qan axdı. Atam dəsmalını yandırıb 
külünü yaramın üstə basdı. Gəl biz də elə eləyək… 
Əzim arxalığından bir şırım çıxartdı, onu da ikiyə böldü. Birini yandırıb, 
külünü yaraya basdı. Hüseynin köməkliyi ilə bağladı. 
Günəşin yarısı üfüqə sancılmışdı. Hər yeri kölgə sarmışdı. Bir azdan sonra 
dağların, qayaların təpəsində oynaşan şüalar da çəkiləcəkdi… 
Hüseynlə  Əzim malları bir yerə topladılar, Yusifi ulağa mindirdilər. Onun 
heybəsini, dəhrəsini götürdülər. Malı kəndə sarı sürdülər. 
Yol uzunu yoldaşlarına razılıqdan başqa bir söz deməyən. Canını dişinə 
tutub ufuldamayan Yusif kəndin girəcəyində dərindən köksünü ötürdü… 
Yusif yıxılmasın deyə, yeddi-səkkiz verstlik bir yolu onun qolundan tutub 
gələn Əzim dedi: 
- Elə ah çəkmə, Yusif. Heç nə olmaz, tez sağalarsan. 
Hüseyn: 
- Qorxma, Yusif! – dedi. – Sən düz evinizə kimi aparacayıq. Yanına gəlib-
gedəcəyik. Sən sağalana qədər ağanın mallarını biz otararıq. Fikir eləmə. 
- Sağ olun! Yaramı sarıdınız, məni kəndə kimi gətirdiniz. Amma… - Yusifin 
gözləri doldu, - amma ağam bir gün də məni evində saxlamayacaq. Mən küçələrdə 
dilənçi olacağam, acından öləcəyəm… 
Üçü də susdu. Lakin Yusifin könlündə sanki bir fırtına vardı. Ağasıgil onu 
necə qarşılayacağını fikirləşdikcə, sarsılırdı… 
Həyətə girəndə Yusif qeyri-ixtiyari olaraq qışqırdı: 
- Ay, başım fırlanır… Qoymayın, yıxılıram!  
Çığırtıya Ağalar evdən çıxdı. Yusifi eşşəyin üstündə gördükdə dedi: 
- Ə, uşaqlar, bu nədir? Bizim nökəri niyə eşşəyə mindirmisiniz? Ona nə olub 
ki?.. 
Əzimlə Hüseyn heç bir cavab verməyib Yusifi yerə düşürtdülər… 
 
Kəndin aşağısında, yolun üst tərəfində ikimərtəbəli, ağ divarlı, qırmızı 
taxtapuşlu ev hamının nəzərini cəlb edir. Onun qərbə  və  cənuba baxan iki enli
uzun və yaraşıqlı eyvanı var. Qərb tərəfdəki eyvandan bütün kənd, cənub 
tərəfdəkindən isə  Bərgüşad çayı, onun hər iki sahili boyu uzanan bağlar, çəltik 
ləkləri, Mirrər, Dondarlı, Dəmirçilər və sairə  kəndlər görünür. Evin şərqə baxan 
pəncərəsindən Müskanlı, Qazyan kəndləri görünür. Şimala açılan pəncərədən isə, 
ətəkləri kəndin qırağına kimi uzanmış dağlar görünür. 
Elə bil şəhərlərdəki  ən gözəl binaların birini yerli-köklü gətirib burda 
qurmuşlar. Bu evə heç bir kəndli evi nəinki bitişik, hətta yaxın da deyil. 
Kəndlilərin yerə yapıxmış, sanki kədərdən beli bükülmüş, bomboz komaları 


 
87
yanında, bu ev bir kaşanəyə bənzəyir. Əhmədalı bəy bu imarəti kəndlilərdən aldığı 
bəhrə və onların əməyi hesabına tikdirib… 
İndi bəy ailəsi burada naz-nemət içində yaşayır. 
…Cənuba sarı baxan eyvanda oturub, çay içə-içə bağlara, kəndlərə, xırman 
döyənlərə tamaşa edən Baxış bəy nə isə düşünürdü. Bəlkə, o, düşünürdü ki: «Nə 
üçün bütün mahal mənim  əlimdə deyil? Axı  mən bəylər bəyiyəm, rəiyyət 
sahibiyəm!» 
Yox, o, başqa şey düşünürdü… 
Növrəstənin gəlişi Baxış bəyin düşüncələrini pozdu. 
- Ağa, yenə çay içirsənmi? 
- Hə, Növrəstə… Sənsən? Çay… çay içmirəm… 
Növrəstə stəkanı, qənddanı gümüş podnosa qoyub aparanda Baxış bəy: 
- Dayan! – dedi. 
Növrəstə geri çevrildi, ağasının qabağında dayanıb, başını aşağı saldı. 
- Əynin-başın tökülüb, anama demişəm, sənə təzə paltar tikəcək. Darıxma, 
bir neçə vaxtdan sonra sən də xanım olacaqsan. Özün də yaxşı ye, iç, əmələ gəl, 
ətə, cana dol. Görürəm, hərdənbir ağlayırsan, daha elə şey eləmə. Hə, bizim evdən 
narazı deyilsən ki? 
- Yox. 
- Ay bərəkAllah! Sən ağıllı qızsan. Stəkanı apar qoy evə. Sonra da get bizim 
öz bağımıza. Bir az ərik, gilənar yığ gətir. Yaxşımı? 
- Baş üstə, ağa. 
- Get, bərəkAllah bala! Amma yubanma, bu saat get! 
Növrəstə otağa girənə kimi, Baxış bəy onun arxasınca baxdı. 
- Mən elə səhərdən səni düşünürdüm, a dağlar maralı! – dedi. – Dövlət də 
sənsən, Allah da sənsən, a zalımın balası! Sən hansı xanımdan əksiksən! 
Növrəstə içəridən bir cəvərən götürüb qayıtdı. Baxış  bəyin yanından 
keçəndə, bəy onu dayandırıb: 
- Cəvərəni ağzına kimi doldur, - dedi. – Tələsib pislərini yığma. Başa 
düşdün? 
- Baş üstə! – Növrəstə getdi. 
Elə bil Baxış  bəyin ürəyi də onunla getdi. Tez yerindən qalxdı. Xırmana 
gedib, taxıl döyənlərə  bəzi göstərişlər verdi. Yarım saata kimi orada qalıb evə 
qayıtdı. Xəncərini bağladı, atını minib mahmızladı… 
…Baxış bəy yola çıxdı. 
Başını dik tutub oynaya-oynaya yeriyən, ayaqları  səkil, tünd kəhər atın 
üstündə o hara gedirdi? Qəlbinə tufan salmış vəhşi ehtirasını söndürməyə! 
Baxış  bəyin sevinci Bərgüşad çayı  qədər coşqun və sonsuz idi. O, getdiyi 
yoldan başqa, heç yana baxmırdı. Tozlu-torpaqlı yolda qalmış yüzlərcə  rəddin 
içində Növrəstənin rəddini tanımaq, onu tutub arxayınca getmək istəyirdi. O, 
istəyirdi ki, yoldakı  hər daş, hər kəsək dilə  gəlib desin: «Qorxma, Baxış  bəy, 
Növrəstə sənin məqsədini başa düşməyib. O, sən göndərən yerə gedib, qaçmayıb! 
Onun sığınacağı, yurdu-yuvası yoxdur. Bağın dəyirmana tərəf olan yerinə get! Tez 
get! Yolunu kəsədən sal, düz get! Fürsəti daha bu gün əldən vermə. O, quş misallı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə