Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə114/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   110   111   112   113   114   115   116   117   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

6. İnsan həyatının mənası. İnsan həyatının mənası haqqında suallar lap qədim dövrlərdən təkcə filosofların deyil, adi insanların da cavablandırmağa çalışdığı əbədi suallar kateqoriyasına daxildir. Hər bir bəşər övladı gec və ya tez bu sualı ilk növbədə özünə ünvanlayır: o nə üçün yaşayır, yaşadığı həyatın mənası varmı? Sualın cavabı isə heç də onun sırf şəxsi işi deyil. Veriləcək cavab ətraf insanların da maraqlarına əhəmiyyətli dərəcədə toxunur. Çünki hər bir insanın öz həyatının mənasını necə anlamasından onun davranışı, yaxın və uzaq insanlara, ailə və daxil olduğu kollektivə münasibəti bilavasitə asılıdır. Onu da qeyd edək ki, insanın həyatın mənasını necə anlaması onun əxlaqı ilə qarşılıqlı əlaqəlidir. Burada böyük Azərbaycan maarifpərvər yazıçısı Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsini xatırlamaq yerinə düşür. Pyesin baş qəhrəmanlarından biri Nəcəf bəyin həyat amalı belədir: “Dünya beş günlükdür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzəti damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazandığını yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur”. Nəcəf bəyin həyatın mənasını belə anlaması onun özünün də, ailəsinin də faciəsinə səbəb olur.
Fəlsəfə tarixi insan həyatının mənası haqqında suallara vahid, birdəfəlik cavab verməmişdir. Müxtəlif fəlsəfi ənənələrdə, cərəyan və sistemlərdə məkan və zamandan, filosofun şəxsi keyfiyyətləri kimi amillərdən asılı olaraq sual elə müxtəlif cür də cavablandırılmışdır.
Bununla belə, insan həyatının mənasının aşkarlanmasına istiqamətlənmiş yanaşmaları dörd qrupa bölmək olar: pessimist, naturalist, avtoritar, subyektivist. Hər yanaşmanı ayrılıqda nəzərdən keçirək.
Pessimist yanaşma. Bu insan həyatının mənasının axtarışlarında istifadə edilən ən qədim yanaşmadır. Pessimist yanaşma həyatı tənhalıq, qorxu və iztirablar dünyasında faciə kimi nəzərdən keçirir. Əhdi-ətiq əslində pessimizmin klassik nümunəsidir. Əhdi-ətiqə daxil olan Vaiz kitabında yazılır: “Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir. Vaiz deyir: Hər şey puçdur, puçdur, tamam puçdur! İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin nə faydası var?...Onun bütün günləri dərd içində, işləri kədər içində keçir”.
Buddizm isə ilk və əzəmətli həqiqət olaraq bəyan edir ki, həyat sonsuz iztirabdır. Bu daim təkrarlanan iztirablara yalnız nirvana – şəxsi “Mənin” itirilməsi yolu ilə əldə edilən bəxtiyarlıq qalib gələ bilər.
XIX-XX əsrlərdə pessimist əhval ruhiyyə irrasionalist fəlsəfə çərçivəsində öz apogeyinə çatır. A.Şopenhauer hesab edir ki, insan əbədi qorxu içərisində, “taleyin ona hansı bədbəxtlik hazırladığını – xəstəlik, yoxsulluq, şikəstlik, korluq, dəlilik – bilmədən” yaşayır. İrrasionalizmin digər nümayəndəsi Nikolay Hartman(1842-1906) hesab edirdi ki, bədbəxtliyin mənbəyi əslində illüzor (xəyali) olan xoşbəxtlik istəyidir. Ona görə də iztirablardan qurtulmağın yolu arzuların boğulmasıdır. Həm Şopenhauer, həm də Hartmana görə faciəvi dünyadan uzaqlaşmağın yeganə rolu arzulardan, məmnunluqdan, hissi həzdən imtina – buddist nirvanaya yaxın olan dinclikdir.
Ekzistensialistlər də həyatı oxşar şəkildə təfsir edir, həyatın əsasının qayğı, həyəcan, qorxu olduğunu bildirirlər. Bu cərəyan nümayəndələrinin humanizm və yaradıcı özünüifadəyə çağırmalarına baxmayaraq, belə hesab edirdilər ki, heç bir cəhd faciəvi dünyanı dəyişməyə qadir deyil –bu cəhdlər yalnız “Sizif əməyidir”.
Müasir postmodern fəlsəfə nəinki həyatın mənası olmasını, hətta bütövlükdə mənanın özünü inkar edir, ifrat nəticələrə gəlirlər. Onlara görə dəyər mövcud deyil, həyatın yeganə modusu ironiyadır (istehza) – xaotik dünyaya tənqidi baxışdır.
Zəruri qeyd edək ki, pessimist olub-olmamaq hər kəsin öz seçimidir. Lakin unutmaq olmaz ki, həyatda faciəviliklə yanaşı həzz də, xoşbəxtlik də, uğur və rifah da mövcuddur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə