Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə111/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   107   108   109   110   111   112   113   114   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

4. İnsanın təbiəti və mahiyyəti. İnsanın təbiəti dedikdə onu digər canlılardan fərqləndirən xüsusiyyət və əlamətlərin məcmusu başa düşülür. Belə əlamət və xüsusiyyətlər çoxsaylı ola bilər. İnsanın mənşəyi haqqında danışdıqda onlardan əsas olanlarını artıq sadaladıq: zəka, əmək qabiliyyəti, kollektiv fəaliyyət, dil, əxlaq və s. Bir çox hallarda bu siyahıya yaradıcılıq, azadlıq, mənəviyyat, inam, təxəyyül və fantaziya, gülüş, öz faniliyinin dərki və bir sıra səciyyəvi insani xüsusiyyət və keyfiyyətlər əlavə edilir.
Bu keyfiyyətlər siyahısının səciyyəvi xüsusiyyəti:
- qeyri-bitkinlik (natamamlıq): bu onunla izah olunur ki, insan təbiəti o qədər mürəkkəb, ziddiyyətli və çoxobrazlıdır ki, onun keyfiyyətlərini tam axıra qədər sayıb qurtarmaq olmaz;
- qeyri-summativlik: insan özünün keyfiyyətlərinin sadə cəminə gətirilə bilməz.
Bununla əlaqədar antik fəlsəfə tarixçisi Diogen Laertinin “Məşhur filosofların həyatı, təlimi və kəlamları” adlı əsərində əksini tapmış maraqlı fakta diqqət yetirək. Platon insana populyarlıq qazanmış tərif verir: “İnsan iki ayaqlı, lələksiz heyvandır”. Platonun əbədi tənqidçisi Diogen Sinoplu isə xoruzun lələklərini yolur və hamıya göstərərək deyir: “Baxın, bu Platonun insanıdır”.
İnsanın mahiyyəti dedikdə isə insanın daxili məzmununu, onun “dərin nüvəsini” müəyyənləşdirən əsas keyfiyyətlər başa düşülür.
Müxtəlif fəlsəfi təlimlərdə insan mahiyyəti ya bioloji və ya sosial başlanğıca, ya da zəka, təfəkkür və ya “İlahi bənzərliyə” və s. gətirilir. İnsanın mahiyyət müəyyənliyinə aid bəzi yanaşmaları nəzərdən keçirək.
Zoon politikon: siyasi və ya ictimai heyvan. İnsanın mahiyyəti haqqında danışan Aristotel əsas diqqəti onun zəkasına, öz faniliyini dərk etməsinə, xeyir və şər anlayışlarını qavramasına, gülmək bacarığına diqqəti yönəldir. Lakin, o belə hesab edir ki, insanın dərin mahiyyəti onun “birlikdə yaşayışa” olan tələbatındadır. İnsan öz mahiyyətini yalnız sosial həyatda, cəmiyyətin (dövlətin) digər üzvləri ilə təsərrüfat, siyasi, mədəni münasibətlər qurmaqla müəyyənləşdirir.
K.Marks da yazdığı əsərlərində insanın ictimai mahiyyətinə xüsusi əhəmiyyət vermişdir: “İnsanın mahiyyəti ayrıca fərdə məxsus olan mücərrədlik deyil. Öz gerçəkliyində o, bütün ictimai münasibətlərin məcmusudur”. Bu nöqteyi-nəzərdən yanaşdıqda insan ictimai vücuddur. Lakin, bu heç də o demək deyil ki, insan cəmiyyətdə “ərimiş”, fərdiyyətçiliyini tam itirmişdir. İnsan təkcə cəmiyyətin məhsulu yox, həm də cəmiyyətin özü insan fəaliyyətinin məhsuludur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə