Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə112/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   108   109   110   111   112   113   114   115   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Homo Sapiens: ağıllı insan. İnsanın mahiyyətini onun zəkasında axtaran bu yanaşma da Aristotelə məxsusdur. Yeni dövrdə isə bu yanaşma hamı tərəfindən birmənalı olaraq qəbul edilir və mütləqləşdirilir. Məsələn, R.Dekart insanı “fikirləşən əşya” adlandırmış, bioloji təsnifat meydana gəldikdən sonra Homo Sapiens ifadəsi müasir insan növü üçün standart işarəyə çevrilmişdir.
Deməli, insanın kövrək vücud olmasına baxmayaraq bu nəhəng dünyada o, özünün məntiqi fikirləşmək qabiliyyəti, özünü və ətrafındakı dünyanı qavramaq qabiliyyəti ilə heyvanlar səltənətindən ayrılmışdır.
Homo faber: yaradıcı insan. XIX əsrin sonlarında Yeni dövr filosoflarının zəkaya dünyanın əsası və insanın mahiyyəti kimi imanı əhəmiyyətli dərəcədə zəifləyir. Holland kulturoloqu Y.Heyzinqa (1872-1945) bu haqda yazırdı ki, biz artıq möhtəşəm XVIII əsrin bizə təlqin etdiyi Zəkadan uzaq düşmüşük. Ona görə də biz Homo Sapienslə yanaşı, həm də Homo faber –yaradıcı insanlarıq.
Heyvanlardan fərqli olaraq insan fəal olaraq istehsal edir, yaradır, qurur, həm də onun fəaliyyəti məqsədyönlüdür, dəyərə malik olub yaradıcı təşkil edilmişdir. Yaradıcılıq insanın mahiyyət keyfiyyəti olub, onu daha əhatəli təsvir edir. Çünki, yaradıcılıq prosesi təkcə zəkaya deyil, həm də təxəyyülə, intuisiyaya, fantaziyaya, dəyər və hisslərə, həmçinin əmək fəaliyyətinə əsaslanır. Quruculuq insanın gerçəkləşdirdiyi rəngarəng fəaliyyətin əsasıdır: istehsal, tərbiyə, təhsil, siyasət və s. Bu anlamda insan yalnız və yalnız ilk bəsit əmək alətləri yaradarkən əsl insan olmuşlar. Alətlərin təkmilləşdirilməsi –daş ərsinlərdən tutmuş kompüterə qədər – insanı, bir çox hallarda onun həyatını müəyyənləşdirən əlahiddə süni ətrafını yaratmışdır. Belə demək olar ki, müasir insan yaradıcısı olduğu texnika və mədəniyyət dünyasında yaşayır.
Homo ludens: oynayan insan. Bu təyin də Y.Heyzinqaya məxsusdur. O belə hesab etmişdir ki, insanın mədəni fəaliyyətinin bütün növləri –o cümlədən ədalət məhkəməsi, müharibə, fəlsəfə, incəsənət və s. – oyunsuz olmur. Mədəniyyət oyundan yaranır, onda insan mövcudluğunun xüsusi simvolik sferası yaranır. İnsanı əməkdən daha çox, asudə oyun prosesi yaratmışdır. İnsan məhz oyunda hamı üçün ümumi qaydaları könüllü qəbul edərək öz fantaziyasını gerçəkləşdirə, təxəyyülünü inkişaf etdirə, bədii dəyərlər yarada, digərləri ilə ünsiyyət qura bilər. Başqa sözlə desək yalnız oyunda insan heyvani yaşantının dar çərçivəsindən çıxaraq gerçək və rəngarəng, həqiqi insan həyatına daxil olmuşdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə