Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə109/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   105   106   107   108   109   110   111   112   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

3.İnsanın mənşəyi. Müasir elmdə ən mübahisəli, hələ də dəqiq həllini tapmamış problemlərdən biri də insanın mənşəyi və yaxud antropogenez problemidir. Hal hazırda üç əsas antropogenez nəzəriyyəsi, yəni insanın mənşəyi haqqında üç nəzəriyyə mövcuddur: kreasionizm, təkamülçülük, kosmizm.
a)Kreasionizm ən qədim nəzəriyyədir. Bu nəzəriyyəyə görə insan fövqəltəbii mövcudluq tərəfindən yaradılıb. Kreasionizm mahiyyətcə dini təlimdir. Məsələn, xristianlığa görə insan Allah tərəfindən bir anda, “Allaha bənzər və Onun surətinə” əsasən yaradılıb.
b)Təkamül nəzəriyyəsinə görə insan qədim meymunabənzər əcdadlarından yaranıb. İnsanın yaranma prosesi irsiyyət, dəyişkənlik və təbii seçmə qanunlarının təsiri altında getmişdir. Təkamül nəzəriyyəsi genişləndirilmiş şəkildə Ç.Darvin tərəfindən hazırlanıb.
c)Kosmik nəzəriyyəyə görə insan özgə planetdən gəlmədir. İnsan ya yerdənkənar vücudların birbaşa nəslindəndir, ya da yerdənkənar zəkaların eksperimentlərinin məhsuludur.
İnsanın mənşəyi haqqında hər üç nəzəriyyənin sintezi kimi çıxış edən baxışlar da mövcuddur. Məsələn, bəzi dini əhval-ruhiyyəli alimlər fərz edirlər ki, təbii (təkamül) seçmə prosesində insan bədəni dəyişikliyə məruz qalmış, can (zəka, əxlaq və s.) insana onun hansısa inkişaf mərhələsində verilmişdir. Mistik təlimlərdə insanın kosmik təkamül qanunlarının qarşılıqlı təsiri və “dünyəvi kosmik zəkanın” fəaliyyətinin nəticəsində inkişafı haqqında danışılır.
İnsanın bütöv obrazını yaradan fəlsəfə müxtəlif elmlərin verdiyi biliklərdən istifadə edir. Antropogenez probleminə baxışların müxtəlifliyinə baxmayaraq alimlərin çoxu bir sıra bioloji və arxeoloji məlumatlarla təsdiqlənən təkamül nəzəriyyəsinə üstünlük verirlər.
Biokimyəvi genetik tədqiqatlara əsaslanan alimlər insanın ulu əcdadı olan insanabənzər meymunların təqribən 5-10 mln. il əvvəl yaşadığını fərz edirlər. 2002-ci ildə Çad gölünün ətrafında aparılan qazıntılar zamanı həm insana, həm də meymuna oxşayan, yaşı isə təqribən 7 milyon olan insanabənzər vücudun kəllə sümüyü tapılmışdır. Tapılmış vücud “Çadlı saxelantrop” (Sahelantropus tchadensis) adlandırılmışdır. Saxelantropun düzyeriyən olması fərz edilir. Lakin bəzi antropoloqlar qazıntıdan əldə edilmiş məlumatların azlığı səbəbindən onun insanabənzər deyil, meymunabənzər vücud olmasını iddia edirlər.
Avstralopitek (lat. australis – cənub və yun. pithekos -meymun). Afrika ərazisində 4,2 – 1 mln. il bundan əvvəl yaşamış avstralopitek insan əcdadına ən yaxın canlı hesab edilir. Bədəni tüklü olan avstralopitek xarici görkəminə görə insandan daha çox meymuna bənzəmişdir. Lakin, o artıq iki ayağı üzərində gəzmiş və əlin böyük barmağının inkişafdan qalması səbəbindən müxtəlif əşyalardan istifadə etmişdir. Onun bədəninə nisbətdə beyninin həcmi insan beyni ilə müqayisədə kiçik olsa da, müasiri olan insanabənzər meymunların beynindən böyük olmuşdur.
Bacarıqlı insan (Homo habilis). Bu insan növünün ilk nümayəndəsi olub bəsit daş alətlər düzəldə bilmişdir. Onun beyni avstrolipitekin beynindən böyük olmuşdur. Beynin bioloji xüsusiyyətləri isə onda elementar nitqin olmasından xəbər verir. Digər göstəricilərinə görə isə o, müasir insana yox, avstralopitekə bənzəmişdir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə