Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə106/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   102   103   104   105   106   107   108   109   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Aksiomatik metod. Nəzəri tədqiqatın səciyyəvi elmi metodlarından biri də ali nəzəriyyələrin qurulmasında geniş tətbiq olunan aksiomatik metoddur. İlk dəfə bu metod Evkilid tərəfindən, yaratmış olduğu həndəsənin nəzəri əsaslandırılması zamanı tətbiq edilmişdir. Bu metodun mahiyyətini aşağıdakı kimi təsvir etmək olar.
Nəzəri biliyin aksiomatik quruluşu zamanı ilk növbədə isbatı tələb olunmayan çıxış müddəalarının toplusu verilir. Bu çıxış müddəaları aksiomlar, və yaxud postulatlar adlandırırlar. Sonra isə bu aksiomlardan müəyyən qaydalarla çıxarılmış müddəalar sistemi qurulur. Çıxış aksiomları və onların əsasında əldə edilmiş müddəaların məcmusu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.
Məlum olduğu kimi, aksiomlar sübuta ehtiyacı olmayan müddəalardır. Məntiqi çıxarışlar aksiomların həqiqiliyini onlardan çıxarılmış müddəalara şamil etməyə imkan verir. Nəticə çıxarılışının tam və dəqiq qeyd olunmuş qaydaları aksiomatik sistemlərin genişləndirilməsi zamanı mühakimə prosesini nizamlamağa, bu mühakimələri daha ciddi və korrekt etməyə imkan verir.
Hipotetik-deduktiv metod. Təkmilləşdirilmiş nəzəri bilik elmi faktların induktiv ümumiləşdirilməsi hesabına “aşağıdan” qurulmur. Əksinə, empirik məlumatlara münasibətdə sanki “yuxarıdan” genişləndirilir. Oxşar biliklər sisteminin qurulma metodunun mahiyyəti belədir ki, ilk öncə hipotetik konstruksiya yaradılır və bu deduktiv genişləndirilərək bütöv hipotezlər sistemini əmələ gətirir. Sonra isə qurulmuş sistem təcrübi yoxlamaya məruz qalır. Yoxlamanın gedişində sistem dəqiqləşdirilir və konkretləşdirilir. Nəzəriyyənin hipotetik-deduktiv genişləndirilməsinin mahiyyəti də budur.
Hipotezlərin deduktiv sistemi iyerarxik quruluşa malikdir. Onda ilk növbədə yuxarı yarus hipotezi (yaxud hipotezlər) olur, sonra isə ilkin hipotezlərin nəticəsi olan aşağı yarus hipotezlər gəlir.
5. Dünyanın elmi mənzərəsi.
Müxtəlif elmi bilikləri ehtiva edən nəzəriyyələrin dəyişməsi bizim Kainat haqqında təsəvvürlərimizi də dəyişir. Müxtəlif dövrlərdə yaşamış elm insanlarının dünya, onun quruluşu və inkişafı haqqında təsəvvürləri bir-birindən fərqlənir. Obyektiv gerçəklik haqqında tarixən formalaşan və bir-biri ilə qarşılıqlı əlaqədə olan biliklər sistemi dünyanın elmi mənzərəsini əmələ gətirir. Elm fəlsəfəsi çərçivəsində dünyanın elmi mənzərəsinə müxtəlif təriflər verilir. Onlardan ikisini aşağıdakı kimi ifadə edə bilərik:
Dünyanın elmi mənzərəsi bu və ya digər zamanda dünyanın qanun və strukturları haqqında fundamental təsəvvürlərin məcmusu, dünyanın quruluşunun ümumi prinsip və qanunlarına baxışların məcmusudur.
Dünyanın elmi mənzərəsi insanın gerçəkliyin (real mövcud olan dünyanın) xassə və qanunauyğunluqları haqqında elmi anlayış və prinsiplərin ümumiləşdirilməsi nəticəsində qurulmuş təsəvvürlər sistemidir.
Dünyanın elmi mənzərəsinin sistemli və mürəkkəb struktura malik olduğunu nəzərə alınarsa söyləmək olar ki, onun dəyişməsi hansısa bir kəşfə, o hətta fundamental olsa belə, müncər etmək olmaz. Burada söhbət insanın ətraf gerçəkliyə münasibətini dəyişən və bir biri ilə sıx qarşılıqlı əlaqədə olan kəşflərdən gedir. Elm tarixində müəyyən dünya mənzərəsini formalaşdırmış üç elmi inqilab haqqında danışmaq olar: dünyanın birinci, Aristotel elmi mənzərəsi; dünyanın ikinci, Nyuton elmi mənzərəsi; dünyanın üçüncü, Eynşteyn elmi mənzərəsi.
Tarixən formalaşmış dünyanın hər bir elmi mənzərəsinin əsas prinsip və müddəalarını ayrı-ayrılıqda nəzərdən keçirəcəyik.

  1. Dünyanın Aristotel elmi mənzərəsinin əsas prinsipləri aşağıdakılardır:


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə