Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə107/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   103   104   105   106   107   108   109   110   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

- geosentrizm –Yer kainatın mərkəzidir;
- naturfəlsəfə - təbiət yalnız təfəkkürlə dərk oluna bilər;
- panteizm – dünya nəhəng və zəkalı orqanizmdir;
- dövrülük – hər şey dairə boyunca dövr edir.
2. Dünyanın Nyuton elmi mənzərəsinin əsas prinsipləri:
- heliosentrizm – dünyanın mərkəzi Günəşdir;
- mexanisizm – dünya cansız və qeyri-zəkalı mexanizmdir;
- deizm – Tanrı dünyanı yaradıb, sonra onun işlərinə müdaxilə etmir;
- stasionarlıqKainatda heç nə dəyişmir;
3.Dünyanın Eynşteyn elmi mənzərəsinin əsas prinsipləri
- nisbilik nəzəriyyəsi;
- mikro-aləmin kəşfi;
- “böyük partlayış” hipotezi;
- kosmik təkamül mərhələlərinin aşkarlanması.


Mövzu№14. Fəlsəfədə insan problemi.
I. İnsan.
1.İnsan fəlsəfi problem kimi.
2.Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr.
3.İnsanın mənşəyi.
4.İnsanın təbiəti və mahiyyəti.
5.Fərd, fərdiyyət, şəxsiyyət.
6.İnsan həyatının mənası.
I. İnsan
1.İnsan fəlsəfi problem kimi. Qədim yunan filosofu, kiniklər məktəbinin görkəmli nümayəndəsi Sinoplu Diogeni günün günorta çağı əlində fənər görən insanlar ondan nə axtardığını soruşanda “insan axtarıram” cavabını vermişdi. İlk baxışda bir az ironik, bir az da qeyri-ciddi səslənən bu cavab olduqca böyük mənaya malikdir. Yəni məsələ heç də göründüyü qədər sadə deyil. Əslində sinoplu müdrik hər gün yüzünü, minini gördüyümüz, gündəlik qayğılar içində vurnuxan və hətta bəzən insan olduğunu unutmuş insanlar içərisində adı böyük hərflə yazılacaq “İNSAN” axtarır. Yəni hər gün dəfələrlə işlətdiyimiz “insan” sözü, mənası və mahiyyəti asanlıqla qavranılmayan, dərk olunmayan və ciddi təhlilə ehtiyac duyulan xüsusi varlıq tipini işarələyir.
Problemlə bilavasitə bağlı olan bəzi suallara nəzər yetirək: İnsanı sözün əsl mənasında “insan” edən nədir? Onun digər canlılardan nə fərqləndirir? İnsan həyatının və ölümün mənası varmı? Fərd, şəxs, şəxsiyyət terminləri bir-birindən nə ilə fərqlənir, onların məzmunca fərqi nədir? İnsanın mənşəyi haqqında biz nə bilirik? Nəhayət rus yazıçısı M.Qorkinin məşhur ifadəsini xatırlayaq: “İnsan – qürurlu səslənir!” Nə üçün?
İlk baxışda belə görsənə bilər ki, bu suallarla artıq ayrı-ayrı elmlər məşğul olur və burada fəlsəfəyə heç bir ehtiyac yoxdur. Düzdür, fəlsəfə ilə müqayisədə çox-çox sonralar yaranmış və ya fəlsəfədən ayrılmış psixologiya, antropologiya, sosiologiya, fiziologiya, tibb və s. kimi elmlər də bu suallara cavab axtarışı ilə məşğuldur. Lakin, baxaq görək bu elmlər insanla bağlı yuxarıda səslənmiş hansı suala qəti və son cavabı verib? Əlbəttə ki, heç birinə. Bax elə bu amilin özü insanın fəlsəfi tədqiqini zərurətə çevirir.
Bir zamanlar böyük alman filosofu İ.Kant fəlsəfənin cavab verməli olduğu üç sualı səsləndirmişdir: “Mən nəyi bilməyi bacararam?”, “Mən nə etməliyəm?”, “Mən nəyə ümid bəsləyə bilərəm?” Sonradan o belə nəticəyə gəlir ki, bu üç sualı bir sualla əvəzləmək olar: “İnsan nədir?” Bu faktın özü insan probleminin nə qədər çoxaspektli, fundamental olmasının sübutudur.
Əslində yaradılmışın əşrəfi olan insan sirli-sehrli bir dünyadır. Konkret problemlərlə məşğul olan elmlərdən fərqli olaraq fəlsəfə həm də sirlərə cavab verməyə cəhd edir. Deməli, bu sirli-sehrli aləmə, qədim yunanların təbirincə desək mikrokosmosa fəlsəfənin işıq salması hələ də aktuallığını saxlamaqdadır. Təsadüfi deyil ki, elm və texnikanın sürətlə inkişaf edərək yüksək nəticələr əldə etdiyi XX əsrdə insanı öyrənən xüsusi fəlsəfi cərəyan – fəlsəfi antropologiya yaranmışdır.
İnsan haqqında fəlsəfi düşüncələr ən müxtəlif çalar və formalarda əksini tapıb. Bu təkcə ayrı-ayrı filosofların insan haqqında fəlsəfi təlimlərinə deyil, həm də fəlsəfə tarixinin müxtəlif mərhələlərinə aiddir. İndi isə fəlsəfə tarixinin keyfiyyətcə fərqli mərhələlərində insana baxışlara qısa nəzər yetirək.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə