Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə110/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   106   107   108   109   110   111   112   113   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Düzyeriyən insan (Homo erektus) daha mürəkkəb alətlər düzəltmiş və oddan istifadəni bacarmışdır. Onun beyninin həcmi müasir insan beyninin həcminə yaxındır. Düzyeriyən insan kollektiv fəaliyyəti (məsələn, iri heyvan ovunu) təşkil etməyi bacarmış və nitqdən istifadə etmişdir.
Təqribən 200 və 500 min illər arasında düzyeriyən insandan zəkalı insana keçid müşahidə edilmişdir. Bir növün digəri ilə əvəzlənməsinin dəqiq tarixini müəyyənləşdirmək kifayət qədər çətindir. Ona görə də bu keçid dövrünün nümayəndələrini bəzən qədim zəkalı insan adlandırırlar.
Ağıllı insan (Homo Sapiens). Nəhayət yeni zəkalı insan, daha doğrusu müasir tipli insan təqribən 130 min il əvvəl (bəlkə də çox) Afrikada meydana gəlib. Qazıntılardan əldə edilmiş məlumatlar göstərir ki, bu növ sürətlə Asiya və Avropaya yayılmışdır. “Yeni insanları” onların tapıldığı qazıntıların aparıldığı yerə uyğun olaraq Kramanyonlar (Fransa, Kro-Manyon) adlandırmışlar. Kramanyonlar zahiri görünüşcə müasir insanlardan fərqlənmişlər.
Zəkalı insan təqribən 10-15 min il əvvəl bütün Yer kürəsini məskunlaşdırıb. Tədricən onun həyat təcrübəsi artmış, əmək alətləri təkmilləşmiş, insanlar istehsaledici təsərrüfata (əkinçilik və maldarlıq) keçmişlər. Göstərilən dövrdə nəhəng yaşayış məskənləri yaranmış və bir çox regionlarda bəşəriyyət sivilizasiya dövrünə qədəm qoymuşdur.
Bütövlükdə, əsas antropogenez amillər iki qrupa bölünür və aşağıdakı kimi müəyyənləşdirilir:
Bioloji amillər: düzyerimə, əllərin inkişaf etməsi, böyük beyin, nitq qabiliyyəti.
Fəaliyyət forması: əmək, kollektiv fəaliyyət, təfəkkür, dil və ünsiyyət, əxlaq.
Belə hesab edilir ki, insanın əmələgəlmə prosesində əmək digər amillərlə müqayisədə aparıcı rola malikdir. Əməyin timsalında digər bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi dəqiq aşkarlanır. Məsələn, düzyerimə əlləri əmək alətləri düzəldilməsi üçün azad edir. Əllərin quruluşu (inkişafdan geri qalan baş barmaq, çeviklik) ondan səmərəli istifadəyə şərait yaradır. Birgə əmək prosesi kollektiv üzvləri arasında sıx münasibətlərin yaranmasına gətirir ki, bu da öz növbəsində: fərdiyyətçiliyin cilovlanmasına, tayfa üzvlərinə qayğı ilə yanaşmağa (tabu və normalar sistemi), ünsiyyətin zəruriliyinə (nitqin yaranması) gətirmişdir. Dil təfəkkürün inkişafına yardımçı olmuş, daha mücərrəd anlayışları ifadə etməyə imkan vermişdir. Təfəkkürün inkişafı da öz növbəsində dili yeni sözlərlə zənginləşdirmişdir. Dil həmçinin bəşər övladının biliklərini qoruyub saxlamaq və çoxaltmaqla təcrübənin nəsildən-nəslə ötürülməsinə kömək etmişdir.
Beləliklə, bioloji amillər və sosial fəaliyyət formaları sıx qarşılıqlı əlaqədə olub biri digərindən asılıdır. İnsanı bütövlükdə sırf bioloji amillərə müncər etmək olmaz. Çünki, insanı əsl insan edən yalnız cəmiyyətdir (bunun təsdiqi heyvanlar tərəfindən böyüdülmüş uşaqlardır). Lakin, onu həm də sırf ictimai münasibətlərə də gətirmək olmaz. Ona görə ki, insanın inkişafı üçün bioloji zəmin (inkişaf etmiş beyin, düzyerimə və s.) də zəruridir. deməli insan eyni zamanda iki dünyada – təbii və sosial dünyada yaşayır və o biososial mövcudluqdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə