Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə118/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   114   115   116   117   118   119   120   121   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Mənəvi fəaliyyət – şüurun fəaliyyəti olub, bu fəaliyyət prosesində fikir və hisslər, insan və maddi-mənəvi dünya haqqında obraz və təsəvvürlər yaranır. Mənəvi fəaliyyət nəticəsində mənəvi dəyərlər yaranır. Buna əxlaqi dəyərlər, dini qaydalar, elmi nəzəriyyələr, bədii əsərlər aiddir. Mənəvi fəaliyyət prosesində mənəvi dəyərlər yayılır və insanlar tərəfindən onların mənəvi tələbatlarına uyğun istehlak olunur, yəni insanlar tərəfindən qavranılır, mənimsənilir.
İnsanlar arasında ünsiyyət, mənəvi dəyərlərin qarşılıqlı mübadiləsi mənəvi münasibətlər adlanır.
İnsanın fərdi şüuru – varlığın ayrı-ayrı tərəflərini qavrayır.
İctimai şüur – insanların ictimai praktikasından, onların istehsal, ailə-məişət və hisslərinin məcmusunun digər fəaliyyətindən, əhval-ruhiyyədən, ideyalardan, nəzəriyyələrdən, bədii və dini obrazlardan, varlığın bütün müxtəlifliyini əks etdirən digər baxışlarından yaranır.
İctimai şüurun elementləri aşağıdakılardır:

  • gündəlik və nəzəri şüur;

  • ictimai ideologiya və psixologiya;

  • ictimai şüur formaları.

Gündəlik şüur – cəmiyyət və onun üzvlərinin ətraf gerçəkliyi birbaşa qavramasıdır.
Nəzəri şüur – varlığın ali ümumiləşdirilmiş qavranılmasıdır.
İctimai psixologiya – bütövlükdə insan və cəmiyyətin hiss, maraq, cəhd, məqsəd, ideal, adət, ənənə, tələbat və maraqlarıdır.
İctimai ideologiya – cəmiyyətdə qəbul edilmiş və sosial təbəqələrin maraqlarını, ictimai-siyasi quruluşu əks etdirən baxışlar, qaydalar sistemidir.
İctimai şüur formaları aşağıdakılardır:

  • siyasi;

  • hüquqi;

  • əxlaqi;

  • elmi;

  • dini.



Mövzu №15. Müasir dövrün qlobal problemləri.


I. Qlobal problemlərin ümumi səciyyəsi.
II. Qlobal problemlərin təsnifatı.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə