Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə119/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   115   116   117   118   119   120   121   122   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

1. İntersosial qlobal problemlər:
a) “Nüvə müharibəsi”;
b) “Şimal-Cənub” problemi;


2. Sosial-təbii qlobal problemlər:
a) Resursların tükənməsi;
b) Ekoloji problemlər;
c) Növ müxtəlifliyinin kasadlaşması


3. Sosial qlobal problemlər:
a) Demoqrafik böhran;
b) Demoqrafik partlayış;
III. Roma klubu.


I. Qlobal problemlərin ümumi səciyyəsi. İnsanın daima biliyə, onu əhatə edən dünyanı öyrənməyə cəhd etməsi təkcə bilik xatirinə bilik əldə etmək yox, həm də bu biliklərdən istifadə etməklə həyat şəraitini yaxşılaşdırmaq olmuşdur. Təbiətin sirlərini, onun çoxsaylı kortəbii hadisələrini öyrənməklə ondan öz rifah halını yüksəltmək istəyi bəşər övladının əbədi arzusu olub. Ən əsası isə insan təbiətdən asılılığını dəf etmək, müstəqil olmaq və nəhayət təbiəti öz xidmətində görmək istəmişdir.
Bu istəkləri gerçəkləşdirmək üçün insan uzunmüddətli, məşəqqətli bir yol keçib. Yeni dövrdə eksperimental elmin yaranması bu arzuları gerçəkləşdirməkdə möhtəşəm bir addım olub. XIX əsrdə elmin bütün sahələrində inkişaf bir zamanlar şirin röya kimi görünən arzuları reallığa çevirdi. Lakin, belə bir möhtəşəm inkişafın zərərli nəticələri özünü çox göstərmədi. Kütləvi qırğın silahları, sürətli sənayeləşmənin bilavasitə nəticəsi olan ətraf mühitin çirklənməsi, müxtəlif xəstəliklərin geniş yayılması yeni bir problemlər törətdi. Elə bu problemlər haqqında aşağıda söhbət açacağıq.
II. Qlobal problemlərin təsnifatı.
Müasir dövrün qlobal problemləri dedikdə elə problemlər başa düşülür ki, bəşəriyyətin sosial tərəqqisi və bütövlükdə sivilizasiyanın qorunub saxlanması onların həllindən asılıdır. Bu problemlər cəmiyyətin inkişafının obyektiv amili kimi yaranır və öz həlli üçün bütün bəşəriyyətin öz səylərini birləşdirməsini tələb edir. Qlobal problemlər qarşılıqlı əlaqədə olub, insanların həyat fəaliyyətinin bütün tərəflərini əhatə edir və dünyanın bütün ölkələrinə eyni dərəcədə aiddir.
Müasir dövrün qlobal problemlərini onların mənbəyi və yaranma səbəblərinə görə üç böyük qrupa ayırmaq olar: intersosial, sosial-təbii, sosial.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə