Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə115/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   111   112   113   114   115   116   117   118   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Naturalist yanaşmaya görə həyatın mənası həyatın öz təbii qanunlarından çıxarılır –həyatın mənası həzzə (hedonizm), xoşbəxtliyə (evdemonizm), faydaya (utilitarizm) canatımdır.
Hedonist ənənə iztirablardan qaçmağa və həzz almağa gətirilir. Demokritə görə həzz –“evtümiya” – ruhun şad və dinc vəziyyətidir. Epikür isə hesab edirdi ki, həzz mənəvi məmnunluq – müdriklik, dinclik, dostlarla ünsiyyət və mənasız hissi arzulardan imtinadır. Lakin, sonradan Epikürün bəzi ardıclıları “hedonizm” və “epikürçülüyü” eyniləşdirmiş və onu hissi həzz və cismani məmnunluq ardınca qaçmağa bərabər tutmuşlar.
Evdemonist ənənə xoşbəxtliyi həyatın aparıcı prinsipi bəyan edir. Fəlsəfi fikirdə xoşbəxtliyi həzzin bir növü kimi təfsir edən nəzəriyyələr mövcuddur (Aristotel). Bu halda evdemonizm hedonizmin xüsusi halına çevrilir. Bəzi nəzəriyyələrdə isə həzz məmnunluq kimi, xoşbəxtlik isə insan və cəmiyyətin imkanlarının yaradıcı gerçəkləşməsi kimi başa düşülür.
Utilitarist ənənə insan fəaliyyətinin əsas məqsədini həm maddi, həm də mənəvi planda faydada, qazancda görür.
Naturalist nəzəriyyələrin ümumi icmalından onda bəzi zəifliklərin olması aydın görsənir. Birincisi, həm xoşbəxtlik, həm həzz, həm də fayda, qazanc insan həyatının möhkəm və əxlaqi əsası ola bilməz. Çünki onlar daha çox eqoist səciyyəlidir və digərlərinin bədbəxtliyi üzərində qurulur. İkincisi, naturalist yanaşmada insan öz arzularının azad ifadəçisi yox, daha çox onların quludur. Üçüncüsü, xoşbəxtlik, həzz, fayda və qazanc subyektiv kateqoriyalardır və hər bir ayrıca fərd tərəfindən fərqli başa düşülür ki, bu da onların müəyyənləşdirilməsində vahid və bütöv prinsipin tapılmasını mümkünsüz edir.
Avtoritar yanaşma həyatın mənasının müəyyənləşdirilməsində naturalist yanaşmada meydana çıxmış qüsurları aradan qaldırır. Burada həyatın mənası həm fərdi, həm də bütövlükdə həyatın çərçivələri kənarına çıxarılır və mütləq dəyərlərə əsaslanır (Allah, İdeya). Rus filosofu S.L.Frank “Həyatın mənası” əsərində problemi ətraflı şərh edərək belə nəticə çıxarır: “Allah-İnsan Məsih... bizim üçün “yol, həqiqət və həyatdır” və məhz buna görə bizim həyatımızın əbədi və pozulmaz mənası var”.
Qeyd edək ki, hər bir dini fəlsəfə də bu nəticəyə gəlir. İnanclı insan üçün həyatın mənası aydındır və sübuta ehtiyacı yoxdur: bu, İlahi əxlaqi qanunlara uyğun həyata və Allaha doğru canatımdır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə