Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Tsunami. 
Sualtı zəlzələlər və vulkanların püskürməsi zamanı yaranan dalğalardır. 
Zəif zəlzələ və vulkanlar tsunami yaratmır. Tsunami dalğasının hündürlüyü 
zəlzələnin gücündən əlavə, dəniz dibinin relyefi və sahilin konfiqurasiyasından 
asılıdır və nadir hallarda 10 m-dən çox olur. Dalğanın uzunluğu 100 km-ə, sürəti 
isə saatda 400-800 km-ə çata bilər. 


Xəzər dənizində xüsusən Orta Xəzərdə, tsunami hadisəsinin baş verdiyi hallar 
qeydə alınmışdır. Məsələn, 1995-ci il aprel ayının 8-də Xaçmaz sahillərindən 
təqribən 30 km şərq istiqamətində baş vermiş tsunami nəticəsində iki balıqçı qayığı 
batmışdır. 
Tsunaminin proqnozunu vermək zəlzələ və vulkanların proqnozlaşdırılması kimi 
həll olunmaz məsələdir və ondan mühafizə mümkün deyil. 
3. Sel və onların nəticələri
Çayların məcrası boyu özü ilə çoxlu (həmçinin 10-
15%-dən artıq) bərk material (qum, çınqıl və s.) gətirilən və sıxlığı suyunkundan 
1,5-2 dəfə artıq olan axın; Sel, hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə 
20-30 m (saatda 10-100 km) sürətlə hərəkət edir və rast gəldiyi maneələrə hər 
kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin həcmi bir neçə milyon kub 
metrə çatır. “Sel ərəbcə” coşqun axın mənasındakı “Seyl sözündəndir. Dağlıq 
rayonlarda yaşayan bir çox xalqların dillərində həmin mənanı verən sözlər 
mövcuddur, məs., yapon dilindəki “yamanasunami- “dağ dalğası” kimi və s. 
Müasir elmi-texniki ədəbiyyatda işlədilən “Sel axınları” ifadəsi çox geniş 
əhatəlidir, bu ifadə çoxlu yüngül materiallar gətirən daşqın suları axınından 
başlamış, leysan yağışlarının dağların yamaclarından qoparıb gətirdiyi iri daş, qaya 
parçalarından ibarət kütləyə malik hər cür belə hadisələri əhatə edir (“yamac 
selləri”). Bulanıq daşqın sularında bərk hissəciklərin miqdarı nadir hallarda 1-2%-
dən artıq olur və axının hərəkətinin xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərə 
bilmir. “Həqiqi sellər isə özlərinin dalğavarı hərəkəti ilə fərqlənir (hərəkət edən 
kütlənin forması, yüksək sıxlığı, eni bir neçə metr olan qayaları apara bilməsi 
çayların məcrasından kənara çıxaraq ətraf sahələri qalın qat şəklində örtməsi). 
Sel axınları yatağının mailliyi 6-20 dərəcə hüdudlarında olan dağ dərələri üçün 
səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə, nadir hallarda isə 4-5 saat davam 
edir, məcrasını yuyub onlarla metr dərinləşdirir, bir neçə kilometr, bəzən isə 
onlarca kilometr məsafə qət edir, eni onlarla, uzunluğu yüzlərlə və qalınlığı 5, bəzi 
hallarda 10 metrədək olan çöküntü konusu yaradır. Sellər Antraktidadan başqa 
dünyanın bütün qitələrində baş verir. 


Tərkibindəki suyun mənşəyinə görə sellər leysan seli və qar ərintisi selləri 
növlərinə aid edilir. Sellərin 80-90%-i leysan mənşəlidir: belə sellər bütün yay 
ərzində yağıntıların ümumi miqdarı 300-400 mm olan rayonlarda, xüsusən də qısa 
müddətdə 250 mm-dək intensiv leysan nəticəsində, bəzən isə sutka ərzində cəmi 
40-60 mm yağıntılar zamanı baş verir. Çox yağmurlu rayonlarda isə demək olar ki, 
hər il yaranır (burada əsas şərtlərdən biri də sel yataqlarında olan qırıntı-sel 
materiallarının miqdarıdır). 
Bütün sellərin ancaq 10-20 faizi yay vaxtı dağlarda buzlağın, qarın əriməsi və təbii 
dağ gölləri sahillərinin yuyulması sayəsində meydana gəlir. 
Sellər əməli olaraq istənilən qurğunu yuyub aparmağa, yaşayış evlərini, körpüləri 
dağıtmağa, münbit torpaqları məhv etməyə və s. qadirdir. Dünyada sellərin 
yetirdiyi orta illik ziyan, eləcə də bir dəfədə yetirdiyi birbaşa zərər yəqin ki, zərər 
yüz milyonlarla dollar, qurbanlarının sayı yüzlərlə hesablanır. 
Sel - dağ çaylarında dağıdıcı qüvvəyə malik və palçıq, çınqıl, daş gətirmələrlə 
zəngin olan qısamüddətli çovğun axın. Gətirmələr axın kütləsinin təxminən 3/4 
qismini təşkil edir. Xarakterinə görə: xırda gətirmə hissəciklərdən (gül, qum və s.) 
ibarət - palçıqlı sellər və iri hissəciklərdən (daş, çınqıl) ibarət - daşlı, palçıqlı sellər 
olur. Selin əmələ gəlməsi üçün əsas şərt intensiv leysan yağışlar və yaxud qarın 
sürətlə əriməsi, yüksək maillik, yamaclarda aşınma nəticəsində böyük miqdarda 
qırıntı materiallarının yığılmasıdır. Sel axınları adi daşqınlardan fərqli olaraq 
impuls və yaxud ayrı-ayrı val, dalğa şəklində hərəkət edir. Bu da tıxacların əmələ 
gəlməsi ilə bağlıdır. Sürəti 10-15 m/san-yə qədər olan sel bəzən birdəfəyə bir neçə 
mln.m3 qırıntı materialları gətirir, böyük dağıdıcı qüvvəyə malik olur, 
təsərrüfatlara ciddi ziyan vurur və insan tələfatına səbəb olur. Axma səciyyəsinə 
görə sel turbulent və laminar struktur şəklində olur. 
Azərbaycan Respublikası ərazisindəki Böyük Qafqazın cənub və şimal-şərq 
yamaclarından axan çaylar, Arazın Naxçıvan ərazisindəki qolları selin çaylarıdır. 
Kiçik Qafqazdan baş alan çaylarda da sel hadisələri müşahidə olunur. 


Selli çaylara Böyük Qafqazda - Baləkənçay, Katexçay, Talaçay, Kurmuxçay, 
Şinçay, Kişçay, Zeydinçay, Güngütçay, Daşaqılçay, Dəmiraparançay, Bumçay, 
Tikənliçay, Qusarçay, Qudialçay, Qaraçay, Vəlvələçay, Dəvəçiçay, Gildilçay, 
Kiçik Qafqazda - Tovuzçay, Əsrikçay, Zəyəmçay, Gəncəçay, Tərtərçay, 
Həkərəçay, Viləşçay, Lənkərançay, Ordubadçay, Arpaçay və s. aiddir. 
Sellər Azərbaycanın demək olar ki, bütün dağlıq rayonlarında müşahidə edilir. 
Lakin Böyük Qafqazın cənub yamacları özünün sel fəaliyyətinə görə dünyanın ən 
güclü selli rayonları ilə bir sırada durur. Selə qarşı əsas mübarizə tədbirləri 
yamaclarda meşəsalmanın aparılması, hidrotexniki qurğuların (selötürücü, 
selsaxlayan) tikilməsi və s. kompleks işlərdən ibarətdir. 
Daşqın
- çayların su rejimində hər il təkrar olunan dövrü. Qarın və buzlaqların 
əridiyi və yağışların ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması, 
səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması çox vaxt sahillərin 
basılması ilə səciyyələnir. Bu isə ətrafda olan yaşayış məntəqələrinə, dəmir və şose 
yollarına böyük ziyan vurur (əsasən düzəlik çaylarında). Çay suyunun illik 
axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür. Daşqının il ərzində keçmə 
müddətinə görə çayları aşağıdakı əsas qruplara ayırmaq olar: 
· Yay aylarında dağlarda qar və buzlaqların əriməsindən əmələ gələn daşqınlar. 
Buraya sutoplayıcı sahələri ən çox (Qusarçay, Qudyal, Dəmiraparan, Tikanlı); 
· Yayda yağış sularından daşqın əmələ gətirən çaylara yan silsilədən (Quruçaydan, 
Gilgil çayına qədər), Murgüz (Tovuz, Əsrik) və Qarabağ (Xaçın, Qarqar, Köndələn 
və Cəhri) silsilələrindən axan çaylar aiddir; 
· Bütün il ərzində yağış sularından daşqın əmələ gətirən çaylar. 
Daşqınlar tez-tez sellərə çevrilir, yazda qar, payızda isə yağış sularından daşqın 
əmələ gətirən çaylar - Azərbaycan ərazisindəki çayların böyük əksəriyyətinə, o 
cümlədən Kür və Şirvan çaylarına (Daşağıldan Pirsaata qədər) xasdır. Yazda qar, 
yay və payızda yağış sularından daşqın əmələ gətirən çaylara Böyük Qafqazın 
cənub yamacının Şəki-Zaqatala çayları və digər çayların Azalan-Həftəran vadisinə 
qədər olan hissələri daxildir. Buradakı güclü daşqınlar tez-tez sellərə çevrilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə