Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə128/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   124   125   126   127   128   129   130   131   ...   158

271 
 
Kitabında  toplanan  şeirlərin  başlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada  biz 
fıkirlə hissin vəhdətini, ağılla ürəyin ahəngini görürük".     
Qasım  Qasımzadənin  lirikasını  tədqiqata  cəlb-etdikcə  bizdə  belə  bir  fikir 
formalaşır  ki,  o  nəğməkar  şairdir.  Qasım  Qasımzadə  sevgisi  səmimidir.Pafosdan, 
mənasız təsvirlərdən uzaqdır. Nümunəyə nəzər salaq: 
Yuxuda bu gecə qismətim oldu 
Yenə də bal kimi vüsalın sənin. 
Ruhumu özüylə çalıb apardı 
Səhərə nur saçan camalın sənin. 
Ədib sevgilisini yuxuda görür. Lakin bu yuxu bir reallıq qədər ona yaxındır. 
Sevgilisinin gözəl üzü, şaqraq gülüşü, davramşı onu  valeh edir. Lakin təəssüf ki, 
səhər açılır. Bu yuxu göyərçin kimi uçub gedir. 
Və yaxud başqa bir nümünə: 
Söz verib gəlmədin dediyin anda, 
Gözlərim yolunda qaldı, sevgilim! 
Bir qərar tutmadım sənsiz heç yanda, 
Qəm-qüssə üstümü aldı, sevgilim! 
Əsər  peyzajla  başlayır.  Fəqət  bu  peysajın  özündə  də  bütün  varlığı  ilə 
danışan lal bir sevgi gizlənir. Qasım Qasımzadə poetikasında açıq-saçıq təsvirlərə 
rast  gəlinmir.  Onun  sevgilisi  bütün  mental  düşüncələri  ilə  gözəl  bir  Azərbaycan 
xanımıdır. 
Yeri gəlmişkən deyək ki, Azərbaycan Avropaya inteqrasiya etdikdən sonra 
bir  sıra  türk  mentalitetinə  uyğun  olmayan  amillər  mənəviyyatımıza  ayaq  açdı. 
Ədəbiyyat  da  sözsüz  ki,  bu  inteqrasiyadan  öz  nəsibini  aldı.  Ruhumuza  yad  olan 
posmoderinizm  ədəbiyyata  gəldi.  Açıq-saçıq  təsvirlər,  pafos,  ülviyyətdən  uzaq 
duyğular  bizim  ilahi  eşq  adlandırdığımız  bu  müqəddəs  duyğunu  cıhzlaşdirmağa 
başladı. Vaxtilə böyük Məhəmməd Füzuli eşq yolunu aşiq üçün həqiqət yolu kimi 
göstərmişdir. Bizdə bu fıkirdəyik ki, təmiz, saf sevgi haqq yolunun açarıdır. Bütün 
şərq müdrikləri bu fıkirdədir ki, yalnız ilahi eşqin vasitəsi ilə allaha qovuşmaq olar. 
Qasım  Qasımzadənin  yaradıcılığından  gətirdiyimiz  bu  iki  nümunədə  də 
sevgi su kimi aydındır. Ədib öz qəhrəmammn qəlbinə belə toxunmaq istəmir. Öz 
xəyalı altında yel qanadları ilə bu əlçatmaz qəhrəmanına doğru uçur. 
Qasım  Qasımzadəyə  görə  sevdiyinin  qəlbinə  toxunmaq  böyük  günahdır. 
Ədib bu günahı etdiyi üçün əzab çəkir. Bu əzab onun yaradıcılığını, xüsusi ilə də 
məhəbbət  lirikasını  bir  xətt  kimi  kəsib  keçir.  Qasım  Qasımzadə  yaradıcıhğında 
sevgi bütövdür. Vətən, torpaq sevgisi,  ana-övlad sevgisi  və  ən nəhayət ömür-gün 
yoldaşı  sevgisi  ədibin  yaradıcıhğı  boyu  heç  vaxt  sınmır  və  hər  zaman  bir  bütöv 
varlıq kimi vəhdət təşkil edir. Heç də təsadüfı deyil deyil ki, Qasım Qasımzadənin 
sevgi  seirləri  Azərbaycan  bəstəkarlarının  nəzərini  özünə  cəlb  etmiş,  günümüzdə 
belə  duyan  gəlbləri,  insanların  ürəyinə  su  səpən  gözəl  nəgmələr  könülləri  riqqətə 
gətirmişdir.  


272 
 
Qasım Qasımzadənin məhəbbət lirikasında diqqət çəkən cəhətlərdən biri də 
gecə təsvirləridir. Sənətkar bədii sözün qüdrəti ilə gecəni elə təsvir edir ki, oxucu 
bu  şeirləri  oxuyanda  gözü  önündə  ulduzları  sayrışan,  on  dörd  gecəlik  ayı,  bərq 
vuran  sakit  səma,  romantik  gecə  tablosu  canlanır.  Məhəbbətin  saflığı  gecənin 
saflığına  qarışır.  Adama  elə  gəlir  ki,  Qasım  Qasımzadə  də  romantizmin 
nümayəndələrindən biridir. Çox güman ki, yaşadığı dövr ona imkan versəydi onun 
yaradıcılığı  tamam  başqa  yöndə  inkişaf  edərdi.  Sovet  imperiyası  və  onun 
ideologiya  maşını  bir  çox  şairlər  kimi  Qasım  Qasımzadənin  də  yaradıcılığını 
məngənəyə salmışdır. 
Qasım  Qasımzadənin  məhəbbət  lirikasında  psixoloji  amillər  də  nəzərdən 
qaçmamalıdır.  Maraqlı  cəhət  burasındadır  ki,  həm  sənətkarın  öz  günahı,  həm  də 
qəhrəmamnın  səhvləri  ədibin  psixikasına  güclü  təsir  göstərir.  Onu  kədərləndirir. 
Şair bu kədərdən  uzaqlaşmağa  çalışsa  da  buna gücü çatmır. Məhəbbətin amansız 
silahı olan ayrılıq onu dərin girdablara sürükləyir. 
Bu  kədər  Qasım  Qasımzadənin  vətənpərvərlik  şeirlərində  də  duyulur. 
Azərbaycanın  ikiyə  bölünməsi,  ana-bala  həsrəti,  ömür-gün  yoldaşı  məhəbbəti 
Qasım Qasımzadə kədərinin mahiyyətini təşkil edir. Bu da onu deməyə imkan verir 
ki, şairin yaradıcılığında sevgi-məhəbbətlə yanaşı vətən sevgisi də var və bu sevgi 
bir  boy  da  üstündür.  Şair  öz  vətəninin  qızını,  gəlinini  alçalmış  şəkildə  görmək 
istəmir.  Lirik  qəhrəmanı  olan  gözəl  Azərbaycan  xanımını  dərin  bir  məhəbbətlə 
sevir. Elə dərin bir məhəbbətlə ki, burada hiyləyə, xəyanətə yer yoxdur. 
Ay qız, çiçəyisən bizim dağların, 
Hüsnünün şöhrəti tutmuş hər yanı. 
Laləni qızartmış al yanaqların, 
Gözlərin mat qoymuş bala ceyranı. 
Qasım  Qasımzadə  yaradıcılığında  aktual  problemlərdən  biri  də  qadına 
münasibət    konsepsiyasıdır.      Materiorxal      epoxanın      bitməsi,      patriorxal   
epoxanın  başlaması  bütün  dünyada  qadına  münasibəti  dəyişdi.  Belə  ki,  XX  yüz 
illikdə  kişilər  ətrafmda  güclü  qadın  görmək  istəmirdilər.  Bu  da  dünya  sferasında 
qadın  hüquqlarının  pozulmasına  gətirib  çıxartdı.  Qasım  Qasımzadənin 
uzaqgörənliyi,  qadma  münasibət  baxışı  oxucunu  heyrətləndirir.  Ədib  "  Qəzəbli 
dağlar"  poemasında  bir  kürd  qızının,  Azərbaycan  xanımının  ağlını,  qeyrətini, 
qürurunu  heç  bir  əlavə  şərh  vermədən  fəxarətlə  təsvir  etməsi  fikrimizə  canlı 
sübutdur.  Qasım  Qasımzadə  öz  kökünə  bağhlığını  məhz  bu  poemasında  bir  daha 
bəyan  edir.  "Dədə  Qorqud"  boylarında  qadın  necə  ismətli  təsvir  olunubsa  Qasım 
Qasımzadənin lirik qəhrəmanı, sevdiyi gözəl Burla Xatunlardan, Banu Çiçəklərdən 
heç nəyi ilə fərqlənmir. 
Qasım  Qasımzadə  yaradıcıhğında  lirik  qəhrəmanına  incə  bir  yumorla, 
zarafatyana  yanaşma  tərzi  mövcuddur.  Bu  zarafatın  özündə  də  bir  kişi  ciddiyəti 
var.  Qeyri-səmimi  duyğulardan  uzaq  olan  bu  zarafatlar  insanın  qəlbində  xoş 
duyğular oyadır.  


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə