Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə129/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   125   126   127   128   129   130   131   132   ...   158

273 
 
  Q.  Qasımzadənin  poeziyada  əxlaqi-estetik,  fəlsəfı  axtanşlan  azərbaycanlı 
müsəlman düşüncə tipi ilə səciyyələnir. Şairin lirikası milli əxlaq və mənəvİyyatla 
yanaşı dərində dini dəyərləri də ehtiva edir. Şairin yaradıcılığma xas olan yüksək 
əxlaq  və  mənəviyyat  səmimi  hisslər,  duyğular  səvİyyəsindədir.  Bu  səmimiyyət 
imkan  verir  ki,  şairin  ideyaları  oxucunun  könül  dünyasına  gedən  yolu 
yaxmlaşdırsın.  Belə  emosional  "yoluxma"  və  əsərlərin  dəyəri  şəxsiyyətin  özünü 
inkişaf  etdirməsinə  və  bunun  da  nətİcəsİndə  oxucu  ilə  şairin  idealı  arasında 
ünsiyyətin məqsədyönlü olmasına yardım edir. 
 Şairin  oxucu  auditoriyası  əsasən  gənclərdir.  Gənc  oxucuların  şairin 
poeziyası  ilə  tanışhğı  həm  oxucuların  mənəvi-emosional  dünyasımn 
zənginləşməsİndə,  dünyagörüşünün  və  estetik  zövqünün  formalaşmasmda 
əhəmİyyətli rol oynaya bibr, həm də müasir dövr Azərbaycan klassik poeziyasının 
mütaliəsini aktivləşdirər. Müasir tarixi-mədəni şərait israrla cəmiyyətin həyatında, 
xalqın humanist mədəniyyətİnin inkişafında Azərbaycan klassiklərinin mövqeyinin 
gücləndirilməsi zərurətini diktə etməkdədir. 
 
ƏDƏBİYYAT 
1. 
Qasımzadə Q. Bizim kənd. Bakı, Uşaqgəncnəşr, 1951, 56 s. 
2. Qasımzadə Q. Bizim şəhər. Bakı. 1953 
3. Qasımzadə Q. Bizim dağlar. Bakı, Uşaqgəncnəşr, 1956, 75 s. 
4. Qasımzadə Q. Ürək döyüntüləri. Bakı. 1959 
5. Qasımzadə Q. Nəğməli ürəklər. Bakı. 1963 
6. Qasımzadə Q. Bənövşə yarpağı. Bakı. 1964 
7. Qasımzadə Q. Şuşam min il yaşardı. Bakı. 1973. 
8. Qasımzadə Q. Seçilmiş əsərləri. Bakı. 1988 
9. Qasımzadə Q. Ədəbiyyatda millilik və beynəlmilləllik. Bakı. Elm, 1982.  
 
 
Ziyafət Qasımova

 
 
QULAM MƏMMƏDLİNİN HƏYAT VƏ YARADICILIĞI İLƏ 
BAĞLI BƏZİ QEYDLƏR (QULAM MƏMMƏDLİ ARXİVİNDƏN) 
 
Publisist-teatrşünas  Qulam  Məmmədli  (1897-1994)  XX  əsr  Azərbaycan 
mətbuatı,  ədəbiyyatı  və  mədəniyyəti  tarixinin  faktiki  yeganə  salnaməçisi  olaraq 
bilinir.  Buna  tədqiqatçının  AMEA  Əlyazmalar  İnstitutunda  saxlanılan  sənədləri 
sübutdur.   Qulam  Məmmədli  cəmi  4-5  il  mollaxanada  "Gülüstan,"  "Üsuli-cədid" 
kitablarından  dərs  alsa  da,  sonralar  böyük  bir  institutun  görəcəyi  işi  görmüşdü  - 
                                                           

Qasımova Ziyafət - Bakı Slavyan Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru. 
 


274 
 
böyük  bir  dövrdə  ədəbi-ictimai  mühitimizin  reallıqları,  görkəmli  şəxsiyyətlərin 
həyat  və  yaradıcılıqları  ilə  bağlı  arxivlərdə  toz  altında  qalan  materialları 
sistemləşdirilmiş  şəkildə  gün  işığına  çıxarmışdı)  [3].  97  il  yaşayan  Qulam 
Məmmədli  olduqca  maraqlı  həyat  sürmüşdü.  O,  tərcümeyi-halında  yazırdı:  “Mən 
Məmmədli  Qulam-Əli  Məmməd  oğlu  1897-ci  ildə  Təbrizdə,  yoxsul  bir  ailədə 
anadan  olmuşam.  Elə  həmin  ildə  ailəm  daimi  yaşamaq  üçün  Rusiyanın  Aşqabad 
şəhərinə  köçmüşdür.  1908-ci  ilə  qədər  köhnə  məktəbdə  oxumuşam.  Atam  kasıb 
olduğuna  görə  mən, 11  yaşlı  oğlan dəmirçiyə  şagirdliyə  verildim, 1914-cü ilədək 
orada  işlədim.  I  Dünya  müharibəsinin  başlanması  ilə  əlaqədar  çar  hakimiyyəti 
Aşqabadda  türkmən  və  fars  dillərində  qəzet  buraxmağa  başladı  ki,  buraya  mətn 
yığıcıları  hazırlamaq  tələb  olunurdu.  Bu  fürsətdən  istifadə  edərək  mən  M.  İ. 
Aleksandrov  adına  mətbəədə  əvvəlcə  mürəttib  (şriftləri  ayıran)  daha  sonra  mətn 
yığıcısı  kimi  işləməyə  başladım.  Demək  olar  ki  bu  mətbəə  mənim  üçün  ikinci 
məktəb  oldu.  Burada  mən  özünü  təhsil  yolu  ilə  Azərbaycan  və  rus  dillərində 
savadlı oxumağı və yazmağı öyrəndim”) [1].    
Qulam  Məmmədlinin  tərcümeyi-halında  bildirdiyi  kimi  M.İ.Aleksandrov 
adına mətbəə onun həyatını dəyişdirmişdir. O daha sonra Türküstan cəbhəsi Birinci 
Ordunun  siyasi  şöbəsi  nəzdində  olan  mətbəədə  mürəttib,  müsəlman  teatr  trup-
pasında  aktyor, "Kommunist" qəzeti redaksiyasında  şöbə  müdiri,  Azərbaycan KP 
MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, 
Birləşmiş  Nəşriyyat  İdarəsində  redaktor,  Azərbaycan  kinostudiyasında  ssenari 
şöbəsinin  rəisi,  "Kommunist"  qəzeti  redaksiyasında  şöbə  müdiri,  "Kirpi"  satirik 
jurnalı  redaksiyasında  məsul  katib  kimi  müxtəlif  vəzifələrdə  işləmişdir.  1959-cu 
ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda 
kiçik  elmi  işçi  (1961-1969), Azərbaycan  Mərkəzi  Dövlət  Ədəbiyyat  və  İncəsənət 
arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975) [4].   
Qulam  Məmmədli  Azərbaycan  mədəniyyətinə  çox  böyük  önəm  vermişdi. 
Məmmədli tərcümeyi-halında əmək fəaliyyəti haqqında yazarkən Azərbaycan dili, 
ədəbiyyatı,  mətbuatı,  mədəniyyəti sahəsində  gördüyü  işlərdən də  qısa  olaraq belə 
bəhs  edir:  “1934-cü  ildə  Aleksey  Maksimoviç  Qorki  Sovet  Birliyi  yazıçılarının  I 
Qurultayında tribunadan xalq yaradıcılığının nümunələrini toplamaq və öyrənmək 
çağırışı ilə çıxış edəndə mən Azərbaycan folklor nümunələrinin toplanmasını təşkil 
etdim  və  bu  barədə  M.Qorkiyə  məlumat  verdim.  Məktubuma  cavab  olaraq  o, 
təşəbbüsümü  qiymətləndirdi  və  öz  tövsiyələrini  verdi.  Bu  işi  davam  etdirərək 
“Azərbaycan  nağılları”  -  Uşaq  gənclər  nəşriyyatı;  1954-cü  il;  “Qapı  oğrusu”  – 
Azərnəşr, 1960; “Qarı və telefon” – Uşaq gənclər nəşriyyatı, Bakı 1954; “Qanadlı 
sözlər”  -  Uşaq  gənclər  nəşriyyatı,  Bakı  1958;  “Qanadlı  sözlər”  –  Birləşmiş 
nəşriyyat, Bakı 1961, “Molla Nəsrəddin” (Mirzə Cəlil Məmmədquluzadənin həyat 
və  yaradıcılığı  salnaməsi,  1966),  “Hüseyn  Ərəblinski”  (1967),  “Cahangir 
Zeynalov”  (1968).   və  s.  yığıb  nəşr  etdirmişəm.  Çapda  olanlar:  “Azərbaycan 
teatrının  salnaməsi”  (1850-1920),  “Abbasmirzə  Şərifzadə”.  Hal-hazırda  “Üzeyir 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə