Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə132/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   128   129   130   131   132   133   134   135   ...   158

279 
 
Ümumiyyətlə,  ixtisarlar  son  dövrlərdə  daha  çox  yaranır.  Bu  isə  ən  cox 
müasir  hesablama    texnikasının  müxtəlif  sistemlərinin    adları,  hesablama  
maşınlarından  istifadə  olunan  xüsusi  dillərin  adları  ilə  bağlıdır.  Son  dövrlərdə 
proqramlaşdırma  dillərinin  hər  birinin  özütəməxsus  xüsusi  sözləri,  lüğət    fondu 
yaradılmışdır.  Həmin  sözlərin  köməyi  ilə    proqramlaşdırma  aparılır. 
Proqramlaşdırma dilində deyilənlərə ad qoyulur, adlara  müəyyən tələblər verilir. 
Məsələn, ASSEMBLER alqoritmik dilində hər bir ad bir hərfdən ibarətdir. 
Terminologiyada elə ixtisarlar var ki, heç bir üsula uyğun gəlmir. Məsələn: 
OS-10/ES  əməliyyat  sistemi,  MOS/EO  kiçik  əməliyyat,  ALQAMS,  SNOBOL, 
SİMULA kimi alqoritmik dil adları, DKOİ və SVSDS kod adları və s. 
Bütün  bunlara  baxmayaraq,  terminologiyada  abreviaturalar  elmi  dilə 
sistemli şəkildə təsir edir, ona riyazi dəqiqlik gətirir (6,105). 
Yeni  quruluşla  əlaqədar  yaranmış    abreviatur    -  qısaltmalar  hər  yersiz-
lüzumsuz    təkrarların  qarşısına  sədd  cəkir,  həm  də  dil  sistemində  qənaəti  təmin 
edir. Eləcə də, kecid dövrünün  dil mənzərəsini əks etdirir. 
 
ƏDƏBİYYAT 
1.
 
M.Ş.Qasımov.  «Azərbaycan  dili  terminologiyasının  əsasları»,  Bakı, 
«Elm», 1973, səh.140. 
2.
 
Yenə orada. səh.140. 
3.
 
Yenə orada. səh.42. 
4.
 
M.Adilov. 
«MüasirAzərbaycandilində  abreviasiyanındissertasiyası», 
Bakı, 1986, səh.42. 
5.
 
I Türkoloji qurultay (stenoq.), 26.II.5, 1926, s.198. 
6.
 
S.Sadıqova.  «Müasir  Azərbaycan  ədəbi  dilində  termin  yaradıcılığı 
prosesi»,Bakı, «Elm», 2010, səh.105. 
 
 
Solmaz  Həyatova

 
 
 
 
“ŞƏLALƏ” JURNALINDA DİL MƏSƏLƏSİ 
 
Keçən  əsrin  sonlarından  başlayaraq,  Azərbaycan  mədəniyyəti  tarixində 
mühüm məsələlərdən biri Azərbaycan dilinin saflığı uğrunda  mübarizə olmuşdur. 
Həmin  dövrdə  öz  doğma  dilinə  həqarətlə  baxan,  onu  “çoban  dili”  hesab  edən 
burjua  ziyalıları  ədəbiyyatda  və  mətbuatda  dilimizin  ərəbləşməsi,  türkləşməsi  və 
farslaşması siyasətini yeridir, bununla ta qədim tarixə malik gözəl, şirin Azərbay-
can dilinin itib-batmasına çalışırdılar. 
                                                           

Həyatova Solmaz - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya 
üzrə fəlsəfə doktoru. 


280 
 
Xalqımızın xoşbəxtliyi onunla ölrülür ki, onun M.F.Axundov, H.B.Zərdabi, 
N.B.Vəzirov, C.Məmmədquluzadə, F.Köçərli kimi ziyalıları bu təhlükəni vaxtında 
hiss  etmiş,  doğma  dilimizi  yad  təsirlərdən  qorumaq  üçün  var  qüvvə  ilə  mübarizə 
meydanına  atılmış,  onun  saflığı  uğrunda  sözün  əsil  mənasında  fədakarlıq 
göstərmişlər. 
Dil  ətrafında  gedən  mübahisə  dövri  mətbuat  səhifələrində  daha  ciddi  şəkil 
almışdı.  Mütərəqqi  və  irticaçı  qüvvələr    bir-birinə  zidd  cəbhələrə  ayrılmışdı.  Bir 
tərəfdə  “Əkinçi”  qəzetinin  ənənələrini  davam  etdirən  molla  nəsrəddinçilər  və 
onlara  kömək  edən  mütərəqqi  ziyalılar,  digər  tərəfdə  isə  “Füyuzat”,  “Şəlalə”, 
“Həyat”  və  başqa  bu  kimi  mətbuat  orqanlarına  rəhbərlik  edən  Ə.Hüseynzadə, 
Ə.Ağayev, X.Səbrizadə kimi mühərirlər dururdu. 
Adi Azərbaycan sözlərinin yerinə ərəb, fars, Osmanlı  sözləri işlətməyin dəb 
düşdüyü  bir  zamanda  Y.V.Çəmənzəminli  haqlı  olaraq  bir  çox  qəzet  və 
məcmuələrin  xalq  arasında  nüfuzunu  itirməsinin,  bəzilərinin  bağlanmasının  əsas 
səbəblərindən  birini  də  onların  dilinin  təmizliyində  görür.  “Füyuzat”,  “Şəlalə” 
məcmuələrinin, “Həyat” qəzetinin aqibətini misal gətirirdi. 
Firidun  bəy  Köçərli  dostu  Abdulla  Şaiqə  göndərdiyi  məktubların  birində 
ərəb,  fars  tərkiblərinin  süni  olaraq  silimizə  doldurulmasından,  mətbuat  dilinin 
bərbadlığından  bəhs  edərək  yazırdı:  “Fars  və  ərəbə  meyl  və  rəğbətimiz  o  dərəcə 
cox  olubdur  ki,  öz  dilimizdə  olan  sözləri  atıb  əvəzinə  əcnəbi  dillərin  qəliz 
ibarələrini  və  sözlərini  götürmüşük.  ...  ərəbin  cəm  siğəsi  dilimizin  evini  yıxıbdır. 
Bizim  qəzetlərdə  çap  olunan  məqalələrdə,  teleqram  tərcümələri,  hətta  elanlar  o 
qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşmürlər” (7).  
Həmin  illərdə  bunun  əksinə  olaraq  xalq,  həyatını  əks  etdirən,  xalqa  yaxın 
olan  “Molla  Nəsrəddin”,  “Bəhlul”,  “Tuti”  jurnalları  öz  müəlliflərini  geniş  oxucu 
kütləsinin başa düşəcəyi sadə dildə yazmağa çağırırdı.  
Bu məsələdə böyük demokrat yazıçı, jurnalist C.Məmmədquluzadə və onun 
“Molla  Nəsrəddin”  jurnalı  düzgün  mövqedə  durmuş,  doğma  dilimizi  yad 
təsirlərdən  qorumağa  çalışmış,  onu  türkləşdirmək,  farslaşdırmaq  istəyən  burjua 
ziyalılarına  qarşı  ardıcıl  və  kəskin  mübarizə  aparmışdır.  Təsadüfi  deyil  ki, 
C.Məmmədquluzadənin hekayə, felyeton və məqalələrindən bir çoxu bu mövzuya 
həsr olunmuşdur. 
“Bəhlul”jurnalının  birinci  nömrəsində  belə  bir  xəbərdarlıq  var  idi:  “Açıq 
türk (Azərbaycan) dilində olmayan məqalələr dərc olunmayacaqdır”. 
Azərbaycan  dilinin  saflığı  uğrunda  ardıcıl  mübarizə  aparan  ziyalılarımız 
arasında Seyid Hüseynin xidmətləri böyükdür. Onun dil haqında fikirləri bu vaxta 
qədər tədqiq edilib öyrənilməmişdir. 
Seyid  Hüseyn  dil  haqqında  müxtəlif  qəzet  və  jurnallarda  “Türk  sözləri”, 
“Fəqərələr”,  “Bir  mütaliə”,  “İmla  və  imlaçılarımız”,  “Dil  ətrafında  mütaliələr”, 
“Ədəbiyyatımıza  bir  nəzər”  və  bir  sıra  başqa  məqalələrinin  çap  etdirmişdir.  Bu 
məqalələrdə  müəllif  dilimizin  lüğət  tərkibinin  zənginləşməsi,  əcnəbi  söz  və 
ifadələrin təmizlənməsi, ədəbi dil, tərcümə dili, imla, əlifba kimi mühüm məsələlə-


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə