Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə140/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   136   137   138   139   140   141   142   143   ...   158

295 
 
Məsihin  təfərrüatlı  bioqrafiyası  olduğu  məlumdur.  Müsəlmanlıqda  da  “Tarixi-
ənbiya”  janrı  eyni  xarakter  daşıyır.  XIX-XX  əsrlərdə  bioqrafik  janr  istər  roman, 
istər  publisistik,  istərsə  elmi  məzmun  daşımaqla  nəsrin  aparıcı  forması  olaraq 
qalır” ( 3, s. 60 ). 
      Yaradıcılıq  ,  yazıb-yaratmaq  yaradanın  bəxş  etdiyi  ilahi  vergidir.  Hər 
kəs  bu  gücə,  qüdrətə  malik  deyildir.  Onu  bacaranlar  isə  tanrı  tərəfindən 
seçilmişlərdir. Yaradan əlinə qələm alan hər kəsə o nadir istedadı bəxş etmiş olsa 
idi, Əbdürrəhim bəy Haqverdiyevin  Mirzə Səfəri də məşhur şair olardı. 
“  Ədəbi  və  bədii  yaradıcılığın  allahlardan  ilham  almış  seçmə  şəxslərlə 
bağlılığı  ideyası  ədəbiyyat  nəzəriyyəsinin  tarixində  qədimlərdən  mövcuddur.  Bu 
konsepsiya dini ədəbiyyatşünaslıqdan irəli gəlir və ədəbi istedadın ilahi mənşəyini 
ilk sıraya çəkir. Bioqrafik məktəb təxminən eyni konsepsiyanın materialist variantı 
idi.  Burada  istedadın  qeyri-adiliyi  ideyası  qalır,  onun  ilahi  xüsusiyyətləri  və 
mənşəyi  isə  aradan  çıxırdı.  Bioqrafik  məktəbin  yarandığı  XIX  əsrin  ortalarında 
Qərbi  Avropada  və  Fransada  müəllif  ədəbi  yaradıcılığı  kütləvi  xarakter  almış  və 
bədii kitab çapı biznesin sahələrindən birinə çevrilmişdi ”  (3, s. 59 ). 
Azərbaycan  ədəbiyyatında  da  bu  janrda  yazılan  əsərlər  kifayət  qədərdir. 
Xüsusilə,  müstəqillik  dövründə  müəlliflərin  söz  azadlığı,  düşüncələrini  sərbəst 
şəkildə paylaşmaq imkanı əldə etməsi onlara yaxın keçmişdə paylaşa bilmədikləri 
fikirləri paylaşmağa imkan verdi. Onlar bu azadlığı asanlıqla əldə etməmişdilər.  
Qələm    sahiblərimiz    ədəbi  dilimizin  inkişafı  naminə  də  mübarizə 
meydanının      ön  sıralarında  mücadilə  aparmışlar.  Onlar  elmi,  sənədli,  bədii 
əsərlərdə,  məruzə  və  çıxışlarında  doğma dilimizin saflığının qorunub saxlanması, 
onun inkişafı, zənginləşdirilməsi məsələlərinə diqqətlə yanaşmış, dilin təəssübünü  
çəkmişlər. 
Dilimizin  təəssübkeşləri  qələmlərinin  məhsulu  olan  əsərlərdə  xalq  danışıq 
dilindəki  koloriti,  canlılığı,  bədiiliyi,  təbiiliyi  elə  ustalıqla  əks  etdirməyi 
bacarmışlar  ki,  bununla  da  toxunduqları  məsələlərə  dair  oxucuda  tam  təsəvvür 
formalaşdırmağa  müvəffəq  olmuşlar.  Gerçəklik,  faktolojilik,  əsərin  dil-üslub 
xüsusiyyətləri,  bədii keyfiyyətləri , obrazlılıqla  bərabər, gündəlik məişətdən, xalq 
danışıq  dilindən  ona  tanış  olan  ifadələrin  məqamında  işlədilməsi,folklor 
nümunələrindən  istifadə  vasitəsilə  fikrin  təsdiqinin  möhkəmləndirilməsi  əsərin 
dilinin bədii məziyyətini  artırır. Bioqrafik əsərlərdə diqqətimizi cəlb edən müəllif 
təhkiyəsi  bütün  sadalananları  özündə  birləşdirdiyi  zaman  əsərin  poetik  dilinin 
məna zənginliyini daha da artırmış olur və beləliklə, həmin kriterilərə cavab verən 
sənət nümunələri nəzəri cəhətdən də qiymətli mənbəyə çevrilir. 
Ədəbiyyatımızda  ötən    əsrin  tanınmış  tarixi  roman  ustası,    xalq  yazıçısı 
Əzizə  Cəfərzadənin  qələminin  məhsulu  olan  əsərlər  də  bu  qəbildəndir.  Müəllif 
əsərlərində  müxtəlif  dövrlərin  ictimai-siyasi,  mədəni-ədəbi  hadisələri  və  bu 
hadisələrin fonunda  görkəmli şəxsiyyətlərin obrazlarını yaratmışdır.  
Onun  tədqiqata  cəlb  etdiyimiz    “  Rübabə  Sultanım”  adlı  əsəri  yüksək 
səviyyəli  dil-üslub  xüsusiyyətləri  ilə    də  diqqəti  cəlb  edir.  Müəllif    XIX  –XX 


296 
 
əsrlərdə Azərbaycanda baş verən mühüm ictimai-siyasi hadisələri bir nəslin tarixi, 
həyatı  fonunda təqdim etməklə, tarix,  ədəbiyyat qarşısında  borcunu  yerinə  yetirir. 
Əsərin  poetik  xüsusiyyətlərinin  mükəmməlliyi  isə  onun  ədəbi  dilimiz  qarşısında 
xidmətlərin bəhrəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, müəllif vətənpərvər 
ziyalı olmaqla yanaşı, həm də güclü nəzəriyyəçidir.  
         Əsərdə çoxsaylı yaxınmənalı, çoxmənalı sözlər, frazeoloji birləşmələr,   
canlı  xalq  danışıq  dilinin  qaynar  çeşməsindən  su  içən  ideomlar,  folklor 
nümunələrindən  istifadə  romanın  dilinin  poetizmini  daha  da  artırmışdır.Müəllif 
bəzən    bir  ifadənin  cümlə  daxilində  təkrarına  yol  verir  ki,  bununla  həm  bədiiliyə, 
həm  də  ahəngdarlığa  nail  olur.  Beləliklə,fikri  qüvvətləndirir  ,  hadisələr  daha 
inandırıcı  təsir  bağışlayır.Məsələn,  o,  xalqımızın  başına  gətirilən  müsibətlərdən 
bəhs  edərkən  deyir:  “  Düz  bir  həqiqət  idi  ki,  rus  bu  torpaqları  əlindən  heç  vaxt 
buraxmayacaqdı, bu torpaqlarda qoy hələ bir özünə yer eləsin. “ qoy özümə bir yer 
eləyim,  gör  sənə  neyniyəcəyəm”    məsəli  yadımızdan  çıxmayaydı  gərək.  Üz 
verənlər  əvvəldən  üz  verdilər,  əsrin  əvvəlində  üz  verdilər.  Kürəkçaydan  başladı 
bəlamız, bircə-bircə yedi xanlıqları ” ( 1, s. 8 ). 
Buradan    göründüyü  kimi,  folklor  nümunəsi  olan  məsəldən  məqamında 
istifadə  ,  “  üz  vermək”    frazeoloji  birləşməsinin  cümlədə  yaratdığı  zəngin  məna 
çalarları, sitatın sonuncu cümləsində verilmiş bədii təsvir vasitəsi olan metafora –
bütün  bunlar  əsərin  dilinin  obrazlılıq  göstəriciləri  kimi  onun  dəyərini  daha  da 
artırır. 
Müəllif  “  Nənəş dayə  qızın başını dizi üstünə  alıb qara  qarğa  qanadı  kimi 
qapqara,  hamar  və  parlaq  saçlarını  oxşamağa  başlayanda,  Rübabə  Sultan, 
körpəliyində nağıl aşiqi olan qız başını bu qu tükündən də yumşaq, ana dizi kimi 
mehriban  dizin  üstündə  rahatlatdı”  (1,  s.  15)  ;  “  Tut  çırpmışdı  budaqlardan, 
ağappaq, ağ qar dənələri  kimi tökülmüşdü çadırın üstünə” ( 1, s.19 ) ; “  Onun son 
nəfəsində  Şamaxının  büllur  kimi  havasını  udmağa  qoymadılar  ”  (1,  s.  21)  və  s. 
nümunələrdə müfəssəl bənzətmələr işlədərək maksimal obrazlılığa nail olmuş, həm 
də oxucuda təsəvvür gücünü bədii sözün qüdrəti vasitəsilə artırmışdır. 
        Xalqımızın şifahi xalq ədəbiyyatı zəngin və dəyərli incilərlə bəzənmiş 
xəzinədir.  Elə  bir  xəzinə  ki,  insan  ondan  bəhrələnərkən  mənən  zənginləşir.  Yazılı  
ədəbiyyat  nümunələrində  xalqımızın  zəngin  söz  çeşməsindən  istifadə  fikrin  daha  
effektiv  çatdırılması  üçün  uğurlu  vasitədir.    İlk  öncə  ona  görə  ki,şifahi  xalq 
ədəbiyyatı  yarandığı  dövrdən  xalqın  həyatı,  məişəti  ilə  bağlı  olmuşdur.  Özündə 
xalqın  məişətini,  yaradıcı  təfəkkürünü,  bədii,  etik,  estetik,  fəlsəfi,  dini  və  s. 
baxışlarını əks etdirmişdir. 
Tədqiqata cəlb etdiyimiz əsərlərin hər birində bu zəngin xəzinədən səmərəli 
istifadə diqqəti cəlb edir. Məsələn: Yazıçı Ağarəhim Rəhimovun “Yaddaşda yaşar 
xatirələr” adlı  xatirə-romanında yalnız hadisələrin nəqli zamanı deyil, həm əsərin 
dilində, həm də sərlövhələrin adlandırılmasında  atalar sözü və məsəllərdən istifadə 
edilmişdir.  Məsələn:    “  Ot  kökü  üstündə  bitər”  (  5,  s.  11  )  ,  “  Daldan  atılan  daş 
topuğa dəyər ”  ( 5, s. 476 )  və s. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə