300
dönüş nöqtəsidir.Şairin Türkcə divanı ifadə baxımından,yeni,bənzəri az olan,heyrət
doğuran,önəmlı anlam ifad edən və bədii boyağa malik olan bir əsərdir.
Şairin tək-tək beytlərində dərin düşüncə,irfani-fəlsəfi anlam,milli hiss,
mədəni anlayışla və didaktik ədəbiyyat,dalqalanır.O, əxlaqi,pedaqujik,Öyüdcül və
elmi məzmunlara üstünlük vermə qəsd ilə yazılan əsərlərində,ədəbi bəzəklərdən
istifadə edib və məcaz,təşbih,təcnis,istiarə,kinayə və s,söz sənəti yaraşıqlari və
incəlikləri ilə insanın əsas qayqılarına həsr olan mənaların dadını və duzunu artırır.
Bu yaradıcı şairin Türkcə divanında dil üslubu və ədəbi bəzəklərinə ötəri
şəkildə belə işarə etmək olar:
Anlam və biçim
Hidəci divani anlamını həyat olayları təşkil edir.Yazıçı, yaşam olaylarını
dəqiq bir baxışla dərk və təsvir edir.Yazıçı öz düşüncəsini,şeirlərində,yaranan
hərəkətlər, bədii davranışlar,fikir və həyəcanları vasitəsi ilə açıb göstərir.Şairin
şeirləri durumlara uyqun şəkildə qurulur.Yazıçının təsvir etdigi həyat lövhələrin və
əngin mənaların qulağa xoş gələcək və ruha həyəcan verəcək şəkildə gözəlləşdirmə
yolların belə göstərmək olar:
Söz bəzəyi
Hidəci şeirdə həm məzmuna,həm də dil gözəlliyinə,ahəngdarlığa xüsusi
önəm verir.Şeirin təsir gücünü artırmaq, mənanı daha da dərinləşdirmək məqsəd ilə
bədii təsvir və ifadə vasitələrindən uğurla istifadə etmişdir.Bəzən şair eyni beytin
içində bir neçə sənətdən çox məharətlə istifadə edir:
Sənin əlinlə gətir tövbədən edim tövbə
Alım çəkim başa peymanə, sındırım peyman (3, s.95).
1. İham- sənin əlinlə- a)sənin yardımin ilə b)sənin əlindən çaxır alim;
2.Sinonim: a)tövbə:çaxır içməmək b)tövbə:Çaxır işməyi
davam etmək
3.Məcaz: çəkim başa,yəni içim
4.Zaid cinas: peyman - peymanə
5.Tənaqüz göstərgəsi:peymanə başa çəkmə - peyman sındırma;
6.Kinayə:
tövbədən tövbə etmək ,içməyi davam etmək mənasında.
Oxşama
Aşağıdakı beytdə təşbehdən uğurla istifadə edərək sevgilini tovuza,ceyrana
oxşadır və sonra mübaliğə ilə məşuqəsin onlardan daha üstün olduğunu vurqulayır:
Sənəm, sən etmə bəzək, qoy edə bəzək tavus
Gözəl, sən etmə gözün sürmə, qoy edə ceyran (3,səh 156)
Hidəci divanında ədəbi bəzəklərdən,bədii ibarələrdən yerində və məharətlə
istifadə etmişdir.O,bu elementlərdən sözü boyamaq,ifadənin təsir gücünü artırmaq,
mənanı dərinləşdirmək məqsədi ilə istifadə edir.Ədəbi bəzəklərdən bu cür uğurla
istifadə şairin incə duyğularından, ilhamından, zərif zövqündən xəbər verir:
(sinonim-antonim) Əgər o türk mənim könlümü ala əlinə,
Bağışlaram telinə Ərdəbil o Xəlxalı (3, s.170).
Allah bu şahın bəxti dönüb təxti dolansın,
Müşkül bunun əhdində dodağı
gülən olsun
301
Ol riza qismətə var hikməti, Allahin işi
Ol ki döndərdi qışa yayı, edər yayqışı. (2, s.166).
Sadə danışıq dili,xalq dilinin gözəl ifadələri,incə və hamı bilib-bəyəndiyi
birləşmələrindən qüdrətlə istifadə etməsi və sadə danışıq əsasında “səhl -o-
mümtənə”xüsusiyyətləri beytlər yaratmaq,yəni xalq dilində gəzən,hamınin sevdigi
frazoloji birləşmələri bacarıqla işlətməkdən ibarətdir.Şairin canlı xalq danışıq
dilində yazdığı qəzəlinə diqqət yetirək:
Saqi! gətir nədən? o mey xoşqovardən
Mey? hansı mey? o mey ki, yoxu fərqi nardən.
Gəldi nəmə? bahar gedibdir nəmə? qərar
Candır necə? nəzar nədən? hicri yaridən.
Eylərdim arzu haranı? tərəfe gülşəni.
Könlüm edərdi yad haçaqdan? bahardən )3, s.251)
KinayəTikildi çignimə Hidəcdə dağdağan ağacı
Bilə düşüb ki bu günlər müqime Tehranəm (3, s.4).
Asıldı börkümə Hidəcdə möhrə bu əyyam
Olub vətən mənə darolxilafeye Tehran (2, s.4).
Çiyinə dağdağan ağacı tikilmə və borkə mohrə asılma uşaqlıqa və şairin
doğum yerinə işarədir.
(Hərf bəzəyi)Haqq edə sərniqun Qəzvini
Qalmıya bu xərabədən asarNə kömür var, nə kürk, nə kürs
Qış soyuqqapını alıbdır qar
Mənzili gəng, ruzigarı təng Şəhri idbar milləti gözü dar (4, s.5.(
Mən yazardım neçə müddət
din o daniş dəftərin
Din o imanı apardı oğru divanım kimi (3,s 171).
Müləmmə : Söhrəvərdinin bir şeirinə təxmis kimi diyilən bu şeirdə :
Mənəm qəm düşkünü, qürbət düçarı,
Pozulmuş gülşəni, solmuş baharı
Könül ağlar gedəydim kəndə sarı...
یِراج ُعمّدلاﻭ یتراجل ُلوقأ
یرای د یلإ ِلیحّرلا ُمزع یلَﻭ
Təlmih:Bu beyt insanın Allaha xəlifə olmasını xatırladarkən Quranın Əhzab
surəsinin 72-ci ayəsinə işarədir.
Yox yoxumuş səndə əmanət vəli
Doğru xəbər verdi dəlisən dəli (3, s.226).
istehza
Abidin balta boynunu kəsməz
Döşü divardır, beli kəndi,
Əlini atsa, əndirər damı
. Dişinə salsa sındırar qəndi(3.205)
Aforizmlər:Hikmətli
sozlər