293
Bir neçə müddətdən sonra bu arqo həmən tələbələr qrupunun arqosunda bir başqa
yeni məna tapmaq ilə dəyişildi və o da zirək və əl ayaqlı tələbəyə ifadə olunur.
Semantik üzərində bir söz bir zaman ümumi işlək olur bir zaman ümumi
işləkliyini əldən verir, bir zaman çox dəyərli və zəngin mənalı söz olur bir
zamandan sonra öz dəyərin əldən verir . Bir söz bir zaman mənəvi dini və mədəni
məna daşıyır bir zamandan sonra o mənasını əldən verir . Bir söz bir zaman alqış
mənası verir bir zamandan sonra o alqış mənasını əldən verir təhqir mənası
daşıyır . İstər istəməz hər dilin semantikasında bu dəyişiklər baş verir və bunlardır
ki, dilin inkişafına və hərəkət və həyatına davam etdirir. Eyni zamanda necə ki
arqo leksikası dil daxilində dilin inkişafının mühüm proseslərindən biridir arqo
daxilində də bu dəyişiklər iki qat dilin inkişafına səbəb olur. Arqo vardır ki, təhqir
baxımından yaranıbdır, sonralar müsbət məna daşıyıbdır arqo var ki, dəyərli və
zəngin mənalı yaranıbdır amma, sonra əks məna tapıbdır arqo vardır ki, gizli
olaraq
amma dini maddi və mənəvi mənanı özündə daşıyır . Misal üçün
təsbeh sözü ərəb
dilindən alınma sözdür ki əslində dini bir sözdür ki onla allah adların deməklə
namazdan sonra zikr və dua edərlər. Sonralar lotular və güləşçilər və başqa başqa
adamlar da böyük böyük muncuq olan təsbehlərə vərdiş edib əldə oynadırdılar. Bu
söz birinci dəfə arqo mənası daşıyanda bekar adamlara ifadə olunurdu. Halbuki
indilər yenə təsbeh sözü yeni bir arqo mənası özünə almaqla demək olar ki yenə
qayıdıb birinci mənəvi baxıma ki indilər biri namaz qılan və dindar olanda ona
deyirlər ki əlivin təsbehiyəm ki tam müsbət və dini məna verir. bu misalda görürük
ki bir söz həm semantikada və həm arqo leksikasında neçə cürə məna dəyişikliyi
olub. Bu söz indi arqo sözü olubdu. Məsəla
Nurbalazadən Fars Mənşəli sözdür ki
gecə qaranlıqda maşının böyük işıqların yandırmaqa deyirlər. Bu söz sürücülər
arqosunda müsbət və dini və mənəvi bir məna daşıyır və o adamın haqqında
işlədirlər ki onun üzündə ilahi və dini bir nur vardır. Məsəl üçün biri birinə
deyəndə ki
nurbala vırırsan yəni ki dindarsan və üzündəsə ilahi və mənəvi bir nur
vardır. Dil bir axar su kimidir ki onun həyatı onun hərəkətində və dəyişikliyindədir.
Hansı bir dilin daxilində dəyişiklik və inkişaf olmasa o dil aradan getməlidir.
Başqa dillərdən söz alıb vermə fonologiya morfologiya və dilin başqa sahələrində
başqa dillərə təsir qoyub və yaxud təsir qəbul etməyi xarici dəyişiklər adlanır və
onla bərabər dil daxilində müxtəlif dəyişiklər dilin həyatın davam etdirir. Semantik
sahəsində sözlərin və mənaların dəyişikləri dilin inkişafında və genişlənməsində
önəmli rol oynayır.
ƏDƏBİYYAT
1.Hacıyev Tofiq. Satira dili. «Molla Nəsrəddin»in dili. ADU nəşri, Bakı, 1975.
2.Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik, Bakı, 2005.
3. Жирмунский В. Национальный язык и социальные диалекты. Л., 1936.
4. Həsənov Həsrət. Müasir Azərbaycan dilinin leksikası. Bakı, «Maarif» nəşriyyatı,
1988.
5.Голуб И.Б. Стилистика современного русского языка. М., «Высщая школа»,
1976.