Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə141/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   137   138   139   140   141   142   143   144   ...   158

297 
 
Ulularımızın  israfçılığa  yol  verməyib  sözə  qənaət  edərək  az  sözlə  dərin 
məna  ifadə  etdikləri  folklor  nümunələrindən  bəhrələnən  sənətkarlar  folklor 
nümunələrindən  intensiv  istifadə  etməklə  həm  xalq  hikmətini  özündə  yaşatmış, 
həm də onun vasitəsilə yazdıqları əsərlərə əbədi həyat vəsiqəsi bəxş etmişlər. 
Ə. Cəfərzadənin “ Rübabə Sultanım”  bioqrafik romanın dilində şifahi xalq 
ədəbiyyatı nümunələrindən atalar sözü, məsəl, alqış, qarğış,  lətifə, qaravəlli, inanc, 
el  deyimləri,bayatı,  ağı  və  s.  istifadə  olunmuşdur.Bu  nümunələr  içərisində  epik 
növün janrlarlarından atalar sözü, məsəl, el deyimlərinə tez-tez istinad edilir. Məs: 
Necə  deyərlər,  alan  dərvişlərdən  deyil,  verən  dərvişlərdəndi  (1,s.  5)  ;  Hələ  necə 
deyərlər,  itnən  qurd,  ağ  sapnan  qara  sap  seçilmirdi  (1,  s.  9)  ;  ...  Babalar  “  ehtiyat 
igidin  yaraşığıdır”  deyiblər (1, s. 13) ;əvvəllər “  yeddi kor pişiyim olsaydı,  birini 
ona  verməzdim”  deyənlər  indi  başqa  hava  çalırdı”  (1,  s.14)  ;  ...  “  dəvə  nalbəndə 
baxır ” ( 1, s.15) ; “ Öldü var, döndü yoxdu” (1, s. 25) ; “ Allah ağzından eşitsin, 
Kəbleyi,  Allah  ağzından  eşitsin.  Onu  düz  deyirsən,  ağac  duran  yerdə  budaq  sınar 
(1, s.42) ; “ Bu arxa bir su gəlib, umud var, bir də gələ (1, s.42) ; “ Məsəl var ki, 
dəvəçiynən  dost  olanın  darvazası  gen  gərək  ”  (1,  s.  54)  ;  “  Bir  də  o  günahdı  ki, 
deyərlər,  növzənbillah,  Kəbə  qapısını  yandır,  ürək  sındırma  (1,  s.  57)  ;  “  ...  at 
muraddı, at igidin yonqarıdı, igidin qardaşıdı, igidin arxasıdı (1, s. 67) ;  “... dəvəçi 
ilə dost olanın darvazası gen gərək...” (1, s.78) ; “ At muraddı; At belində gedəsən” 
(1,  s.  90)  ;    “  Deyirlər  ki,  igid  odu  –  atdan  düşə,  atlana,  igid  odu  –    hər  cəfaya 
qatlana. Bir də deyirlər ki, yaxşı at özünə qamçı vurdurmaz ” ( 1, s. 91)  və s. 
Folkloru yazılı ədəbiyyatdan fərqləndirən xüsusiyyətlərdən biri də  kollektiv 
düşüncənin məhsulu olması və şifahi şəkildə yayılması ilə bağlıdır. Bu zaman bir 
nümunənin bir neçə variantı yaranır. “Variantlılıq şifahiliklə bağlı olaraq yaranır”  
( 3, s. 9 ). 
Əsərdə  bayatı və ağıların variantları verilməkdən əlavə, eyni bayatı , atalar 
sözü və məsəlin təkrar-təkrar işlənilməsinə rast gəlinir. Deyilənlərə Mustafa xanın 
vəsiyyətini  −  xəzinənin  yerini  öyrənmək  istəyən  erməni  və  rus  məmurları 
tərəfindən        dindirilmək  üçün  çağırılan    Nənəş  dayənin  dilindən  verilən  bayatını 
nümunə  göstərmək  olar.  O  ,  həmin  bayatını    xanın  qızına  dayəlik  etdiyi  zaman 
itirdiyi körpəsini yadına salarkən də söyləyir: 
Aşıq ozanım  mənim, 
    Qaynar qazanım mənim. 
                                             Əzəldən belə yazıb 
Tale yazanım mənim  ( 1, s.19, 28 ). 
Onu erməni müstəntiqin əlinə salan da tale idi. Lakin nə qədər əziyyət görsə 
də, dayə Mustafa xanın xəzinəsinin yerini  ona demədi, əzablara mətanətlə dözdü, 
amma xana verdyi sözün üstündə durdu. O, bu sirri yalnız  məqamı yetişəndə xan 
qızı  Rübabə Sultana açacaqdı. 
Bir bayatı da  vardır ki,  əsərdə  iki dəfə  verilmişdir.  Səbəbi vətən dərdinin 
bir  an  belə  unudulmamasıdır.  Yaralanmış  vətənin  gözlərindən  Araz  adlı  qan  –yaş 


298 
 
dolu həsrət selləri axırdı. Bu sel ikiyə bölünmüş millətin faciəsinin ürək parçalayan 
bəstəsi idi, fəryadı idi, sevgi dolu ürəyin naləsi idi: 
Arazda buz ağladı, 
Yanda yarpız ağladı. 
Oğlan o tayda qaldı, 
Bu tayda qız ağladı ( 1, s. 66, 84). 
       “  Bayatılarda  məzmun,  hissiyyat,  təfəkkür  zənginliyi  olduğu  kimi  dil, 
ifadə,  bədii  vasitə,  füqurlar  cəhətdən  də  bitkinlik,  əlvanlıq,  vardır.  Bədii  lövhəni, 
həyati  səhnəni,  mənəviyyatı  həyəcanlı,  təlatümlü  vermək  cəhətdən  də  kamillik, 
müxtəsərlik, kəsər, qüdrət aydın görünür ” ( 4, s. 136 ). 
      Odur  ki,  xalq  yazıçısı  Əzizə  Cəfərzadənin  xalqın  kədərini,  dərdini 
qəlbən  yaşayan  duyğu  sahibi  kimi  fikrin,  hissin,  düşüncənin  ifadəsi  zamanı 
bayatılardan  istifadə etməsi təsadüfü deyildir. 
      Müəllif    Xəzərin  şahə  qalxan  dalğalarının    parçalanmış  ailələrin 
nalələrindən yarandığını bildirir.  Burada biz onun  qəlb fəryadını duyuruq:  “  Ata 
o tayda qaldı, ana o tayda qaldı, bala bu tayda ağladı. Bəs Xəzər? Hanı sənin, sənin 
səsin  hardadı?  Ara-sıra  xəzrinin  −    dəli  xəzrinin  şahə  qaldırdığı  sənin  dalğaların 
həmin nalələrdən yaranıb, məncə”  (1, s. 84). 
 Əsərdə  Nənəş  dayənin  dilindən  verilən  atalar  sözü  və  məsəllər,  el 
deyimləri, yanıqlı bayatılardan xalq hikməti, parçalanmış vətən torpağının  dərdini 
ürəyində  gəzdirənlərin  ağır  həyatı,  onun  söhbətlərindən      isə  məişət  üslubunun 
materialı  olan  xalq  danışıq  dili,  onun    zənginliyi    ifadə  vasitələrinə  malik  olması 
diqqəti cəlb edir:  
Araz qırağı ləklər, 
Çırmanıb ağ biləklər. 
Düşmənə xəbər olsun, 
Hasil oldu diləklər  ( 1 , s. 9 ) . 
Əsərin  dilində  iki  üslubdan  istifadə  olunmuşdur:    bədii  üslub  və    məişət 
üslubu.Burada obrazlılıq, xalq müdrikliyi, xalq danışıq dilinin özəlliyi vəhdət təşkil 
edir. Nənəş dayənin Molla Qulama müraciətlə dediklərinə diqqət yetirsək,  ilk  və 
son cümlədə  folklor  nümunəsi olan alqış , dua  işləndiyini,  dördüncü cümlədə  isə 
atalar sözlərinin inci kimi sapa düzüldüyünü  görürük: “ Allah razı olsun. Həmişə 
gözün üstümüzdə olub, ağa. Sənin nəfəsindi ki, iki yiyəsiz zənən xeylağı-bir qoca 
qarı, bir uşaq təkbaşına dolanırıq. Bir kəsdə də cürət olmayıb ki, indiyəcən bizə “ 
gözün  üstə  qaşın  var”,  “  Ayağın  irəlidədi,  geri  çək”,  “  Ayağını  yorğanına  görə 
uzat”, desin.  Sağ ol.” ( 1, s. 18) . 
Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,  əsər  vətənpərvərlik,  sədaqət  və 
türkçülüyü  təbliğ  edən  ideyası  ilə  bərabər,  müəllif  təhkiyəsi,    dil-üslub 
xüsusiyyətləri  ilə  də  əhəmiyyətlidir.  Bioqrafik  əsərlər    məhz  əsərin  dil-üslub 
xüsusiyyətlərinin    gözəlliyinə  görə  də  sevilərək  oxunacaq,  yeni  tədqiqatlar  üçün   
mənbə sayılacaqdır. 
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə