291
mənşəyini dil yaranması ilə bir tutmaq olar. Ancaq demək olar ki, dil yaranandan
elə arqo da dilin daxilində yaranmışdır. Dil daxilində ən çox dəyişiklik olan
sahələrdən biri semantikadır. əslində mənalar dəyişilməsə, yeni sözlər yaranmasa,
köhnə və az işlənən sözlər dil dairəsindən xaric olmasa, başqa dillərdən söz alınıb
və onlara söz verilməsə o dildə inkişaf baş verməz və və dilin aradan getməsinə
səbəb olar.
İctimai həyatdakı dəyişikliklər, inkişaf, geyim, məişət şeylərinin
köhnəlməsi, onların yeniləri
ilə əvəzlənməsi, yeni maddi
sahənin meydana gəlməsi,
elmi-texniki tərəqqi insanların maraq dairəsini genişləndirir, ehtiyacına, tələbinə,
baxışına, vərdişinə və zövqünə təsir edir. Həyatdakı dəyişmələr qarşılıqlı olur.
İnsanların həyata münasibətində bir təzələnmə, yeniləşmə gedir. Bu dəyişmələrlə
bərabər dil ancaq dəyişilməlidir. Elə əslində bu səbəb dəndir ki, dil daxilində
semantika sahəsində sözlərin cür bə cür məna dəyişmələrin görürük. Köhnə sözlər
daha işlənmir yerinə yeni sözlər deyilir, misal üçün keçmiş zamanlarda ata
babalarımız çox bilən və hər şeydən baş çıxardan adama müxtəlif sözlər ifadə
etsəydilər sə indi
UP DATE və ya müasirləşmə sözünü deyirik. Qabağ zaman hər
şeyin artığına
zibil desəydik sə, indi zibil sözün pis və əclaf adamlara işlədirik. Söz
mənası tək mənalıqdan çıxır və onun anlamı genişlənir. İllər bundan öncə
alim
sözün ancaq dini savad olana və yaxud Axunda işlədərdik amma, indi hər hansı
sahədə elm olana
alim deyirik.
Müəllim sözü mənasını nə boyda genişləndirib və
indi ehtiram və hörmətlə yanaşmaq üçün bu sözü hər kəsə ki istəsək işlədirik. Bu
baxımdan arqolarda ki, semantikadan asılıdırlar qısa müddət həyatlarında bu
dəyişiklərdən uzaq deyirlər. Köhnə arqolar şifahi dil normaları içərisində əriyib
gedir, aradan çıxır. Məhz bu, arqo leksikasının təzələnməsinə, yeniləşməsinə səbəb
olur. Həyat dəyişir, insanlar dəyişir, köhnə nəsli yeni nəsil əvəz edir. Yeni nəsil
yeni arqolar yaradır. Müasir arqonun əsasını ictimai qruplar tərəfindən ümumxalq
sözlərinin xüsusi mənalandırılması və başqa dillərdən alınma sözlərin xüsusi tərzdə
işlədilməsi təşkil edir. Arqotik leksikaya ayrıca, xüsusi bir dil kimi baxmaq olmaz,
çünki onun öz qrammatik quruluşu və lüğət fondu yoxdur. Bədii əsərlərdə arqo
leksikasından ictimai qrupların spesifik xüsusiyyətlərini açmaq üçün istifadə
olunur. Arqotik sözlərin müəyyən hissəsi köçəri həyat sürür. Onların bəzisi başqa
bir ictimai qrupun söz ehtiyatına, bir qismi isə adi danışıq nitqinə keçir. Arqonun
təbii təkamülü, onun loru leksikaya və məişət-danışıq nitqinə keçməsi arqotizmin
süniliyini, şərtiliyini və gizliliyini aradan qaldırır
(4, s.193- 194).
Arqo sözlərin dəyişikləri həm arqo leksikasının daxilində baş verir, həmdə
başqa semantik leksikalarada aid olur. Misal üçün meyvə adları ikinci məna
daşıyıb arqo sözü kimi işlənəndə müxtəlif niyyətləri üzə çıxardır.
Alma sözü
tələbələr arqosunda gözəl və məlahətli qız tələbəsinə ifadə olunur və ailə
arqosunda qaynanıya deyilir.
Xiyar sözü narkomanlar arqosunda polisə ifadə
olunur.
Müxtəlif isimlər, sifətlər, fellər və zərfliklər ilə bu sözlər ifadə olurlar.
Meyvə adlarından, heyvan adlarından, yer, kənd, şəhər adlarından , geyim və
292
yemək adlarından , müsbət və mənfi sifətlər ilə , rənglər ilə , aktyor və aktrisa
rolların və dialoqlarının sözlər ilə , həftə gün və il adlar ilə qadın cinsinə aid adlar
ilə bu sözlər yaranırlar.
İran azərbaycanlılarının məişət və bədii üslubunda sosioloji leksika müvafiq
qiyafədə görünür. Bunlar – arqolar - ekspressiv rənglərə boyanır. İctimai – sosial
qrupların hər biri üçün xüsusi arqolar vardır. Bunların bir çoxu müştərək səciyyə
daşıyır. Sosioloji təbəqələr demokratik baxımdan ümumxalq mənafeyi
ilə toqquşur,
fikirlər üst-üstə düşmür. Bu zaman onlar sözün həqiqi mənasından istifadə etmək
istəmirlər, ya xüsusi sözlər axtarıb-tapır, ya da ki, mövcud sözlərin mənalarında
motivləşmə aparırlar, yəni yeni mənalar müəyyənləşdirirlər. Bu prosesdə ictimai
təbəqələrin nitqində özünəməxsus leksikon formalaşır. Bu ictimai zümrələrin
leksik təbəqəsidir. Bunlar dildə çox deyil, amma dilə və onun üslubu mənzərəsinə
öz təsirini göstərir. «Məhz bu qruplar ümumxalq sözünün «simasını» dəyişdirir və
öz təbiətləri kimi eybəcərləşdirirlər. Məhz onların ifadəsində sözün müsbət və
mənfi mənaları öz mehvərindən çıxır, başqa sözlərin mehvəri ətrafında fırlanmağa
başlayır. Belə insanların danışığında ümumxalq dilindəki gözəl, zərif sözlərin sayı
azalır və kobud, sərt sözlər əslində olduğundan çox görünür...Bu sözlərin
işlənməsinə ehtiyac olmayan ünsiyyət mühiti ideal cəmiyyət olmağa layiqdir. Bu
sözlərin varlığını mümkün edən anlayışlar cəmiyyətdəki mənfi insan keyfiyyətləri
ilə bağlıdır. Hətta belə sözlərdən istifadə edənlər yalnız arqolarla ünsiyyət saxlayan
silklər təşkil etməsələr də bu lüğət vahidlərinin ictimai dəyərində jarqonluluq
vardır Yaxud, əksinə, bir qrupun, silkin tüfeyliliyini nəzərə çatdırmaq üçün onların
nitqinə bir tipik jarqon daxil
etmək kifayətdir (1, s. 59, 63-64).
Arqo və yaxud Gizli dil yazılı forması olmayaraq cür bə cür metodlar ilə
yaranır və geniş formada işlənilir. başqa dillərdən alınma sözlər ilə, dilin söz
köklərindən yaranma sözlər ilə və başqa başqa metodlar ilə düzəlişən sözlər ilə,
müxtəlif qruplar və siniflər tərəfindən arqo sözləri işlənilir. Tələbələr, şagirdlər,
sürücülər, narkomanlar, satıcılar, maklerlər və başqa sosial qrupların özlərinə aid
arqo leksikaları vardır. Bu sosial qrupların arqoları başqa dillərdən o cümlədən fars
dilindən alınma yollar ilə şəkilçi artırma və ya azaltma yollar ilə və yaxud kökdən
dəyişmə yollar ilə yaranırlar. Arqo sözləri stabil və ya bir formada qalmırlar bəlkə
danışdıqca və işləndikcə arqo leksikasının daxilində çoxlu dəyişiklikləri qəbul
edirlər. Misal üçün Fars Mənşəli
çətirbaz sözü əslində birinci semantik mənası
pilot və təyyarə peşə - sənət leksikasına aiddir ki, mənası təyyarədən atılan pilot
dur. Bu söz bir alınma arqo sözü kimi birinci dəfə sosial qruplar içində ailə arqosu
kimi işləndi ki evin yeznəsi haqqında deyilirdi ki ancaq yemək içmək vaxtları
qonurdu qaynanası gilin evlərinə. Sonralar bu arqo yeni məna daşımaqla tələbələr
arqosuna daxil oldu o mənada ki hər hansı tələbə ki vaxtilə dərs oxumur amma
imtahanlar vaxtı o müəllimdən xahiş etməklə bu müəllimə yalan danışmaqla və
yalvarmaqla bal alır və kəsilmir. Sonra Narkomanlar bu arqonu polislər haqqında
işlədirlər ki harada oturub narkotik çəkəndə ki polis gəlir onları tutur ifadə etdilər.