Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə137/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   133   134   135   136   137   138   139   140   ...   158

289 
 
5. Gildən hazırlanmış məişət əşyalarının və digər predmetlərin adlarını 
bildirən  sözlər:  buta  “qızıl  əritmək  üçün  zərgərlərin  istifadə  etdikləri  gil  qab”, 
burbuğ  “gildən  hazırlanmış çalğı aləti”,  manqal  “təndirin  üzərinə  qoyulmaq  üçün 
kürsü”,  taparan  “gildən  hazırlanmış  zibilqabı”,  təpərə  “gildən  hazırlanmış 
zibilqabı”, silbinc “beşikdə gil qab”. 
6.    Gil  qabların  bişirilməsində  istifadə  olunan  xüsusi  qurğu  və 
təsisatların  adını  bildirən  sözlər:  dəm  “açıq  soba”,  kürə  “örtülü  soba”,  tup 
“örtülü soba”, külbə “kürədə odun yanmasını və istiliyi tənzimləmək üçün tikili”, 
ağız  “kürəni  doldurmaq  və  boşaltmaq  üçün  kürədə  olan  deşik”,  ocaqlıq  “dulus 
kürəsinin aşağı kamerası”, qabxana “dulus kürəsinin yuxarı kamerası”, baca “dulus 
kürəsində  istiliyi  tənzimləmək  üçün  deşik”,  babasıl  “dulus  kürəsinin  günbəzinin 
çıxıntılarını örtən gil torpaq”, zuldan “odluq və ağızlıqdan ibarət kürə tipi”, odluq 
“kürədə od yanan yer”, tağlı “kürənin içərisindəki yarus”. 
7.  Dulusçuluqda  istifadə  olunan  texniki  üsul  və  naxış  adlarını  bildirən 
sözlər:  oyma  “gil,  palçıq  komasından  müəyyən  miqdarda  gilin  qoparılması”, 
piçənə  “yetişmiş  gil  palçıqdan  müəyyən  miqdarda  qoparmaqla  gil  məmulatı 
düzəltmək”,  bad  “təndir  düzəltməkdə  istifadə  olunan  dulusçuluq  üsulu”,  dib 
“təndirin  aşağı  qatları”,  köbə  “təndirin  ağız  hissəsi”,  dodaq  “uzunboğaz  qabların 
üst tərəfi”, dibçək “gil qabların aşağı hissəsi”, boğaz “gil qabların yuxarı hissəsi”, 
göz “gil calaqlarını birləşdirmək üçün onların üstündə açılan şırım”, zəncir “gil su 
qabların üzərindəki naxış. 
Misallardan  da  göründüyü  kimi,  dulusçuluq  leksikasının  tərkibi  yekcins 
deyil.  Bu  leksikanın  müəyyən  qismini  hamının  bildiyi,  başa  düşdüyü  ümumişlək 
sözlər təşkil edirsə, digər bir  qismini  isə  yalnız  bu  sənət sahəsində  işlənən  sözlər 
təşkil edir. Beləliklə dulusçuluqla bağlı leksikanın dildə formalaşmasını ümumxalq 
dilinin  cəmiyyətdəki    ayrı  –  ayrı  sosial  qrupların  maraqlarına  xidmət  göstərmək, 
onların təlabatını ödəmək üçün sosial diferensiasiyanın nəticəsi kimi qəbul etmək 
olar.  Bu  qəbildən  olan  sözlər  ümumxalq  dilinin  aktiv  leksikasından  fərqli  olaraq, 
konkret təbəqənin ünsiyyətinə xidmət edir. 
 
ƏDƏBİYYAT 
1.  Əsgərov  H.A.  Azərbaycan  dilində  maddi  mədəniyyət  leksikası.  Bakı:  “Bakı 
Universiteti”, 2006, 448 səh. 
2. Azərbaycan etnoqrafiyası. I c. Bakı: “Elm”, 1988. 
3. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: “Şərq – Qərb”, 2007, 568 səh. 
4. Azərbaycan dilinin izhlı lüğəti. I – IV c., Bakı: “Şərq – Qərb”, 2011. 
 
 
 
 


290 
 
Hüseyn Xoşbatini

 
 
ARQOLARIN SEMANTİK BAXIMDAN DƏYİŞMƏSİ 
 
Arqo  sözlərin  dil  daxilində  yaranması  və  ifadəsi  eləcə  də  müxtəlif  sosial 
qruplar  arasında  işlənməsi  semantik  sahəsinə  aiddir.  Əslində  bu  sözlər  məxfi 
informasiyanın daşıyıcısı olduğundan  gizli məna daşıyır. Müxtəlif sosial təbəqələr 
və  qruplar  öz  aralarında  fikirlərin  və  niyyətlərin  başqalarından  gizli  saxlamaqdan 
ötrü  arqo  sözlərdən  istifadə  edirlər.  Hər  cəmiyyətdə  bəzi  qruplar,  öz  aralarında 
insanların  anlaya  bilməyəcəyi  gizli  ünsiyyət  formasını,  yəni  arqoları    inkişaf 
etdirmişlər . 
Cəmiyyətdə  ümumi  ünsiyyət    dilindən  ayrı,  amma  ondan  törəmiş  olan, 
yalnız müəyyən bir qrup tərəfindən istifadə edilən söz və deyimlərdən ibarət olan 
arqo sözlərin əksəriyyəti böyük bir sosial qrupa aiddir və bəzən də görünür ki, bir 
sıra sözlər bir neçə qrup arasında eyni mənada işlənir. Arqo - müəyyən sosial qrupa 
aid dil, sosial dialekt mənasını ifadə edir (2, s. 26). 
Arqolar  sosial  qrupların  həyatında  peşəsinə,  məşğuliyyətinə  və  mənafe 
ümumiliyinə görə fərqlənir. Onlar işlənmə dairəsinə görə dilimizin leksik fondunda 
seçilir.  Onlar  məhdud  dairədə  işlədilir.  Arqolar  sosial  dialektlərə  aiddir,  çünki 
əksər  arqoların  xarakterində  dialekt  elementi  özünü  göstərir,  həmçinin  də  milli 
dilin xüsusiyyətlərini özündə əks etdirir. 
V.Jirmunski  yazır  ki,  söz,  professionallıq  və  gizlilik  xarakterini  itirir, 
gündəlik məişətdə hissi ekspressiya, obrazlı, evfemistik, kinayəli sözdən istifadəyə 
xidmət  edir,  özünəməxsus  əlamətlərini  arxada  qoyaraq  ən  çox  ixtiyari,  qeyri-
müəyyən  səciyyə  daşıyır.  Arqolar  milli  dilin  standart,  ekspressiv,  yenidən 
mənalandırılması  vasitəsi  kimi  metaforik  kinayənin  yeni  pilləsində  başlıca  rola 
malikdir (3, s. 152). 
Dilin  ən  mühüm  leksik-semantik  söz  qrupları  var  ki,  onlar  arasında  arqo 
sözlər xüsusi olaraq yaranır və narkomanlar, oğrular, sürücülər, satıcılar, tələbələr 
və  şagirdlərin  nitqində  istifadə  olunur.  Semantik  baxımından  bu  sözlər  bəzən  tam 
mənaların dəyişib və başqa bir mənada işlənirlər və yaxud, bəzən məna artırmaq ilə 
və  ikinci  məna  vermək  ilə  bu  gizli  fikirlər  və  niyyətlər  ifadə  olunurlar.  Arqo 
əslində özü bir dil deyildir, hər ana dilin içində arqo sözlər yaranır ,yayılır, danışılır 
və bir müddətdən sonra öz fəaliyyətlərini itirirlər. Arqo sözlərin törədib və aradan 
getməklərinin bir neçə səbəbi vardır. Siyasət, mədəniyyət, adət ənənə, hakimiyyət 
və bəzi başqa parametrlər bu səbəblərdən ibarətdir.  Faktlara görə  dilçilər yazırlar 
ki,  arqo  birinci  dəfə  Fransız  mətnlərində  14-cü  əsrdə  görünüb  amma,  dilşünaslıq 
baxımından demək olar ki, dil yaranan gündən arqo dil daxilində özünü göstərib. 
Əslində  Arqonun məqsədi niyyətləri və  fikirləri  başqalarından gizli saxlamaqdır. 
Yəni iki nəfərin danışığını 3-cü adama sirli və gizli saxlamaqdır ,ona görə arqonun 
                                                           

Xoşbatini Hüseyn - Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktorantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə