Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə136/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   132   133   134   135   136   137   138   139   ...   158

287 
 
inkişafı ilə  əlaqədar olub. Demək olar ki,  o zaman ölkənin hər  yerində  bu sənətə  
təlabat vardı. Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə 
Azərbaycanın  Şamaxı,  Şəki,  Ərdəbil,  Təbriz,  Naxçıvan,  Gəncə,  Ordubad  kimi 
şəhərlərində  saxsı  məmulatlarının  istehsalı  barədə  qeydlər  var.  Dulusçuluq 
istehsalının Bakıda da mövcud olması öz təsdiqini tapıb. Şəhərin ətrafında müxtəlif 
gil  yataqları  burada  saxsı  qabların  istehsalı  üçün  şərait  yaradırdı.  1946-cı  ildə 
şəhərin Qala ərazisində aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid xeyli 
miqdarda şirəli qablar- kasa, boşqab, badya və s. tapılıb ki, bunların da əksəriyyəti 
yerli istehsalın  məhsulları idi. Qarabağda  isə  dulusçuluq istehsalı  ilk orta  əsrlərin 
sonlarından  başlayaraq  daha  yüksək  səviyyəyə  çatıb.  Burada  aparılmış  arxeoloji 
qazıntılar  göstərir  ki,  IX-XIII  əsrlərdə  dulusçuluq  yüksək  inkişaf  etmiş  bir  sənət 
sahəsi  kimi  formalaşdı.  Bu  dövrdə  istehsal  edilən  saxsı  qablar  istər  hazırlanma 
texnikasına görə, istərsə də  zəngin bəzək elementlərinə görə həm əvvəlki, həm də 
sonrakı dövrlərlə müqayisədə çox yüksək səviyyəyə qalxmışdı. Arxeoloji qazıntılar 
göstərir  ki,  son  orta  əsrlərdə  Qarabağda  saxsı  məmulatı  istehsalı  üç  böyük  qrupa 
ayrılıb: şirəsiz, şirəli qablar və tikinti materialları. Şirəsiz saxsı məmulatı sırasına 
hər  birinin  müxtəlif  növləri  olan  küplər,  qazanlar,  səhənglər,  bardaqlar,  silbiçlər, 
süd qabları, dolçalar, çıraqlar, qəlyanlar və.s aid edilir. İsmayıllı və  Şəkidə də bu 
sənət  sahəsi  yüksək  inkişaf  etmişdir.  Qədim  Azərbaycan  dövləti  olan  Qafqaz 
Albaniyasının  tarixinin  öyrənilməsində  İsmayıllıda  aşkar  edilən  küp  qəbirləri, 
yaşayış  məskənlərinin  qalıqları,  dulusçuluq  nümunələri  xüsusi  yer  tutur.  Hal-
hazırda  da  Azərbaycanın  müxtəlif  bölgələrində  dulusçuluq  sahəsi  yaşayır  və 
inkişaf edir. 
Dulusçuluğun belə qədim tarixə malik olması və ona olan yüksək təlabat bu 
sənət sahəsi ilə bağlı leksikanın formalaşmasını şərtləndirirdi. Bu sahəyə aid sözlər 
ən qədim dövrlərdən işlənmiş, təkmilləşərək dilimizə gəlib çatmışdır. 
Dulusçuluğa  aid  sözləri  leksik  –  semantik  baxımdan  aşağıdakı  şəkildə 
qruplaşdırmaq olar: 
1.  Su  üçün  gil  qabların  adlarını  bildirənsözlər:  səhəng,  şəhrəng  “balaca 
səhəng”; bardaq, qurqur, sürahi  “qulpsuz aşağısı  girdə, dar boğazlı  gil qab”, kuzə 
“gil  suqabı”,  küp  “suyu  sərin saxlamaq üçün torpağa  basdırılmış böyük gil qab”, 
badiyə  “saxsı  piyalə”,  dəngənə  “piyalə”,  güdil    “saxsı  su  qabı”,  haratzi    “qulplu 
saxsı  qab”,  gürni  “saxsı  su  qabı”,  künkü  “saxsı  su  qabı”,  qilətzə  “saxsı  su  qabı”, 
qola “bardaq”, tip “bardaqdan böyük su qabı”. 
2.  Yemək  hazırlamaq  üçün  gil  qabların  adını  bildirən  sözlər:  çölmək 
“saxsı qazan”, güvəc “saxsı qazan”, pitidopusu “piti bişirmək üçün saxsı qab”, piyə 
“ocağın  üstünə  qoymaq  üçün  saxsı  qab”,  kürə  “yemək  bişirmək  üçün  evin 
küncündə hazırlanan gil ocaq”, təndir “çörək bişirmək üçün yerdə qazılaraq, yaxud 
yerin  üstündə  gildən  hazırlanan  soba”,  külçəbasan  “çörək  məhsullarını  bəzəmək 
üçün  müxtəlif  ornamentli  alət”,  küpə  “turşu  saxlamaq  üçün  istifadə  edilən  saxsı 
qab”, bəqqa “yağ qabı”, dəngənə “turşu qabı”, səritcə “4-5 litr həcmində iriqulplu 
saxsı  süd  qabı”,  badya  “qatıq  çalmaq  üçün  qab”,  dopu  “bankaya  oxşar  qulpsuz 


288 
 
saxsı qab”, xeyrə “qaymaq yığılması üçün dərin saxsı qab”, mətrət “xeyrəyə oxşar 
qab”, badi “saxsı nimçə”, baqala “kiçik saxsı qab”, bardaxbağı “bardağın qulpu”, 
bəsti  “kiçik  saxsı  qab”,  bəqqə  “süd  saxlamaq  üçün  kiçik  saxsı  qab”,  çanax  “saxsı 
kasa”, dalyar  “plov üçün iri  və  dərin saxsı qab”, danbalan “saxsı nehrə”, gillətzə 
“kiçik saxsı qab”, girdo “iri saxsı qab”, xayra “saxsı qab”, xum “böyük saxsı küp”, 
kərəcan  “dərin  saxsı qab”,  köçerey  “kiçik saxsı qab”, kövri “ağzı enli  saxsı qab”, 
küpəgilə  “kiçik küp”, kuzə  “kiçik saxsı sənək”, qadasarı “süd sağmaq üçün saxsı 
qab”,  qağala  “kiçik  saxsı  qab”,  qalğa  “küpə”,  qavaşa  “saxsı  qab”,  qoduş  “saxsı 
küpə”, quciley “saxsı qab”, quflucə “qulplu saxsı qab”, masqura “kiçik saxsı qab”, 
mətərə “küp, saxsı pendir qabı”, səyən “çini yemək qabı”, qağla “saxsı qab”. 
3.  Dulusçuluqda  istifadə  olunan  alət  adlarını  bildirən  sözlər:  qəlib 
“çarx”, oturacaq “əl ilə işlədilən dulus çarxının aşağı hissəsi”, ox “dulus çarxının 
aşağı  və  yuxarı  hissəsini  bir-birinə  birləşdirən  hissə”,  çarxbaşı  “dulus  çarxının 
yuxarıdakı  lövhəsi”,  bala  kötük  “dulus  çarxının  yuxarıdakı  lövhəsi”,  üst  kında 
“dulus çarxının yuxarıdakı lövhəsi”, ətək “dulus çarxının aşağıdakı lövhəsi”, oxucu 
“dulus çarxı oxunun ucuna keçirilən metal”, daban “dulus çarxının oxunun keçdiyi 
yer”, bel “dulus gili çıxarmaq üçün alət”, taşta “bel”, külüng “dulus gili çıxarmaq 
üçün alət”, balta  “dulus gili çıxarmaq üçün alət”, bıçaq “gil qaba forma verərkən 
dulusun  istifadə  etdiyi  taxta  bıçaq”,  qələm  “taxta  bıçaq”,  daraq  “trapesiya  şəkilli 
dulusçu  bıçağı”,  piatrın  “trapesiya  şəkilli  dulusçu  bıçağı”,  qabatrın  “dulusçu 
qadınların  işlətdiyi  taxta  dəstəkli,  hər  iki  tərəfi  iti  olan  metal  bıçaq”,  eatrin 
“dulusçu qadınların işlətdiyi metal bıçaq”, karkar “uzun boğazlı qabların boğazını 
çıxarmaq  üçün  dulusun  istifadə  etdiyi  taxta  parçası”,  lenı  “gil  qabın  boğazını 
uzatmaq  üçün  dulusçunun  istifadə  etdiyi  qamış  parçası”,  kartalaş  “qabın  dibinə 
forma vermək üçün istifadə olunan alət”, iy “dulus məmulatında deşik açmaq üçün 
hər  iki  tərəfi  iti  olan  alət”,  daraq  “dulus  məmulatını  naxışlamaq  üçün  istifadə 
olunan  taxta  alət”,  naxış  “dulus  məmulatında  naxış  açmaq  üçün  istifadə  olunan 
taxta  alət”,  satıl  “dulus  məmulatını  naxışlamaq  üçün  istifadə  olunan  alət”,  xəlbir 
“quru gili təmizləmək eləcə də narınlatmaq üçün istifadə olunan alət”, gön “dulus 
qadınların üzərində gil yumşaltdığı dəri məmulatı, tabaq “gil qabları daşımaq üçün 
istifadə  olunan  əşyalar”,  qıra  “təndiri  qalamaq  üçün  istifadə  olunan  ucu  qarmaqlı 
uzun  alət”,  lok  “dulus  kürəsində  istinin  nizanlanması  üçün  yanacağı  alıştırmağa 
xidmət  edən  4-5  m  uzunluğunda  ağac  şüvül”,  səpmə  “dulus  kürəsində  bişirilən 
qabların  altının  yapışmaması  üçün  onların  altına  qoyulan  dəmir  təbəqə”,  gəlbəri- 
“kürədə alovu nizamlamaq üçün alət”, püşkər “kündə taxtası”, xul “kündə taxtası”, 
qalaq  “təndir  düzəldərkən  alt  sırada  qurulmuş  gilin  səthinin  düzəldilməsi  üçün 
istifadə  olunan  ağac  alət”,  qarğı  darağı  “qabın  boğazını  düzəltmək  üçün  istifadə 
olunan qamış alət”. 
4. Su təchizatı ilə bağlı vasitələrin adını bildirən sözlər: günk- “saxsı su 
borusu”, lülə “iri diametrli saxsı boru”, sərnic “paylayıcı saxsı boru”, daxıl “suyun 
sərnicə daxil olması üçün yer”, noyca “suyun sərnicdən çıxması üçün yer”, çolaqov 
“quyunun ağzını bağlamaq üçün saxsı qapaq”. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə