Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə130/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   126   127   128   129   130   131   132   133   ...   158

275 
 
Hacıbəyov” (bəstəkarın həyat və yaradıcılığı, 1885-1948) təxminən 25 çap vərəqi 
həcmində, “Педоними” üzərində işləyir və çapa hazırlayıram”. [1].  
Qulam  Məmmədlinin  Azərbaycan  Elmlər  Akademiyası  M.Füzuli  adına 
Əlyazmalar İnstitutunun Şəxsi Arxivlərin Tədqiqi şöbəsində (Fond 31) saxlanılan 
sənədləri  tədqiqatçının  yaradıcılığının  nə  qədər  zəngin  olduğunu  göstərir.  38 
saxlanma  vahidi  altında  qorunan  bu  sənədləri  aşağıdakı  bölümlərə  ayırmaq 
mümkündür.   
1. Tədqiqat materialları: Burada Azərbaycan teatr və  nəşriyyat tarixinə aid 
sənədlər  vardır.  Saxlanma  vahidləri  1-6  [7];  2.  Təsviri  sənədlər:  Burada 
Azərbaycanın elm, tarix, ədəbiyyat, incəsənət və b. sahələrində olan şəxsiyyətlərin 
qısa tərcümeyi-halı, lətifələr və satirik hekayələr, və.s yer alır. Saxlanma vahidləri 
7-26  [8];  3.  Tərcümeyi-halı  sənədləri:  Qulam  Məmmədlinin  tərcümeyi-halına  aid 
rus  dilində  sənəd  vardır.  Saxlanma  vahidi  27  [1];  4.  Müxtəlif  şəxslərin 
Q.Məmmədliyə  məktub  və  təbrikləri:  Burada  Əziz  Şərifdən,  Ə.Naxçıvani, 
Ə.Hüseynzadə,  Fransa,  İngiltərə  və  Finlandiya  və  başqalarından  gələn  məktublar 
yer  alır.  Saxlanma  vahidləri  28-32[5];  5.  Şəxsiyyətinə  aid  sənədlər:  Burada  Rus 
dilində  arayış  və  rəy  saxlanılır.  Saxlanma  vahidləri  33-35[6];  6.  Foto-kollektivlə: 
Kollektivlə çəkilən şəkillər yer alır. Saxlanma vahidləri 35-38[2].  
Qulam  Məmmədlinin  yuxarıda  göstərilən  sənədlərindən  də  anlaşılır  ki, 
yazıçı  bütün  həyatı  boyu  çalışaraq  gələcək  nəsillərə  zəngin  irs  qoymuş  və  bu 
zəngin irsin  digər tədqiqatçılara faydası olacağı şübhəsizdir.  
 
ƏDƏBİYYAT 
1.  Автобиография.  Azərbaycan  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli  adına 
Əlyazmaları İnstitutu. Fond 31. siyahı 1. saxlanma vahidi 27      
2.  Foto-kollektivlə.  Azərbaycan  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli  adına 
Əlyazmaları İnstitutu. Fond 31. Siyahı 1.   Saxlanma vahidləri 35-38  
3.  Qasımova  Z.,  “1875-1920-ci  illərdə  azərbaycanca  jurnal  və  qəzetlərin  izahlı 
biblioqrafiyası  (Qulam  Məmmədli  arxivindən,  Müasir  dünyada  inteqrasiya  və  müqavimət 
prosesləri, Azərbaycan Universiteti, 9 iyun 2012-ci il, s. 202-205   
4.  Qulam  Məmmədli.  Vikipediya,  açıq  ensiklopediya.  http://az.wikipedia.  Org  / 
wiki /Qulam_M%C9%99mm%C9%99dl  
5.  Müxtəlif  şəxslərin  Q.Məmmədliyə  məktub  və  təbrikləri.  Azərbaycan  Elmlər 
Akademiyası Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu. Fond 31. Siyahı 1.  Saxlanma 
vahidləri 28-32  
6. Şəxsiyyətinə aid sənədlər. Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli 
adına Əlyazmaları İnstitutu. Fond 31. Siyahı 1.  Saxlanma vahidləri 33-35  
7.  Tədqiqat  materialları.  Azərbaycan  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli 
adına Əlyazmaları İnstitutu. Fond 31. Siyahı 1.  Saxlanma vahidləri 1-6  
8.  Təsviri  sənədlər.  Azərbaycan  Elmlər  Akademiyası  Məhəmməd  Füzuli  adına 
Əlyazmaları İnstitutu. Fond 31. Siyahı 1.  Saxlanma vahidləri 7-26  
 


276 
 
Natəvan Hüseynova

 
 
TERMİNOLOGİYADA ABREVİATURALAR 
 
Xüsusi  linqvistik  hadisə  olan  abreviatur  yeni  söz  qrupudur;  dil  sistemində 
sözyaratma vasitələrindən biridir. Sözyaratmanın  bu üsulu  «ayrı-ayrı terminoloji 
sistemlərdə  sözə qənaət edilməsinə, çoxsözlü terminlərin konkret terminlərlə əvəz 
olunmasına  şərait  yaradır.  Bu  üsul  terminologiya  sahəsində  sinonimliyin  aradan 
qaldırılması üçün də faydalıdır» (1,140). 
Termin-abreviaturların  yeniləşməsində  dünya  sistemində  baş  vermiş  köklü 
ictimai-siyasi  dəyişikliyin    başlıca  rolu  vardır.    Hər  zaman  olduğu  kimi,  müasir 
dövrdə  də  yeni    termin-abreviaturların  həcmi  və  sərhədləri  daha  da  artmış  və 
genişlənmiş, bu da ümumi mətbuatın dilinə və üslubuna, eləcə də lüğət tərkibinin 
fonduna öz müsbət təsirini göstərmişdir. 
Terminlərin  yaradılması  üsullarından  biri  də  sözlərin  ixtisarı,  yəni 
abreviaturalar  hesab  edilir.  Abreviatura  italyanca  abbreviatura  «ixtisar»,  latın 
dilində  “abbrevio”  «ixtisar  edirəm»  mənasında  işlənmişdir.  Abreviatura    üsulu  
termin yaradıcılığında başqa  üsullardan fərqlənir.  Çünki bu üsulda  bu və ya digər 
anlayışın ifadəsi üçün yeni termin yaratmaq deyil, terminologiyada  artıq mövcud  
olan  terminləri    eyni  məzmunda,  lakin  qısaldılmış  şəkildə  əlverişli  şəklə  salmaq 
nəzərdə tutulur. 
Doğrudur,  bir  çox  tədqiqatlarda  bu  üsulu  termin  yaradıcılığının  bir  növü 
hesab  edir  və  bu  yolla  yeni  terminlərin  yaranmasını  qeyd  edirlər.  M.Ş.Qasımov 
yazır: «Ayrı-ayrı  dillərdə elmi-texniki terminlərin yaradılması üsullarından biri də 
sözlərin  ixtisarı,  yəni  abreviaturadır»  (2,140).  Sonralar  H.Həsənov,  Y.Məmmədli 
də abreviaturalara sintaktik yolla söz yaradıcılığının bir qolu kimi yanaşır və həmin 
sözləri bu istiqamətdə təhlil edirlər. 
M.Ş.Qasımov  yazır:  «Abreviatura    üsulu  ayrı-ayrı  terminoloji  sistemlərdə 
sözə qənaət edilməsinə, çoxsözlü  terminlərin konkret terminlərlə əvəz olunmasına 
şərait yaradır» (3,42). 
M.M.Adilov  isə  yazır:    «Abreviatura    hadisənin  məhsulu    olan 
abruviaturalar  dilin  lüğət  tərkibinin  zənginləşməsində  böyük  rol  oynayır.  Leksik 
abreviaturalar  dilin digər sözlərinə aid bütün  xüsusiyyətlərə  malik olur» (4,42). I 
Ümumittifaq  Türkoloji  qurultayda  bu  üsulla  Azərbaycan  dilində  də  terminlər 
yaradılması  təklifi  irəli  sürülmüşdür.  H.Zeynallının  Türk  dillərində  elmi 
terminologiya  sistemi  haqqında    məruzə»sində  deyilirdi  ki,  «Terminologiya 
sahəsindəki maraqlı məsələlərdən biri də müxtəlif cür ixtisarların iki və daha artıq 
söz  şəklində  qovuşması,  birləşməsidir. Birləşdirilmiş sözlər öz-özlüyündə    termin 
olduğundan onlar haqqında danışmaq lazım gəlir» (5,198). 
                                                           

Hüseynova Natəvan  - AMEA Nəsimi adına Dilçilik İnstitutunun  əməkdaşı,  filologiya üzrə 
fəlsəfə doktoru. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə