49
görə, XI əsrə doğru türk-tatar ləhcələrinin “açıq lisani xüsusiyyətlərlə ayrılmış
olması” M.Kaşğarinin ərəblərə türk dilini öyrətmək məqsədilə yazdığı bu əsərdə
türk şivələrinin təmizliyi və fəsahətindən bəhs etməsinə əsas olmuşdur.
”Lüğətlərin(ləhcə və şivə) ən fəsihi bir lisandan başqa lisan bilməyən, farslarla
qarışmayan,şəhərlərə enmək adətində bulunmayan xalqlar da bulunur. İki lisanda
qonuşan, şəhər xalqı ilə ixtilatda bulunan xalqların dilində rəkət,qarışıqlıq bulunur
(1,161). Qeyd etmək lazımdır ki,a limin elmi üslubu özünəməxsusluğu ilə seçilir.
Əvvəla, türkcə təhsil almış poliqlot bir türkoloq dilçilik terminlərini yaratmağa da
cəhd edir. Əsərdə ədəbi dil, ləhcə, dil, şivə, dialekt, lisan, ləfz sözlərinin hələ
termin səciyyəsi olmasa da, onun formalaşmasına cəhdlər vardır. Məsələn, Avropa
dilçilərinin təbirincə,o da müasir arqo və jarqonları şivə hesab edir: ”Zadəgan,
burjua, köylü və işçilərin, əsnaf xəlqinin özlərinə məxsus şivələri bulunur (1,162).
Əsərdə “ədəbi dil”in mahiyyəti də müasir dilçilikdə nəinki hər tədqiqatçıya,
hətta hər şagirdə məlum olan “Ədəbi dil canlı xalq danışıq dilindən seçmə və
əvəzetmə yolu ilə yaradılmış, normaya salınmış süni dildir” hökmünün tam
əksidir.Müəllif yazır: ”Ədəbi dil, təbir etdiyimiz dil, çox dəfə hakim sinfin şivə və
ləhcəsindən başqa bir şey deyildir” (1,162). Göründüyü kimi, burada da “ləhcə” və
“şivə” termini də müasir anlamdakı kimi deyildir. Professor məsələyə
münasibətinin əsasını fransız dilçiləri Qaston Pari və Pol Meyerin fransız dilinin
hüdudlarının mümkünsüz olmasını guya sübut etmələrinə bağlayır. Əslində isə, bu,
fransız dilinin aristokrat təbəqənin dili kimi bütün Avropada qəbul edilməsinə
yönəlmiş səhv bir ideya idi. Əfsus ki, bu dil mifi nəinki bütün Avropanı
bürüdü,hətta onun hüdudlarını da aşdı. Müəllif bununla İohan Şmidtin “Dalğa
nəzəriyyəsi”nə tərəfdar olduğunu əsaslandır. B.Çobanzadə dialektolojinin
əhəmiyyətini sübut etmək məqsədi ilə yenə də Fransada dilçilik atlasının tərtib
olunmasından bəhs edərək bu işlə dilçilikdə “lisani coğrafiya”adlı yeni bir şöbənin
açilmasını bildirir. Görünür ki, professorun da “Dialektoloji atlas” yaratmaq istəyi
olmuşdur: ”Ümumiyyətlə, bütün Avropa məmləkətlərində bir çox zaman əvvəllər
başlanmış olan canlı şivələr tədqiqi keçirməkdə olduğumuz əsrin başlarına doğru,
dediyimiz kibi, lisan coğrafiyası şəklində təkrar dirilmişdir və daha konkret, elmi
bir şəkil almışdır(1,164).
B.Çobanzadənin ”Türk dialektolojisinin tarixçəsi” başlığı altında irəli
sürdüyü mülahizələri də maraqlıdır. Məsələn, alim türk şivələrinin varlığından
xəbər verən ədəbiyyatların “fəqirliyini”, şərq filoloji məktəblərinin daha çox ədəbi
dillərlə məşğul olmasında görmüşdür. Professor bu fikrinin tələbələrində ruhi
düşgünlük yaradacağını hiss edərək, böyük türkoloq M.Kaşğarinin üçcildlik
“Divani-lüğət-it-türk” əsərini xatırladaraq, onun mahiyyətini şərh edir. Sonra bu
mövzuya həsr olunmuş ikinci əsərin Məhəmməd bin Qeys tərəfindən miladi 1220-
ci ildə vəfat etmiş Qütbəddin Məhəmmədin oğlu Cəlaləddin Munkəburni adına
yazılsa da,indi əldə olmadığını qeyd edir. Müəllif nəinki
bu əsərlər barədə müfəssəl
məlumat verir, həm də yeri gəldikcə tənqidi fikirlər bildirməklə təəssübkeş bir
türkçü olmasını da nümayiş etdirmişdir. İbn Mühənnanın “Kitabü-hilyətül-insan və