51
kimi fəaliyyət göstərmiş B.Çobanzadənin Azərbaycan türklərinin dili barədəki
fikirləri müasir elmi ictimaiyyət üçün çox əhəmiyyətlidir. Müəllif “Qafqaz
türkləri” başlığı altında yazdığı hissədə Qfqaz türklərini iki qismə ayırır: Şimali və
Cənubi Qafqaz türkləri. Professorun fikrincə, Şimali Qafqazda türk-tatar xalqları
cənubdakılara nisbətən daha əvvəl məskunlaşmışlar. Maraqlı cəhət ondadır ki,
böyük türkoloqu bu ərazinin oborigenlərinin qeyri-türk olması fikrinə gəlməyə
hansı elmi mənbə əsas vermişdir?
”Bu gün Şimali Qafqazda yerləşmiş olan balkar, qaraçay və kumuk
xalqlarına gələçək olursaq,bunlar lap əski Qafqaz yerli xalqları ilə qarışmış mələz
türklərdir.Bununla bərabər,bu cəhət yalnız onların etnoloji,məişət cəhətlərinə aid
olub, dilləri haqqında doğru deyildir”.
Görünür, professor unudur ki, xalqın etnik və məişət münasibətləri
toxunulmaz dəyərlərdir.Bu məsələdə dilin daha çevikliyi və dinamikliyi tarixdə də
sübut olunmuşdur.Əgər bir xalqın dili tarixin bütün sınağından qalib çıxıbsa, bu,
xalqın özünütəsdiqinin ən bariz sübutudur. Buradaca alimin “kumuk dilinin
Dağıstanda beynəlxalq bir dil olması” fikrinə də münasibətimizi bildirmək yerinə
düşərdi.Çox maraqlıdır ki,türk dilni bilməyən Rus inqilabçı-dekabristləri azəri
türkcəsininin Qafqazdakı statusunu fransız dilinin Avropadakı mövqeyi ilə
müqayisə etdikləri halda,türk dillərinin böyük bilicisi kiçik bir etnik qrupun dilini
ortaq ünsiyyət vasitəsi kimi görmüşdür. Professor yazır:”Azəri türkləri bir kaç
əsrlik olduqca işlənmiş və çox uzaqlarda yaşayan türk-tatar xalqlarının
ədəbiyyatlarına da öz təsirini göstərən bir ədəbiyyata malikdirlər”(1,214).
Tamamilə doğrudur, fakt qarşısında artıq danışıq yersizdir. Çünki azəri türklərinin
dili və ədəbiyyatı nəinki digər türk xalqlarının ədəbiyyatlarına, hətta tanrısı ilə öz
dilində danışıb onun verdiyi istedadla Azərbaycan dilində yazıb-yaratmiş erməni
və gürcü şairlərinə də şeir dili kimi doğma olmuşdur.
Bəs bütün Rusiyada şərqşünaslığın və türkologiyanın möhtəşəm təməlini
qoymuş Mirzə Kazımbəyin əsərlərini”qeyri-kafi” qiymətləndirməyə nə səbəb
olmuşdur?Yoxsa,böyük satirik Mirzə Ələkbər Sabirin sözlərinin yeri görünür?!
Turanlılarız, adiyi-şüğli sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz
ƏDƏBİYYAT
1.
Bəkir Çobanzadə. Seçilmiş əsərləri. V cilddə. I cild. Bakı: ”Şərq-
Qərb” nəşriyyatı, 2007.
52
Pərvin Eyvazov
BƏKİR ÇOBANZADƏNİN DİL TƏDQİQATLARINDA
QRAMMATİK KATEQORİYALARIN ŞƏRHİ
“Şəkilçilərin rolunu ağacların, nabatların canlanmasına
xidmət edən faydalı mikrobların roluna bənzətmək qabildir...
Əgər bir çox isimlərin və sifətlərin fel damarlarından
yapıldığını nəzəri-etibara alacaq olursaq, türk dilinə “fel
dili” demək mümkündür”.
Bəkir Çobanzadə
Görkəmli türkoloq, professor Bəkir Çobanzadə XX əsrdə Azərbaycan
dilçilik elminin, ədəbi-mədəni və ictimai-siyasi fikrinin formalaşmasında tarixi
əhəmiyyətli rol oynamış simalardan biridir. O, istər elmi və bədii yaradıcılığında,
istərsə də ictimai-siyasi fəaliyyətində türk xalqlarının tərəqqisi naminə çalışmış,
özündən sonra qoyduğu zəngin irslə bu millətə yüksək səviyyədə xidmət etmişdir.
B.Çobanzadənin elmi yaradıcılığı türkologiyanın ən aktual məsələlərinə
həsr olunmuşdur. Mirzə Kazım bəydən sonra türk dünyasında dilçilik elminin
ağırlıqlarını öz çiyinlərində daşımaq bu görkəmli alimin üzərinə böyük məsuliyyət
qoymuşdur. Xüsusilə də onun Azərbaycan dili haqqındakı tədqiqləri dilçilik
elmimizə çox əvəzolunmaz töhfələr vermişdir.
Məlumdur ki, Mirzə Kazım bəydən sonra dilçiliyimizdə uzun illər davam
edən bir durğunluq meydana gəlmişdi. Əsrin əvvəllərində ölkəmizin ictimai-siyasi,
ədəbi-mədəni həyatında mühüm dəyişikliklər baş verməsinə rəğmən, dilçiliyimizdə
ciddi boşluqlar yaşanırıdı. Lakin uzun fasilədən sonra Bəkir Çobanzadə dilimiz
haqqında yeni mərhələdə - tədqiqatların, demək olar ki, sistemsiz və bəsit olduğu
bir zamanda böyük məktəb yaratmış oldu. Beləliklə də, dilimizin fonetik, leksik,
qrammatik quruluşu, tarixi inkişaf mərhələləri haqqında geniş və əhatəli orijinal
əsərlər ortaya çıxardı. Elmi yaradıcılığında dilimizin müasir vəziyyəti ilə yanaşı,
onun tarixi inkişaf mərhələləri, bu mərhələlərdə baş verən mühüm dəyişikliklər
haqqında tutarlı faktlarla araşdırmalar apardı.
Dilimizin qrammatikasını sistemli şəkildə tədqiq edən görkəmli alim bu
istiqamətdə xeyli məqalələr yazmış, dərsliklər hazırlamışdır. Əlbəttə, dilin milli
varlığını mühafizə edən qrammatik quruluşun sistemli öyrənilməsi o dövrün böyük
elm hadisəsi idi.
B.Çobanzadəyə qədər Azərbaycan dilinin qrammatikasına dair daha çox
məktəb metodikası səviyyyəsində bir sıra əsərlər yazılsa da, onlar həm elmi
cəhətdən zəif idi, həm də yeni tədris və təlim metodları üçün köhnəlmişdi. Ona
Eyvazov Pərvin – Bakı Dövlət Universitetinin “Türkoloji araşdırmalar” elmi-tədqiqat
laboratoriyasının əməkdaşı, BDU-nun filologiya üzrə fəlsəfə doktorantı.
Dostları ilə paylaş: |