53
görə də tədris prosesinin müasir tələblərinə uyğun yeni dərslik yaratmaq
məsuliyyəti görkəmli alimin üzərinə düşdüyündən nəinki qrammatik qanunlar
haqqında, habelə yeni qrammatikanın elmi-metodoloji əsasları haqqında da
qiymətli fikirlər söyləmişdir. Tədqiqatçı dəfələrlə qeyd etmişdir ki, Azərbaycan
dilini öyrədən sərf (morfologiya) kitabları ehtiyacımıza qarşılıq, dərdimizə əlac
deyildir.
Qrammatikanın mahiyyətini anlamayanlar onun araşdırılmasına ciddi
əhəmiyyət vermir, ümumiyyətlə, dilçilərin özlərindən uydurma qanunlar icad
etdiklərini iddia edirdilər. Lakin B.Çobanzadə qrammatikanın mahiyyətini
anlamayanlara belə cavab verirdi: “Sərf icad edilməz, necə ki Amerika yaradılmaz.
Hər ikisi kəşf oluna bilər. Dilin tabe olduğu qaidələr insanların məntiqində deyil,
bəlkə sövqi-təbiisindən, zehnindən, ruhindən çıxır. Bunun üçün sərf kitabı yazanlar
uydurmazlar, ancaq qeyd edə bilərlər”
2, s.121
.
B.Çobanzadə müasir elmi qrammatikanın həm nəzəri, həm də praktik
xüsusiyyətlərini verməklə bu sahədə öz yaradıcılıq istiqamətlərini müəyyənləş-
dirmişdi. Hətta o, bu sahə ilə məşğul olan dilçilərin hansı məsələləri bilmələrini də
xüsusi olaraq qeyd edirdi. Buna görə də dilimizin morfoloji quruluşunu ətraflı
tədqiq edən alimin elmi araşdırmalarında bir məqsəd də, əvvəldə qeyd etdiyimiz
kimi, ana dilimizin tədrisindəki elmi nöqsanları aradan qaldırmaq idi.
Azərbaycan dilinin qrammatik quruluşu qrammatik kateqoriyaların varlığı
və ifadə imkanlarının genişliyi ilə müəyyənləşir. Məlum olduğu kimi, qrammatik
kateqoriya qrammatik formanın qrammatik şəkilçilərlə ifadəsidir. Deməli,
qrammatik şəkilçi dilin quruluşunda, ümumiyyətlə, dilin milli xarakterinin əsas
elementi kimi vacib əhəmiyyət daşıyır: “Şəkilçilər bizim üçün ən əhəmiyyətli
sözlərdir: bunlar olmazsa, danışmaq qabil olmazdı. Bunların rolunu ağacların,
nabatların canlanmasına xidmt edən faydalı mikrobların roluna bənzətmək qabildir.
Şəkilçilər sayəsində dil canlanır, hərəkətə gəlir, sözlər bir-birinə bağlanır”
3,
s.130
.
Məlumdur ki, dilimizin qrammatik quruluşunda vacib rol oynayan
sözdəyişdirici şəkilçilər qrammatik kateqoriyalar fonunda öyrənilir: yəni onların
hər biri dildə müəyyən vəzifəni yerinə yetirdiyindən qruplaşdırılır. Eyni zamanda
sözügedən məsələdən əsasən, morfologiyada bəhs edildiyindən buna morfoloji
kateqoriya da deyilir. Deməli, bu kateqoriyaları araşdırmaq dilimizin morfoloji
quruluşunu dərindən təhlil etməyə yönələn bir hadisədir. Əsrin əvvələrində
B.Çobanzadənin dilimizin morfologiyası haqqında söylədiyi fikirlər o dövr üçün
sözün əsl mənasında yenilik idi: “Bizim dövrümüzdə şəkliyyat (morfologiya)
məsələləri çox mühümdür. Çünki şəkliyyat dilimizin quruluşunu göstərir, dilin
bilxassə nə surətdə qurulub təşəkkül etdiyini bilmədikcə o dili öyrənmək, daha
mühümü o dili öyrətmək qabil deyildir”
3, s.157
. Bir daha onun bu fikirindən də
görürük ki, görkəmli alim bu tədqiqatlarında təkcə dilimizin öyrənilməsi deyil,
həmçinin onun tədrisinin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlamışdır.
54
B.Çobanzadə dildəki funksiyalarına görə sözdəyişdirici şəkilçilərə iki
mövqedən yanaşır:
1. “Sözdəyişdirici şəkilçilər sözləri bir-birinə bağladıqlarından, bunlara
“nəhvi şəkilçilər” təvir olunur”
3, s.132
.
2. “Sözdəyişdirici şəkilçilər cümləyapıcı ünsürlər olduğundan eyni
zamanda “nəhvi şəkilçilər” dəxi deyilir”
3, s.157
.
Təbii ki, sözdəyişdirici şəkilçilər sözlər arasında əlaqə yaratmağa xidmət
etməklə cümlə texnologiyasının vacib elementləridir. Müəllif o cəhəti də qeyd edir
ki, bir sıra dünya dillərində sözlər şəkilçiyə ehtiyac olmadan cümlədə əlaqələnib
bağlanırlar. Bu dillərdə şəkilçi funksiyasını vurğu, inversiya, ahəng və intonasiya
kimi vasitələr yerinə yetirir. Türk-tatar dillərində isə şəkilçisiz cümlə qurmaq
mümkün deyil. Lakin B.Çobanzadə dilimizdə də bu yolla – yəni qrammatik
şəkilçilərin köməyi olmadan bəzi cümlələr yaratmağın mümkünlüyünü vurğulayır.
Fikrimizcə, o, qrammatik şəkilçilərin köməyi olmadan qurulan cümlələr deyərkən,
müasir dilçiliyimizdə bəhs olunan adlıq cümlələri nəzərdə tutmuşdur.
Tədqiqatçının qrammatik şəkilçilər içərisində təqdim etdiyi morfemlər
arasında köməkçi nitq hissələrinə aid şəkilçiləşmiş vahidlərə də rast gəlmək olur.
Məsələn, o, -mı
4
sual ədatını “sorğu işarəti” olan sözdəyişdirici şəkilçi hesab edir.
Təbii ki, şəkilçiyə bərabər funksiyanı yerinə yetirən köməkçi sözlər (və onların
şəkilçiləşən formaları) hələ o dövr üçün ciddi araşdırma obyekti olmadığından
müəllif ilk axtarışlarında bu qənaətlərlə razılaşmalı olub. Amma B.Çobanzadə söz
sonunda sual məqsədilə baş verən uzanmanın mənşəyi ilə bağlı verdiyi qeydlərdən
aydın olur ki, onun bu mövqeyinin səbəbi nədir: “Azəri ləhcəsində çox dəfə sorğu
şəkilçisi işlədilməyib, yalnız sözün son səsi uzadılaraq tələffüz olunar ki, bu da fars
dilinin təsiri olsa gərəkdir”
3, s.169
. Deməli, o, -mı
4
ədatı sual yaratma əlamətinin
yeganə qrammatik göstəricisi hesab etdiyindən onu sözdəyişdirici kimi qəbul
etmişdir.
Əvvəldə qeyd etdiyimiz kimi, qrammatik şəkilçilər qrammatik
kateqoriyanın göstəricisidir. B.Çobanzadənin yaradıcılığında qrammatik şəkilçilər
geniş şəkildə araşdırılsa da, xüsusi olaraq qrammatik kateqoriya başlığı altında
təqdim edilməmişdir. Amma onu deyək ki, şəkilçilərin tədqiqi və təhlili
istiqamətində söylədiyi fikirlər, demək olar ki, qrammatik kateqoriya haqqındakı
müasir nəzəri müddəalarla üst-üstə düşür. Müəllif qrammatik kateqoriya haqqında
sözdəyişdirici şəkilçilər fonunda bəhs edir; yəni həmin termini birbaşa işlətməsə
də, qrammatik şəkilçilərin qruplaşdırılmasında bu barədə danışır.
Onun bu istiqamətdə dediyi fikirlərində ilk olaraq diqqətimizi çəkən bir
məqamla qarşılaşdıq. Uzun illərdir ki, qrammatika kitablarında morfoloji
kateqoriyalar “Ümumi qrammatik kateqoriyalar” başlığı altında təqdim edilir.
Lakin son dövrlərdə aparılan tədqiqatlarda qrammatik kateqoriyaların ümumi və
xüsusi olmaqla iki qismə ayrılıdığını görürük. Buradakı yanaşmada mövqe
düzgündür: əgər kateqoriya yalnız bir nitq hissəsinə aiddirsə və digər sözlər yalnız
həmin nitq hissəsinin müəyyən əlamətlərini qəbul edəndən sonra bu qrammatik
Dostları ilə paylaş: |