Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə26/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   22   23   24   25   26   27   28   29   ...   158

57 
 
qazax  və  özbək  dilçiləri  bu  istilahları  az-çox  müvəffəqiyyətlə  öz  dillərinə 
çeviriblər:  “Hər  halda  ərəb  istilahlarıına  görə  bunları  daha  da  müvəffəqiyyət 
saymaq və iləridə, bəlkə də azəri dilinin sərfi istilahlarında bu qaydaya uyaraq yeni 
türkcə istilahlar yapmaq mümkündür” 

3, s.172


Tədqiqatçının halların şəkilçiləri üzərində apardığı qeydlərdən də görünür 
ki,  müasir  dillə  müqayisədə  heç  bir  fərqli  cəhət  yoxdur.  Yalnız  yerlik  və  çıxışlıq 
hallarda -ta, -tə, -tan, -tən şəkilçilərinin verilməsində müəllif samitlər ahəngini əsas 
götürmüşdür:  “...  məf’ul  fih, məf’ul  ənh  şəkilçiləri  –da,  -də  və  -dan,  -dən olduğu 
halda, sağır isə -ta, -tə, -tan, -tən olur: it+tə, at+ta...

3., s.138


Mənsubiyyət  kateqoriyası.  Bu  kateqoriyanın  əsas  xüsusiyyəti  odur  ki, 
söz  öz  lüğəvi  mənasını  və  müstəqilliyini  saxlaya-saxlaya    şəkilçilərin  köməyi  ilə 
özündən kənardakı şəxs və kəmiyyəti də göstərir. B.Çobanzadə mənsubluq bildirən 
qrammatik  şəkilçiləri  də  ayrıca  tədqiq  etmişdir.  O  yazır:  “Türkcədə  şəxslərə  aid 
olub,  sərflərimizdə  “zəmir”  adlanan  sözlər  də  hind-Avropa  dillərində,  məsələn, 
ruscada  ayrı  olaraq  sözlərin  sonuna  əlavə  olunduğu  zaman  şəkilçi  xidmətini 
görürlər, yəni damardan ayrı olaraq müstəqil mənaya malik deyildirlər” 

4, s.132

.  
N.Dmitriyevin bu kateqoriya ilə bağlı dediklərində yuxarıdakı fikrə uyğun 
gələn bir məqam var ki, o da mənsubiyyət şəkilçili sözlərdə (evim, dəftərim...) iki 
ünsürün  müşahidə  olunmasıdır:  1)  söz  köklərində  ifadə  olunan  əşya;  2) 
mənsubiyyət  şəkilçiləri  ilə  ifadə  olunmuş  şəxs...  Məsələn,  evim  sözü  yalnız  şəxsə 
aid olan münasibət anlayışını bildirir 

8, с.160

 
Bəkir  Çobanzadənin  “Türk  dili”  kitabında  bu  məqam  belə  ifadə 
olunmuşdur:  “...  zəmir  sözlərinin  özləri  də  şəkilçi  olaraq  işlədilirlər.  Bu  surətdə 
mən  sözündən    -ım
4
,  sən  sözündən  -ın
4
,  o  sözündən  
4
şəkilçiləri  meydana  gəlir” 

3, s.163


Deməli,  bu  kateqoriyanın  yaratdığı  birləşmələr  qrammatik  çərçivə 
prinsipinə uyğun (mənim evim) qapalı birləşmələrdir.  
Dilimizin  müasir  durumunda  rast  gəlinən  kimi,  kimisi,  biri,  birisi, 
çoxu,çoxusu  kimi  əvəzliklərdə  kök  və  şəkilçi  məsələsi  haqqında  indi  də  fikir 
müxtəlifliyi  var.  Prof.  Y.Seyidov  bu  şəkilçiləri  sözlərin  tərkibində  daşlaşdığını 
göstərir.  Bəkir  Çobanzadənin  vaxtilə  bu  sözlərdəki  şəkilçilər  barəsində  söylədiyi 
fikirlər,  göründüyü  kimi,  bu  gün  də  öz  aktuallığını  saxlayıb:  “Burada  iki  səbəb 
göstərmək mümkündür: 1) Bu kibi sözlərdən bəzilərində əski şəkillərində bulunan 
son saitənin təsiri qalmışdır... 2) Bəzilərində isə - i şəkilçisi bir növ cansızlaşaraq, 
damara  yapışmış və bu surətlə söyləyənin zehnində saitə ilə bitən bir damar kimi 
qəbul olunaraq, -sı şəkilçisi qəbul olunmuşdur.” 

4, s.133


Şəxs-xəbərlik  kateqoriyasının  şəkli  əlamətlərinin  qrammatik  mənası  və 
funksiyasında  ikili  xüsusiyyət  var:  bu  şəkilçilər  həm  şəxs  bildirir,  həm  də  əlavə 
olunduqları  sözə  predikativlik  verir.  Görkəmli  alimin  bu  kateqoriyanın  şəkilçiləri 
barədə  dediyi  fikirlər  bu  gün  də  qəbul  olunur.  Lakin  müasir  tədqiqatlardan  fərqli 
olan cəhəti şəkilçilərin variantlılğında özünü göstərir. Belə ki, sözlərin şəxslər üzrə 
təsrifində tədqiqatçı variantlılığı belə verir: 


58 
 
Bən//Mən gözəlim, gözələmBiz gözəliz, gözəlik 
Sən  gözəlsin, gözəlsənSiz gözəlsiniz 
Deməli,  əsrin  əvvələrində  şəxs-xəbərlik  kateqoriyasında  bu  şəkilçilərin 
qrammatik paralelliyi hələ var imiş. Bu kateqoriyanın yaratdığı qrammatik çərçivə 
-  sintaktik  qapanma  məsələsinə  gəlincə  Bəkir  Çobanzadə  göstərir  ki,  “Qazan 
tatarcasında  bu  şəkilçilərin  yerinə  müstəqil  şəxs  zəmirləri  işlədilir:  baba+min
baba+sin, baba+biz, baba+siz ” 

4, s.135


Felə  məxsus  qrammatik  şəkilçilərə  münasibət.  Professor  Bəkir 
Çobanzadənin  fikrincə,  dilimizdə  ən  zəngin  işlənmə  imkanlarına  malik  sözlər 
fellərdir. Fellər istər qrammatik, istərsə də leksik  funksiyası baxımından dilimizin 
ən  aktiv  vahidləridir:  “Fellərinin  dürlülüyü  və  zənginliyi  etibarilə  türk  dili  bütün 
lisançıların  diqqətini  cəlb  edə  bilmişdir.  Əgər  bir  çox  isimlərin  və  sifətlərin  fel 
damarlarından  yapıldığını  nəzər-etibara  alırsaq,  türk  dilinə  ”fel  dili”  demək 
mümükündür” 

4,  s.146

.  O,  felə  məxsus  qrammatik  şəkilçilərin  işlənməsi  və 
funksiyasını əks etdirən praktik materiallar verməklə ətraflı təhlillər aparır. Müəllif 
qeyri-sözdəyişdirici şəkilçilər adlandırdığı  morfemlərin bəzilərini (-maq
2
, -ası
2
, -
ma
2
)  feldən  isim  düzəldən,  digərlərini  (-dıq
4
,  -mış
4
,  -acaq
2
)  bu  nitq  hissəsinə  aid 
həm leksik, həm də qrammatik şəkilçi hesab edir. 
Alim məsdər və feli sifətlərdən fərqli olaraq, dilimizdəki feli bağlamaları  
rabitə felləri adlandırır: “Digər bir qisim şəkilçilər daha  vardır ki, bunlar da fel 
damarlarına  əlavə  olunur  və  bunlardan  dürlü  mənanı  ifadə  edən  şəkillər,  sözlər 
meydana gətirirlər. Bunların birincilərdən (məsdər və feli sifətdən-kursiv bizimdir) 
ayrılığı  birincilər  kimi  zəmir  və  hal  şəkilçiləri  ala  bilməməsidir...  Bizcə  imdilik 
“rabitə” təbirini işlətmək mümkündür” 

4, s.143


Bilirik  ki,  dilimizdə  fellər  təsdiq  və  inkar  formalarda  olur.  Hətta 
dilçiliyimizdə  inkarlıq  bir  kateqoriya  kimi  qeyd  edilir.  Lakin  dilimizdə  inkarlıq 
əlamətini  formalaşdıran  yeganə  qrammatik  şəkilçi  -ma,  -mə  olduğundan  bu  
kateqoriya yalnız felə aid olunur. B.Çobanzadə bunu fellərin müsbət və mənfi hal 
adlandıraraq  yazır:  “...  mənfi  şəkilçisi  doğrudan  doğruya  fel  damarına  yapışır, 
zatən  bir  damarın  fel  damarı  olduğunu  anlamaq  üçün  miqyas  onun  bu  mənfi 
şəkilçisi  qəbul  edib-edməməsidir.  Feldən  başqa  heç  bir  söz  bu  şəkilçini  qəbul 
edəməz ” 

4, s.147


Qeyd  edək  ki,  tədqiqatçının  felin  şəkilləri  barəsində  söylədiyi  fikirlər 
demək olar ki, bu gün də dilçilər tərəfindən eynilə qəbul edilir. Yalnız sadə fellərin 
şəxslər üzrə dəyişməsində bir neçə variantlılığa rast gəlmək olur. III şəxsin təkində 
gələcək  zamanın  inkar  formasındakı  fellərdə  (gəlməyəcək,  qalmayacaq
morfonoloji  hadisəyə  belə  münasibət  bildirir:  “Azəri  ləhcəsində  “gəlmiyəcək, 
qalmıyacaq” şəkilləri daha ziyadə işlənməklə bərabər, biz cədvəldə ahəngə, səslər 
uyuşması  qanununa  daha  uyğun  şəkli  əsas  götürdük”  ” 

4,  s.149

.  Doğrudan  da, 
B.Çobanzadə  dilimizin  qrammatikasını  yazarkən  çalışmışdır  ki,  ədəbi  dilimizin 
normaları zədələnməsin. Bu məsələdə də müəllif dillə ehtiyatla davranmışdır. Belə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə