Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə26/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

 
105 
Qaramanlı Zülfüqar xan - 2 il, Yusif xan - 18 il, Ərəb xan - 8 il, Fərəc 
xan - 3 il, Ərəb xan - 11 il, Xosrov xan - 8 il, Mənuçehr xan -7 il, 
Hacı xan - 3 il, Məhəmmədi xan - 2 il, Nəcəfqulu xan - 7 il, Mehrəli 
xan -13 il, Məkriqulu xan - 2 il, Səid xan - 7 il, Əliqulu xan - 6 il, 
Musa xan ilə Həsənəli xan - 20 il və Hüseyn xan - 2 il Şirvanda bəy-
lərbəyi olmuşlar. 
Hicri 1124-cü (=1712) ildə müskürlü Hacı Davud, Üsminin və 
Surxayın köməyilə Quba hakimini tələf edib, Şamaxını aldı  və 
qüdrətli bir hökmran oldu. Sonra, hicri 1138-ci (=1725) ildən Nadir 
şahın gəlməsinə qədər, Şamaxı 9 il Surxay xanın ixtiyarında qaldı. 
Şirvan alındıqdan sonra, Məhəmmədqulu xan Səidli və Əliqulu xan 
Şirvana hakim təyin olundular. 
Nadir  şah tac qoyduqdan sonra, qardaşı  İbrahim xan üç il, 
Qaplanguhdan Dağıstanın son sərhəddinə  qədər idarə edirdi. 
Xorasanlı Mehdi xan isə,  Şirvana  əmirülüməra təyin edilmişdi. 
Mehdi xanın öldürülmüsindən sonra, Sərdar xan Qırxlı 5 il və 
Heydər xan Əfşar 1 il Şirvanda əmirülüməra oldular. 
Hicri 1157-ci (=1743) ildə, Sam mirzə  və  Məhəmməd xan 
Surxay xan oğlu Şirvanın asayişini pozub, az bir müddət hökmran 
oldular, Azərbaycan sərdarı  Aşur xan və  Fətəli xan Əfşar onları 
ölkədən çıxardılar. Lakin Nadir dövrünün son günləri tamamilə 
iğtişaş zamanı olduğundan,  Şirvanın işləri də intizam tapmadı. 
Nadir şah vəfat etdikdən sonra, Şirvanın hər bir vilayətində ayrı və 
müstəqil xanlıqlar  əmələ  gəldi. Onlar Şirvan,  Şəki, Bakı, Quba və 
Dərbənd xanlıqlarından ibarət idi. Lakin Dərbənd xanlığı tezliklə 
Quba xanlığı ilə birləşdi, yerdə qalan dörd xanlıq da müxtəlif 
zamanlarda rus dövlətinin təsərrüfünə keçdi. 
 
106
DÖRDÜNCÜ FƏSİL 
 
SƏFƏVİLƏR DÖVLƏTİNİN ZÜHURUNDAN  
NADİR ŞAHIN VƏFATINA QƏDƏR 
 
«Aləmara»
1
, «Həbibüssiyər» və sair bir çox tarixi mənbələrə 
görə, Səfəviyyə sultanları  Şeyx Səfiyyəddin  İshaqın nəslindən 
olduqları üçün bu ləqəblə adlanmışlar.  Şeyx Səfiyyəddin, ata-
babadan böyük və məşhur seyidlərdən və hörmətli şeyxlərdən biri 
olmuşdur. Onun Ərdəbildəki ali türbəsi, indi də xalqın ziyarət-
gahıdır. Nəsəbi 21-ci arxada, yeddinci imam Museyi-Kazimə çatır. 
Şeyx Səfiyyəddindən sonra, oğlu Şeyx Sədrəddin Musa, ondan 
sonra oğlu Xacə  Əli, ondan sonra Şeyxşah adı ilə  məşhur oğlu 
İbrahim və ondan sonra da oğlu  Şeyx Cüneyd zahiri və batini 
dövləti (hakimiyyəti) öz şəxslərində toplamışdılar. Hər tərəfdən 
çoxlu mürid onların asitanəsinə üz qoyub irşad gözləyirdi.  Şeyx 
Cüneydin cah-cəlalı və müridlərinin sayı gündən-günə artırdı. 
O zaman İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycan padişahı olan 
türkmən qaraqoyunlu Cahanşah, dövlətinin zəvalından qorxuya 
düşüb, Şeyx Cüneyd haqqında bədgüman oldu. Ancaq, bədnamlıq 
qorxusundan, ədavətini izhar edə bilmirdi. Axırda bəzən kinayə və 
bəzən də açıqdan-açığa onun bir tərəfə getməsini arzu etdi. Şeyx 
Cüneyd də öz tərəfdarları ilə Diyarbəkirə getdi. Diyarbəkir vilayə-
tinin yarısına hakim olmuş və Uzun Həsən ləqəbilə şöhrət tapmış 
olan türkmən ağqoyunlu Həsən bəy Cahanşaha itaət etmirdi. O öz 
bacısı  Xədicə  bəyimi  Şeyx Cüneydə verdi. Bir zaman keçdikdən 
sonra Şeyx Cüneyd yenə Ərdəbilə qayıtdı. Bu zaman Cahanşah onu 
dəf etmək xəyalına düşdü. Şeyx Cüneyd də öz müridlərinin sayını 
artırıb səltənət iddiasına başladı. Çərkəzlərə qarşı müharibə etmək 
                                                 
1
 «Aləmara» - tam adı: «Tarixi-aləmarayi-Abbasi»dir. I Şah Abbasının münşisi 
İskəndər bəyin  əsəridir. O, bu kitabında səfəvi dövlətinın mükəmməl bir tarixini 
yazmışdır. İskəndər bəy özü Azərbaycan tərəkəmələrindən olub, təqribən hicri 968-
ci (-1560) ildə anadan olmuşdur. 


 
107 
fikrilə 10000 nəfər toplayıb Şirvan tərəfinə hərəkət etdi. «Fütuhati-
Əmini» kitabında deyilir ki, o, Şirvanı almağa getmişdi. Necə olur-
sa-olsun,  şirvanşah Sultan Xəlil Təbərsəran  əhalisinin təhrikilə, 
onun çərkəz tərəfinə getməsinə mane oldu və qoşun toplayıb dö-
yüşə  çıxdı.  Şeyx Cüneyd müharibədə öldürüldü. Səfəviyyə xanə-
danının təbərsəranlı tərəfdarlarından bir dəstə camaat, onun nəşini 
Samur çayının sol tərəfində, Qıpçah kəndinin yaxınlığında olan 
müharibə meydanından çıxarıb Quba və Qülhan nahiyəsini Quryan 
(indiki Həzrə) kəndində basdırdılar. Öldürüldüyü yerdə indi də 
nişangahı vardır. 
Bu hadisə hicri 851-ci (=1447) ildə vaqe olmuşdur. Yüz il ke-
çəndən sonra, I Şah Təhmasib Səfəvi, onun qəbri üzərində ali bir 
türbə tikdirmişdir. Asarı indi də mövcud olub, yerli əhalinin ziyarət-
gahıdır. Həsən bəyin bacısı  oğlu  Şeyx Heydər atasının canişini 
oldu. Həsən bəy padişahlıq məqamına çatınca, öz qızı Həlimə bəyi-
mi  Şeyx Heydərə verdi, onun şövkət və iqtidarını daha da artırdı. 
Bundan sonra Şeyx Heydər, guya ona yuxuda əmr olunubdur deyə, 
o zaman mütəarif olan türkmən taqiyəsi  əvəzinə, başına qırmızı 
şaldan on iki tərkli (dilimli)... bir taç qoydu. Müridləri də ona tabe 
olaraq bu papaqla başqalarından seçildilər, o zamandan qızılbaş 
adı ilə məşhur oldular. 
Həsən padişah öləndən sonra, oğlu Sultan Xəlil və bundan 
sonra da Sultan Yaqub padişahlıq etdi. Şeyx Heydər, dayısı  oğlu 
Sultan Yaqubun ona qarşı olan rəftarını yaxşı görmədi. Hicri 893-cü 
(=1488) ildə çərkəzlərə qarşı cəhada başlamaq üçün Şəki yolu ilə 
Dərbəndə getdi. Dərbənd əhalisi onun qoşununa hücum etdi, o da 
Dərbəndin fəthini qərara aldı. Mühasirə edilmiş qala əhalisinin 
vəziyyəti çətinləşdi. Şeyx Heydəri dəf etməyə iqtidarı olmayan şir-
vanşah Fərrux Yəsar, damadı Sultan Yaqubun yanına bir-birinin 
ardınca elçilər göndərib kömək istəyirdi. O deyirdi ki, əgər  Şeyx 
Heydər Şirvanı istila etsə, türkmən dövlətinin də məhv olmaq qor-
xusu vardır. Sultan Yaqub, şirvanşahın köməyinə Bicən oğlu Süley-
man bəyin komandası altında 4000 seçmə əsgər göndərdi. O da öz 
 
108
qoşununu toplayıb,  Şeyx Heydərin ardınca getdi. Dərbənd qalası 
alınmaq üzrə ikən, onların yetişmək xəbəri Şeyx Heydərə çatdı. O, 
qalanın yanında onları qarşılamağa getdi və Təbərsəran hüdudun-
da iki qoşun üz-üzə gəldi. Şiddətli müharibə oldu və bu müharibə-
də hər iki tərəfdən bir çox adam tələf oldu, Şeyx Heydər özü də ox 
yarasından öldü. 
«Fütuhati-Əmini»də  deyilir:  bu  xəbərlərin  əsli,  Şeyx Heydər 
oğlu Şah İsmayılın buyruğu ilə, bu müharibədə iştirak edən Həsən 
bəy lələ və Fərrux ağa kimi şəxslərdən öyrənilmişdir. Şeyx Heydərin 
nəşini, müridləri Təbərsəranda dəfn etdilər. Bu hadisədən 22 il 
keçdikdən sonra hicri 915-ci (=1510) ildə,  Şah  İsmayıl ikinci dəfə 
Şirvana gəldiyi zaman onun nəşini  Ərdəbilə apardı. Müəllif deyir: 
onun qəbri Təbərsəranın Ətək mahalında, Rubas çayının sol kəna-
rındadır. Bu qəbr, Tənit kəndinin bir ağaclığında olub, üzərindəki 
günbəz indi də yerli əhalinin ziyarətgahıdır. 
Şeyx Heydərin vəfatından sonra, onun böyük oğlu Sultan Əli, 
Ərdəbildə  İrşad məsnədinə (təriqət başçılığına) keçib, hökmranlıq 
üçün hazırlanmağa başladı. Bu xanədanın müridləri,  əqidələrini 
aşkara çıxarıb, beyəti təzələyirdilər. Sultan Yaqub onu, qardaşları 
və anası ilə  bərabər  İstəxri-Fars qalasına göndərib, həbs etdirdi. 
Sultan Əlinin anası Sultan Yaqubun bacısı idi. Onlar dörd il yarım 
orada qaldılar. Rüstəm mirzə, yuxarıda göstərildiyi kimi, vaxtın 
təqazasına görə, onları  Təbrizə  gətirdi. Baysunqar mirzə öldürül-
dükdən sonra, Sultan Əlini izzət və ehtiramla Ərdəbilə göndərdi. 
Bir neçə vaxtdan sonra, Rüstəm mirzə sufi firqəsinin toplanmasını 
və müridlərin artmasını görərək Sultan Əlidən şübhəyə düşdü. Onu 
yenə qardaşları ilə  bərabər Təbrizə  gətirdi və üzərində gözətçilər 
qoydu. 
Müridlərin gizli və aşkar olaraq gediş-gəlişi davam etdiyindən, 
Rüstəm mirzə onu dəf etmək fikrinə düşdü. Sultan Əli, qardaşları 
və 700 nəfər müridləri ilə  bərabər,  Ərdəbilə doğru hərəkət etdi. 
4000 əsgər ilə onu təqib etməyə məmur edilən Əbih sultan, Ərdə-
bilin şimal tərəfində ona çatdı. Dava qızışdı və Sultan Əli öldürüldü. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə