Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə29/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

 
117 
Qoşun əhlindən bəzisi onun başına toplanıb, meşə və cəngəlliklər 
arasında müharibəyə hazırlandılar.  İsmayıl mirzə  və Göycə sultan 
çoxlu qoşunla onu dəf etməyə getdilər. Çarxçılar ilə Bürhan mirzə-
nin adamları arasında şiddətli müharibə oldu. Şahzadənin ordusu 
yetişincə,  Şirvan qoşunu basıldı  və onlardan bir çoxu öldürüldü. 
Bürhan mirzə Dağıstana qaçdı. 
Əlqas mirzə Ruma gedib Sultan Süleymanı İran səfərinə tərğib 
etdi. O, üçüncü dəfə hicri 955-ci (=1548) ildə saysız qoşun, top-
xana və bir çox təchizatla İran üzərinə hərəkət etdi. Şah Təhmasib 
tam bir hazırlıqla qarşıya çıxdı.  İsmayıl mirzə  və Göycə sultan da, 
onun əmrinə görə, Şirvan qoşunu ilə bərabər bu müharibədə iştirak 
edirdilər. Xülasə, bir çox müharibələrdən sonra, Sultan Süleyman 
Ruma qayıtdı. Əlqas mirzə də İraqa və Farsa gedib iğtişaş qaldır-
mağa başladı. Buradan da Bağdada gəldi. Axırda tutulub, qardaşı-
nın hökmü ilə Qəhqəhə qalasında dustaq oldu. Ömrünün axırların-
da Məşhədi-müqəddəsə gedib orada vəfat etdi. Gözəl təbi vardı... 
İsmayıl mirzə  və Göycə sultan Şirvandan uzaqlaşınca Bürhan 
mirzə vilayəti boş görüb Şamaxıya gəldi və hökumət bayrağını 
qaldırdıqdan bir neçə gün sonra vəfat etdi. 
Hicri 956-cı (=1549) ildə Şirvan hökuməti Şah İsmayılın bacısı 
oğlu və damadı Abdulla xan Ustacallı ibni-Xan Məhəmmədə tapşı-
rıldı.  Şirvanlılar Bürhan mirzəyə bir neçə gün itaət etdiklərindən, 
Abdulla xandan qorxuya düşdülər və ittifaq edib Bürhan mirzənin 
qohumlarından Mihrab adlı bir nəfəri özlərinə hökmran seçdilər. 
Abdulla xan onları  dəf etməyə getdi. Şirvanlılar məğlub edildi və 
bir çoxları öldürüldü. Mihrab mirzə də qaçdı və başına nə gəldiyi 
məlum olmadı. 
Şirvanlılar ikinci dəfə yenə iğtişaşa başladılar: Mihrab mirzənin 
qohumlarından Qurbanəli adlı bir nəfəri hökmdar seçib, Xəzər 
dənizi adalarından birinə sığındılar. Abdulla xan nəsihət yolu ilə nə 
qədər məktub yazdısa da, bir fayda vermədi. Axırda onların üzərinə 
yeridi. Qızılbaş qoşunu suyun ortasında (adada) müharibə atəşini 
alovlandırdı, adanı alıb Qurbanəli mirzəni, o tayfadan bir çoxları ilə 
 
118
bərabər qətlə yetirdi. Çoxlu mal ələ keçirdilər. Bu hadisədən sonra 
bir neçə il asayişlə keçdi. 
Şah Təhmasibin bu ölkədəki fütuhatından biri də  Şəkinin 
alınması idi. Bu hadisənin təfsilatı belədir: Şirvanşahlar xanədanına 
mənsub və ata-babadan Şəki hakimi olan Hüseyn bəy, gürcülərin 
təcavüzündən Şah İsmayıla pənah aparıb, həmişə ondan iltifat və 
köməklik görürdü. Şah İsmayıl vəfat edən ili, Kaxet hakimi Ləvənd 
xan  Şəkinin üzərinə  gəldi. Hüseyn bəy müharibədə öldürüldü. 
Şəkinin böyükləri, onun oğlu Dərviş Məhəmməd xanı hakim seçdi-
lər. O, atasının ziddinə olaraq İran dövləti ilə  çəkişməyə başladı. 
Yuxarıda söyləndiyi kimi, Şahrux mirzənin müharibəsində  qızılbaş 
qoşununa şəbxun etdi. Buna görə, Şah Təhmasib özü hicri 958-ci 
(=1551) ildə  Şəki ölkəsini almaq məqsədilə  hərəkət etdi. Kaxet 
valisi gürcü Ləvənd xan itaət izhar edib, əmrə tabe olmaq məqsə-
dilə  Ərəş  qəsəbəsində hüzurə  gəldi və  şahın nəvazişlərinə nail 
oldu. Şah tərəfindən Dərviş  Məhəmməd xanın adına lütf və  mər-
həmət müjdəsi verən bir fərman sadir oldu. Lakin, o, yerinin 
möhkəmliyinə arxalanaraq, inad göstərməyə başladı. Şəki böyüklə-
rindən bəzisi Kiş qalasına, Dərviş  Məhəmməd xan özü isə, çox 
möhkəm və uca olan Gələsən-Görəsən qalasına çəkildi. Bir dəstə 
də Əlbürz dağının ətəyində möhkəm bir yeri özlərinə sığınaq edib 
vuruşa hazır oldular. Qorçibaşı Sevindik bəy, Bədir xan və Şahqulu 
Sultan Ustacallı, bir dəstə qoşunla Kiş qalasını almağa, Kaxet valisi 
Ləvənd xan və Şirvan hakimi Abdulla xan Gələsən-Görəsən qalası 
üzərinə, Möhürdar Şahqulu xəlifə də başqa bir dəstə ilə dağ ətə-
yindəki sığınağı almağa təyin edildilər. Əmirlər mühasirə və qalanı 
almaq işlərilə məşğul olub, topların zərbilə hasar və qalanın burc-
larını dağıtdılar. Bu halı görən Kiş qalabəyisi, qılınc və  kəfən ilə 
şahın dərgahına gəldi, qalanın açarlarını təslim edərək, təltif edildi. 
Hökm və fərmana görə, qalanı dağıdıb hasar və burclarını yer ilə 
yeksan etdilər. Bundan sonra, şahın ordusu dağ ətəyindəki sığınaq 
tərəfinə  hərəkət etdi. Buranın sakinləri də  şahın  əzəmətindən 
qorxuya düşüb  əfv və aman istədilər. Dərviş  Məhəmməd xan öz 


 
119 
əməlindən peşman olub, bir gecə  Gələsən-Görəsən qalasından 
çıxıb qaçdı. İşin tərsliyindən onun yolu Ləvənd xan və Abdulla xan 
ordusunun yanından düşdü. Bu qoşundan bir dəstə  Dərviş  Mə-
həmməd xanı  təqib edərək ona yetişdi. O, yanında olan 400 
nəfərlə müdafiəyə başladı. Adamlarının hamısı öldürüldü. Dərviş 
Məhəmməd xan özü, Çərəndab sultan Şamlının mülazimi Kosa 
Pirqulu ilə əlbəyaxa oldu. Kosa qalib gələrək, onun rəyasət havası 
ilə dolu olan başını öz padişahının ayağı altına, torpaq üzərinə atdı. 
Şəki ölkəsi tamamilə,  şahın qüvvət və qüdrət sahibi olan dövlət 
başçılarının hakimiyyəti altına keçdi. 
Hicri 961-ci (=1554) ildə Sultan Süleyman dördüncü dəfə 
olaraq Azərbaycana qoşun çəkdi. Şirvan hakimləri nəslindən, onun 
dərgahına pənah gətirmiş olan Qasım mirzəni, Krımın Kəfə (Feodo-
siya) yolundan qoşunla  Şirvana göndərdi. Qasım mirzə  Dərbəndi 
keçəndən sonra, şirvanlılar yenə Abdulla xandan üz çevirib onun 
başına toplandılar. Abdulla xan qızılbaş qoşunu ilə onları  dəf 
etməyə getdi. Çətin keçidli Təngə adlı bir yerdə iki qoşun qarşılaş-
dı. Abdulla xan məğlub olaraq Şamaxıya qayıtdı. Qasım mirzə Bey-
qurd qalasına gəlib, müharibə  tədarükü görməyə başladı. 10000 
nəfər rumlu və  şirvanlı ilə Abdulla xanın üzərinə yeridi. Qızılbaş 
ağsaqqalları, öz azlıqlarından və düşmənin çoxluğundan qorxuya 
düşüb, xüsusunda tərəddüddə idilər. Lakin Abdulla xan başında 
olan iki min nəfərlə, müharibəyə qərar verib, Gülüstan qalası yaxın-
lığında düşmənlə üz-üzə  gəldi. Müharibə atəşi bütün gün alov-
landı. Axşam çağı  Şirvan qoşunu basıldı. Onların çoxu öldürüldü
yerdə qalanları isə, Təbərsəran tərəfinə qaçdılar. Məlum olmadı ki, 
Qasım mirzənin başına nə gəldi. Abdulla xan o ölkədə əzəmət və 
iqtidar bayrağını daha da ucaltdı. O, müxalifətdə olanlara daha 
cəza vermirdi, rəiyyətlərə mehribanlıq və iltifat göstərirdi. Kimsənin 
qüdrəti yoxdu ki, ona qarşı müxalifət göstərsin. Dövlət işlərini 
intizama salmaqdan əlavə, ticarət işlərini də genişləndirmək üçün 
artıq dərəcədə çalışırdı.  Şamaxıda ingilis ticarətxanası onun 
himayəsi altında təsis edilmişdi. Hicri 969-cu (=1561) ildə, ingilis 
 
120
Cenkinson bu ölkədən Avropaya qayıtdığı zaman, Abdulla xan 
onunla bərabər, bəzi işlərdən ötrü, rus padişahı  İvan Vasilyeviç 
(Qroznının) hüzuruna elçi göndərmişdi. 17 il davam edən hökm-
ranlıqdan sonra, hicri 973-cü (=1566) ildə, vəfat etdi. Sonra Şirvan 
əyaləti rumlu Aras xana tapşırıldı və bir neçə müddət onun əlində 
qaldı. 
Şah Təhmasib 54 il səltənət sürdükdən sonra hicri 984-cü 
(=1576) ildə vəfat etdi. O, ədalətli və çox iqtidarlı bir padişah idi. 
Şah Təhmasib cavanlığında bəzi əyləncə və qanunsuz işlərlə məş-
ğul olmuşsa da, lakin rəiyyət və ordu işlərini nizama salmaq xüsu-
sunda heç bir şey əsirgəməmişdir. Gözəl bir təbi-şerə və səliqəyə 
malik idi. Əbcəd hesabilə  «
 - qəti surətdə tövbə et-
dim» tərkibi onun tövbəsi tarixidir... 
Şah Təhmasibdən sonra, oğlu II Şah İsmayıl taxta oturdu. Bir 
ilə yaxın hökumət işlərilə məşğul oldu. Ata-babasının qanunlarına 
zidd olaraq, dövlət və millət işlərini yeni əsaslar üzrə qurmaq 
istəyirdi... 
II Şah İsmayıl... çox qan tökən və qohum-qardaş gözləməyən 
bir şəxs idi. Buna görə, həyat və hökmranlığından bir xeyir görmə-
yib, zəhərlənərək vəfat etmişdir... 
Onlardan sonra böyük qardaşı Sultan Məhəmməd Xudabəndə 
taxta oturdu. Aras xan, keçmişdə olduğu kimi, Şirvan vilayətində öz 
vəzifəsində qaldı. Təkəli Bardoğdu xəlifəyə, Şamlı və sair tayfaların 
əmirlərindən bir neçəsinə  Şirvanda torpaq verildi. Vali Ləvənd 
xanın oğlu  İsa xan, Şah  İsmayılın oğlu Sam mirzənin qızını alıb, 
Şəkiyə hakim təyin olundu. Sultan Məhəmməd Xudabəndə dünya 
işlərindən bixəbər və xudapərəst idi. İradəsinin üstünlüyü və he-
sabsız  ənamlar verməsi üzündən xəzinə boşalmışdı. Qadınlar da 
hökumət işlərinə müdaxilə edirdilər. Əmirlər və oymaqlar arasında 
ikitirəlik düşmüşdü. Bunların nəticəsində dövlətin bünövrəsinə  və 
onun istiqlaliyyətinə rəxnə düşdü. Dostlar məəttəl qalıb, düşmənlər 
isə cəsarətlə mübarizəyə girişdilər. O cümlədən Şirvan əhalisi iğti-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə