Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə27/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

 
109 
Sufilərin başçıları, altı yaşlı qardaşı  İsmayıl mirzəni o biri qardaşı 
İbrahim mirzə ilə bərabər, gizli olaraq, Ərdəbilə gətirdilər, 40 gün-
dən sonra da Gilana apardılar.                        tərkibi, əbcəd hesa-
bilə İsmayıl mirzənin anadan olması tarixidir. Bu hadisə, hicri 898-ci 
(=1493) ildə üz vermişdir. 
Nə  qədər ki, türkmən təbəqələri arasına ikitirəlik düşməyib, 
istiqlaliyyətləri ixtilala üz tutmamışdı, Gilan hakimi mirzə Əli Karkiya 
onlara qarşı lazımi məhəbbət göstərirdi.  İsmayıl mirzə hicri 906-cı 
(=1501) ildə xüruc edərək, Rum ilə Şam sufi və müridlərindən 1500 
nəfərlə Ərdəbilə gəldi. Qoşunu az olduğundan, müharibəni məslə-
hət görməyib Talışa getdi. Qış qurtarandan sonra yenə  Ərdəbilə 
gəlib Qarabağa hərəkət etdi. Oradan da şahanə bir cah-cəlal və 
başına toplanan külli qoşunla, Şirvana yola düşdü. 
Fərrux Yasər 20000 atlı və neçə min piyada qoşunla «Gülüstan 
qalası» yaxınlığında Cəbəlani yaylağında onunla hərb etdi. Gülüs-
tan qalasının xarabası Şamaxı şəhərinin yuxarısında, bir dağ üzərin-
də «Qız qalası» adı ilə  məşhurdur. O buradakı döyüşdə  məğlub 
olub, böyüklərindən bir çoxu ilə  bərabər öldürüldü. Şirvanşahın 
igid oğlu İbrahim Şeyxşah, gəmiyə minib Gilana getdi. Şah İsmayı-
lın səltənət təbili bu ölkədə çalındı. Qışı  Şirvanın Mahmudabad 
şəhərində keçirdi. Qalaları və şəhərləri bütün xəzinələri ilə bərabər 
onun əlinə keçdi. Lakin bəzi qalaların əhalisi təslim olmaq istəmir-
dilər. I Şah İsmayıl, bir tərəfdən çox dərin xəndək, üç tərəfdən isə 
dəniz ilə əhatə olunmuş Bakı qalasını azacıq müdafiə və müqavi-
mətdən sonra fəth etdi. Bu qalanı Nuşirəvan bina etmişdi.  Şirvan 
padişahları da ona çox möhkəm bir burc çəkmişdilər. Bundan son-
ra, məşhur qalalardan hesab edilən və Şirvan əmirləri ilə əhalidən 
bəzisinin sığınağı olan Gülüstan qalasını mühasirəyə aldı. Bu za-
man xəbər yetişdi ki, Əmirzadə Əlvənd türkmən əsgərləri ilə Naxçı-
vana gəlib, qoşunu hər iki tərəfdən onunla vuruşa hazırlamışdır. 
Şah  İsmayıl buradan Azərbaycana yola düşdü.  Əmirzadə  Əlvənd, 
Muslu Əmir Osmanı bir dəstə qoşunla göndərdi. Şah İsmayıl da öz 
qoşunlarından bir dəstəni onun qarşısına göndərdi.  Şiddətli 
 
110
müharibədən sonra türkmən qoşunu məğlub oldu. Əmir Osman, 
bir dəstə böyük adamlarla əsir düşüb öldürüldü. Əmirzadə Əlvən-
din özü 30000 əsgərlə onun qabağına yeridi. Hicri 907-ci (=1502) 
ildə, Naxçıvanın Şərur adlı yerində, Şah İsmayıl 7000 qızılbaş qoşu-
nu ilə onu məğlub edib, böyük adamlardan və qoşun əhlindən bir 
çoxunu öldürdü. Külli qənimət ələ keçdi. Əmirzadə Əlvənd Ərzən-
cana qaçdı. Şah İsmayıl Təbrizə gəlib səltənət taxtına oturdu. Hə-
mədan ətrafında Sultan Muradı da məğlub etdi. 
Sultan Murad məğlub olduqdan sonra, bir müddət Bağdadda 
qaldı. Buradan damadı Əlaüddövlə Zülqədərə pənah apardı. Onun 
vasitəsilə öz məqsədinə çatmaq istədi. Hicri 912-ci (=1507) ildə 
Zülqədərin qoşunu ilə  gəlib Diyarbəkirin qala və  şəhərlərindən 
bəzisini aldı. Sonrakı il Şah İsmayıl çoxlu qoşunla onu dəf etməyə 
getdi. Müharibə alovu iki gün şiddətlə  şölələndi, üçüncü gün 
Sultan Murad məğlub olub yenə Əlaüddövlənin yanına getdi. 
Şah  İsmayıl bir-birinin ardınca Diyarbəkir,  İraqi-Ərəb,  İraqi-
Əcəm, Fars, Xorasan və Mavəraünnəhrin bəzi yerlərini fəth edib, 
yenə də Təbrizə qayıtdı. 
Bu zaman xəbər çatdı ki, Şeyxşah Şirvanı ələ keçirib istiqlaliy-
yətdən dəm vurur və xərac verməkdən də boyun qaçırır. Bu xəbər 
şahın qəzəbini alovlandırdı. Qışın şiddətli soyuq bir çağında, hicri 
915-ci (=1510) ildə,  Şirvana hərəkət etdi. Şeyxşah müqavimət 
göstərə bilməyib Beyqurd qalasına qaçdı. Bu qala Şamaxının üç 
ağac şimalında, çətin keçidli bir yerdə olub xarabaları indi də möv-
cuddur. 
 


 
111 
A.Bakıxanov kitabxanasına məxsus “Gülüstani-İrəm”in 
əlyazmasından bir səhifə
 
112
Bu qalanın yanında həmin adla böyük bir kənd də vardır. 
Şah  İsmayıl  Şirvana gəlib Lələ  bəyi  Şamaxıda  Şirvan hakimi 
təyin etdi və özü də bu vilayətin qala və  şəhərlərini almaqla 
məşğul oldu. Bakı  və  Şabran qalasının mühafizləri təslim oldular. 
Dərbəndlilər qalanın möhkəmliyinə arxalanaraq bir neçə gün mü-
qavimət göstərdilərsə  də, axırda təslim oldular. Şah  İsmayıl, yeni 
hökumətə dayaq olmaq və onu möhkəm saxlamaq üçün İraqda 
yaşayan Bayat türklərindən bir dəstəni siyahi üzrə köçürüb Dər-
bənd və Şabranda yerləşdirdi. Özü də həmin qışda Qarabağa gəldi, 
baharda Sultaniyyəyə getdi. 
Sultan Səlim, hicri 920-ci (=1515) ildə,  İran ilə müharibəyə 
gəlib Çaldıran səhrasında Şah İsmayıla qalib gəldi və Təbrizi aldı. O 
burada doqquz gün qaldıqdan sonra Ruma qayıtdı. Qürurunun 
çoxluğundan,  Əlaüddövlə bu iki padişahdan heç birini (Sultan 
Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə Sultan Səlim 
Fərhad paşanı onu cəzalandırmağa məmur etdi. Əlaüddövlə tayfa-
sından bəzisi Ruma dağıldı və bir parçası da sonralar Zülqədər oğ-
lu adı ilə  məşhur olan nəvəsi ilə Azərbaycana gəldi.  Şəmsəddinli 
mahalı bunlardandır. Bir çoxları da Car, Tala və Dağıstanla qonşu 
olan yerlərə dağıldılar. Ləzgilər «  - z» hərfini «  -b» hərfi ilə dəyi-
şərək, bunlara indi də Bülqədər deyirlər. 
Bu tayfa Hülaku xanın Türküstandan köçürüb Şirazda 
yerləşdirdiyi türkmənlərdəndir. Bunlar orada Diyarbəkirə və Mosu-
la gələrək cəlal və iqtidar sahibi olduqdan sonra, qonşu vilayətlərə 
təcavüz edirdilər. Bunlardan on nəfəri, yüz otuz səkkiz il o ölkədə 
hökmranlıq etmişlər. Bunların sonuncusu olan Əlaüddövlə, bir 
dərəcəyə çatdı ki, bir-birilə vuruşmaqda olan Misir və Şam valilə-
rinin hər ikisi onun köməyinə möhtac oldu. Buna görə o deyərmiş: 
«Mənim iki toyuğum var, bunlardan bir qızıl, digəri isə gümüş 
yumurtlayır». 
Hicri 929-cu (=1523) ildə,  Şah  İsmayıl Azərbaycanda olduğu 
zaman,  Şirvan hakimi Şeyxşah ona itaət edərək çoxlu hədiyyə ilə 
hüzuruna gəldi.  Şirvanşahlar xanədanına mənsub bir şahzadə 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə