Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə28/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

 
113 
xanımı da Şah  İsmayılın hərəmxanasına göndərdi. Bu kimi yaxşı 
xidmətlərinə görə, Şirvan vilayətləri yenidən ona tapşırıldı. 
Sonrakı il, hicri 930-cu (=1524) ilin əvvəllərində, yayın axırla-
rında Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran 
və qəhrəmanlıqda düşməni yaxan, od məzaclı bir sultan idi. Qur-
muş olduğu səltənətin mühüm işlərilə məşğul olmasına baxmaya-
raq, Şah İsmayıl alimlərlə müsahib olub şeir söyləməyə də maildir. 
Şah Xətai təxəllüsü ilə yazmış olduğu gözəl  şeirlər indi də xalq 
arasında məşhurdur. Bu aşağıdakı beyt onun şeirlərindəndir: 
Bisütun dağı zar-zar ağlamağımı eşidincə, yerindən oynadı, 
Fəryad edib dedi: indi artıq başqa bir Fərhad meydana gəlmişdir. 
Ondan sonra, oğlu I Şah Təhmasib padişahlıq taxtına oturdu. 
Çox keçmədi  Şeyxşah da vəfat etdi. Oğlu II Sultan Xəlil  Şirvan 
əyalətində müstəqil oldu. O, Şah Təhmasiblə qohum olmaq şərəfi-
nə nail oldu. 
Padişahlardan üz çevirib İranla müharibə  qızışdıran Təkəli 
Ülamə sultanın təhrikilə, hicri 940-cı (=1533) ildə, Sultan Süleyman 
ibni-Sultan Səlim Xandigar saysız qoşunla Azərbaycana gəldi. Şah 
Təhmasib üz-üzə  hərb etməyi məsləhət görməyib düşmənin işini 
azuqə,  ələf qıtlığı  və  qışın  şiddətilə bitirmək istədi. Sultan Süley-
man çox çətinliklə Sultaniyyəyə və oradan da Bağdada getdi. O şə-
həri aldıqdan bir il sonra, Azərbaycana qayıdıb Təbrizi tutdu. Lakin 
dövlət işlərinin qarışıqlığı və əsgəri qüvvənin nizamsızlığı üzündən 
Ruma qayıtmağa məcbur oldu. 
Gilan tarixini yazan Əbdülfəttah Fumeni deyir: Sultan Süley-
man Xoy və Səlmasa gəldiyi zaman, Gilan hakimi və Şah Təhmasi-
bin damadı  Əmir Dubac-Müzəffər sultan onun tərəfinə keçərək, 
8000 nəfərlə hüzuruna getdi. Geri qayıtdığı zaman öz nemətilə 
bəslənən Gühdüm hakimi Əmir Hatəm onun üzərinə basqın 
edərək, onu məğlub və ordusunu talan etdi. Bu hadisədən sonra, 
Gilan əhalisi də ondan üz çevirdi. O da əlacsız olaraq gəmiyə minib 
Şirvana getdi. Şamaxıya çatandan sonra məlum oldu ki, Dərbənd 
hakimi və şahın başqa bir damadı olan Müzəffər sultan vəfat etmiş 
 
114
və arvadı dul qalmışdır. Şah Təhmasibin bir bacısı da Əmir Dubacın 
arvadı olub, vəfat etmişdi. O, Şah Təhmasibin bu bacısını o biri 
bacısının yerinə almaq istədi. O bununla möhkəm Dərbənd 
qalasını  ələ keçirmək və özünə  sığınaq etmək ümidində idi. Yola 
düşüb Dərbənddə ölən hakimin mənzilinə getdi. Bir neçə gün 
orada qalandan sonra mətləbini izhar eləyib bu xüsusda israr etdi. 
Şahzadə xanım gizli olaraq, Təbrizə qardaşının yanına bir adam 
göndərib macəranı ona bildirdi. 
Şah Təhmasib Muğan və Arasbar hakimi şamlı Bayəzid sultana 
qəti hökm verdi. O da tam sürətlə gedib Müzəffər sultanı tutdu. 
Başına taxta papaq qoyaraq, cürbəcür təhqir və istehza ilə Təbrizə 
gətirdi. Təbrizdə əyninə içi barıtla doldurulmuş bir don geydirdilər, 
dəmir bir qəfəs içərisində Rəşidiyyə minarəsinə çıxardıb gülləbaran 
etdilər. 
Hicri 942-ci (=1535) ildə Sultan Xəlil sonsuz olaraq vəfat etdi. 
Şirvan əmirləri, onun qardaşı oğlu Şahrux ibni-Sultan Fərrux ibni-
Şeyxşahı, uşaq ikən taxta oturtdular. Bu sülalənin dövlət qanunları, 
əmirlərin özbaşınalığı üzündən gücdən düşüb, hərc-mərclik əmələ 
gəldi. Bu zaman bir dərviş, Sultan Məhəmməd ibni-Şeyxşah iddiası 
ilə külli qoşun toplayaraq Səlyanı tutdu. Şahruxun yaxın adamları, 
əmirlərin qanunsuzluğu və  əsgərlərin intizamsızlığı üzündən, onu 
dəf etməyə müqtədir olmayıb Beyqurd qalasına qaçdılar. Dərviş 
şirvanşahlar paytaxtı  Şamaxı  şəhərinə  gəldi. Dərvişin başına yığı-
lanlar da başı pozuq olub, yanında ağıllı və iş bilən adam olmadı-
ğından, ehtiyatsızlıq edərək, səbəbsiz,  Şamaxını buraxıb Səlyana 
qayıtdı. Beyqurd qalasında olan Şirvan böyükləri onun getməsin-
dən xəbər tutub, Şahrux mirzənin ordusu ilə onu təqib etdilər. 
Səlyan ətrafında onu tapıb hərbə başladılar. 
Dərviş  məğlub olub şirvanlıların  əlinə keçdi. Şeyx Padar onu 
öldürdü. Lakin Şirvan əmirləri, həddindən artıq nizamsızlığa, xalqın 
malına və namusuna təcavüz etməyə başladılar. Şahrux uşaq oldu-
ğu üçün, onlara mane ola bilmədi. Qorçibaşı Padar, qoşun və rəiy-
yətin bir qismi əmirlərin zülmündən  Şah Təhmasibin hüzuruna 


 
115 
şikayət etdilər. O, hicri 945-ci (=1538) ildə, öz qardaşı Əlqas mirzə-
ni, Məntəşa sultan, bir dəstə Qacar əmirləri, Qarabağ talışlarından 
mürəkkəb 20000 nəfərlik bir qüvvə ilə Qorçibaşı Padarla birlikdə 
Şirvanı almaqa göndərdi. Onlar Şirvana gəldilər.  Şirvanlılar onlara 
boyun əyməyib, qalaları təcrübəli adamlarla möhkəmləndirib, mü-
dafiəyə başladılar. Qızılbaş əsgərləri əvvəlcə Sürxab və daha sonra 
Qəbələ qalasını aldılar.  Şahzadə,  Şirvan qalalarının  ən möhkəmi 
olan Gülüstan qalasını almaq üçün bir dəstə qoşun təyin etdi. Özü 
də  Şahrux mirzənin olduğu Beyqurd qalasına üz qoydu. Şahrux 
mirzənin vəkili Hüseyin bəy, igid və cəsur qoşunu ilə qarşıya çıxdı. 
Beyqurd dərəsində müharibə odu alovlandı. Hüseyn bəy məğlub 
olub qalaya qayıtdı  və qalanı müdafiə etməyə başladı. Dördaylıq 
mühasirədən sonra, Şəki hakimi Dərviş Məhəmməd xan, şirvanlıla-
rın köməyinə gəldi. Şəbxun vurmaq məqsədilə o, qızılbaş ordusuna 
yaxınlaşdı. Nağara vurulub şeypur çalındı, qorçu və sairdən ibarət 
bir dəstə döyüşə  çıxıb qalib gəldi. Dərviş  Məhəmməd xan, qoşu-
nundan bir çoxunu ölümə verdi və heç bir iş görə bilməyib geri 
qayıtdı.  Şirvanlılar köməksiz qaldıqları üçün müqavimət göstərə 
bilmədilər və qalanı müdafiədən aciz olub xəbər göndərdilər ki, 
əgər  şah özü gələrsə, biz qalanı ona təslim edərik.  Əmirlər işin 
keyfiyyətini şaha ərz etdilər. Şah Təhmasib Mərənddən köçüb, qa-
lanın ayağına gəldi. Ertəsi gün vəkil Hüseyn bəy, Şirvanın böyükləri 
və əyan ilə bərabər, Şahrux mirzəni şahın hüzuruna gətirdilər. Qala 
və  xəzinələrin açarlarını  təslim etdilər. Gülüstan qalabəyisi də 
hüzura gəlib qalanı təslim etdi. Vəkil Hüseyn bəy, Şirvanın bir çox 
əyanları ilə bərabər öldürüldü. 
Bir il sonra Şahrux mirzə də vəfat etdi. Şirvan hökuməti şahza-
də  Əlqas mirzəyə tapşırıldı.  Əlqas mirzə  Şirvanda 9 il müstəqil 
hökmranlıq sürdü. Axırda əzəməti, mənsəbi və qoşununun çoxlu-
ğuna güvənərək öz vəlineməti və böyük qardaşı olan padişaha asi 
oldu... 
Bu hadisənin təfsilatı belədir:  Əlqəs mirzə, azğınlıq havasilə 
qardaşının rəyinə müxalif işlər görüb gündən-günə üsyan və 
 
116
müxalifətini artırırdı. Axırda,  Şah Təhmasib onun fitnəsini dəf 
etmək üçün Şirvana hərəkət etdi. Əlqas mirzə  qəflət yuxusundan 
bir az oyanıb, öz keçmiş  hərəkətlərindən peşman oldu. Bağışlan-
maq üçün anasını və oğlu Əhməd mirzəni şahın hüzuruna göndər-
di. Üzr istəyib qəliz andlarla həmişəlik ixlas və itaətə söz verdi. Şah 
özü Gürcüstana yola düşüb, onu çərkəzlərə qarşı cəhada göndərdi. 
Lakin,  Əlqas mirzə xütbəni öz adına oxudub və sikkəni öz adına 
vurdurmuş olduğundan, Şah Təhmasib Gürcüstandan qayıtdıqdan 
sonra, İbrahim xan Zülqədəri, Göycə sultan Qacarı və Şahverdi xan 
Ziyad oğlunu bir dəstə qoşunla basqın üsulilə  Şirvanı almağa 
göndərdi. Bu zaman Əlqas mirzə  hələ  Çərkəzistanda idi. Onun 
ordu başçısı və inanılmış adamı olan Mihtər Dövlətyar onun ailəsini 
və köçünü götürüb Gülüstan qalasına çəkildi. Şahın əmirləri Şirvan 
vilayətini alıb, Gülüstan qalasını mühasirə etdilər.  Əlqas mirzə bu 
xəbəri eşidincə, qayıdıb Dərbəndə gəldi. Əmirlərin üzərinə iki dəfə 
qoşun göndərdisə də, məğlub edildi. Şah Təhmasib əmirlərin kö-
məyinə yeni qüvvə göndərdi, özü də onların ardınca yola düşdü. 
Əmirlər  Əlqas mirzənin üzərinə yürüş etdilər. O, şah ordusu və 
əmirlərinin gəlməsi xəbərini eşidib, qorxuya düşərək Xınalıq tərəfi-
nə qaçdı. Onun adamları dəstə-dəstə dağılmağa başladılar. Əmir-
lər Samur çayı kənarında ona yetişdilər. Lakin o bir çox çətinliklər 
çəkərək, 40-50 nəfərlə Dağıstana, Ğrim Şamxalın yanına getdi. Bu-
radan Kəfəyə (Feodosiyaya), oradan da, İstanbula yola düşdü. Dər-
bənd və Gülüstan qalaları bir müddət onun məmurlarının  əlində 
idi. Bu qalalar alındıqdan sonra, Mihtər Dövlətyar bir neçə nəfərlə 
öldürüldü. Şah Təhmasib Şirvan vilayətini öz oğlu İsmayıl mirzəyə 
verib, Göycə sultan Qacarı da onun xidmətində qoyaraq geri 
qayıtdı. 
Bu zaman, Şirvan sultanları  nəslindən Bürhan mirzə adlı bir 
nəfər Qaytaq camaatının arasında olurdu. Onun tərəfindən verilmiş 
hökm və fərmanlar üzərində olan möhürün mətni belədir: Bürhənli 
ibni-Keyqubad ibni-Əbabəkr ibni-Əmir İshaq ibni-Şeyx İbrahim. Bu 
adam hicri 954-cü (=1547) ildə Şirvana gəlib Qülhanda sakin oldu. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə