Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə32/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

 
129 
Hicri 1010-cu (=1602) ildə,  şəkili  Şahmur xan ilə birlikdə Kürə
Təbərsəran və sair dağlıq yerlərdən qoşun toplayıb, Axtı  və Mis-
kincəni dağıtdı. Lakin, Ağbil ətrafında, Palasa adlı yerdə, o zaman 
Şirvan valisi olan Əhməd paşa ilə vuruşub məğlub oldu. Rumlular 
(türklər) Quba xalqından bir çoxunu öldürdülər. Quba və Müskür 
mahallarını qarət edərək, Qusar kəndində qala tikdirib mühafiz 
qoydular.  Şahmur xan Şəkidə qala bilməyib  İrana getdi. Lakin 
məlum olmadı ki, Əbubəkr mirzənin axırı nə oldu. 
Dağıstan işləri elə qarışıq bir halda idi ki, Çoban Şamxal Qay-
taq, Kürə, Avar və Çərkəz hüdudundan Terek çayına və Xəzər dəni-
zinə qədər hökmran idi. O, hicri 982-ci (=1574) ildə Buynaqda və-
fat etdi. Onun oğlanlarından: Eldar Buynaq və Tarxuda; Məhəm-
məd Qazanışda; Andiya Kafir Qumuqda və  Gəray Hilidə hakim 
oldular. Lakin, bundan sonra, bu dörd xanədana mənsub olan 
şamxallar yaşlarına və kamallarına görə, bütün ölkəyə hökmran 
olurdular. Hicri 1187-ci (=1773) ildən isə,  şamxallıq Buynaq əmiri 
xanədanına keçmişdir. 
Xülasə, Sultan Əhməd Üsminin qızından olan bu dörd nəfər, 
Uzun Çərkəsin qızından olan öz qardaşları Sultan Budu çankə
1
 he-
sab edərək, ona ölkədən hissə vermədilər. O da qədim Əhran şə-
hərinin yeri olan Çilyurda gəldi. Burada sakin olan üç nəfər əndəbili 
qatil ilə  Çərkəzistana getdi. Çoxlu qoşunla geri qayıtdı, qardaşları 
naçar qalıb barışdılar. Sulaq və Terek çaylarının arasındakı yerləri, 
Mıçıqıçın və Salatavın aşağı qismi ilə Günbətin sərhəddi olan Qərxi 
dağına qədər bütün ərazini ona hissə verdilər. O, Qumuq tayfasını 
öz başına toplayıb Çilyurdda yerləşdi. 
Sultan  Əhməd Üsmi ibni-Həsənəli Üsmi cəsarətli, ağıllı  və 
iqtidarlı bir əmir idi. Hicri 996-cı (=1588) ildə, Qaytağın altı əmirli-
yini öz oğlu Xan Məhəmməd Üsmiyə tərk edərək vəfat etdi. Ondan 
dörd böyük iş yadigar qaldı: 
                                                 
1
 Çankə - rəiyyət qızından olan əmirzadəyə deyilir. 
 
130
1)  Əhalinin məşvərət üçün toplandığı boş bir yerdə  Məcalis 
kəndini bina etdi. 
2) Dağıstanda indi də işlənməkdə olan bəy və çankə kəlmələri 
arasındakı  təfavütü müəyyənləşdirli: bu qanuna görə,  əmir qızın-
dan olmayan əmirzadə, əmirliyə yaramaz. 
3) Mülki işlərə dair bir qanun yazdı ki, indi də  Həpşi mahalı 
qazisinin yanında mövcuddur, xalq çox vaxt o qanuna müraciət edir. 
4) Ürcəmil və Başlı əhalisinə mənsub olan boş yerləri, tərəkə-
mə mahalı  təyin etdi. Əhali  əkinçiliklə  məşğul olub əldə etdikləri 
məhsuldan Üsmiyə cüzi bir vergi verirdilər. Bir zaman Üsminin oğlu 
vergi toplamaq üçün oraya getmişdi, Ürcəmil  əhalisi onu təhqir 
etmişdi. O da, guya atasından icazəsiz gedib, öz bacısı oğlu Şam-
xaldan qoşun alıb gətirdi. O mahalın böyüklərindən bəzisini öldür-
dü. Bir az zamandan sonra Üsmi özü, başlarında üsyan havası olan 
sair böyükləri də bir bəhanə ilə toplayıb öldürdü. O zaman Şirvan 
tərəkəmə tayfalarından bir qismi iğtişaş  şərrindən özlərinə asudə 
bir yer axtarırdılar. Sultan Əhməd Üsmi, bunların bir qismini gətirib 
tərəkəmə mahalı  kəndlərinin binasını qoydu və onları öz sülaləsi 
üçün rəiyyət və təbəə qərar verdi. 
Dağıstan işlərinin belə qarma-qarışıq bir zamanında, hicri 
1002-ci (=1594) ildə, rus padişahı Fyodor İvanoviç Dağıstana 3000 
qoşun göndərib Sulaq çayı kənarında Qoysu adlı bir şəhər saldırdı. 
O, Tarxu yaxınlığında da ikinci bir şəhər bina etmək istəyirdi. 
Çoban  Şamxalın oğlanları  Çərkəs, Qumuq və Dağıstan tayfalarını 
toplayıb, ona mane oldular. Boris Fyodoroviç Qodunov Rusiya tax-
tına oturunca, Dağıstanda öz hakimiyyətini möhkəmləndirmək 
üçün üç qala bina etdirdi: birincisi - həmin əvvəlki yerdə, Tarxunun 
yaxınlığında, ikincisi - İndiri kəndində və üçüncüsü də indi məlum 
olmayan başqa bir yerdə. Bu qalaların üçündə  də mühafizlər 
qoydu və onların üzərində Buturlini sərkərdə təyin etdi. 
Bir müddətdən sonra, hicri 1012-ci (=1604) ildə, Sultan Bud 
Çərkəzistandan 13000 əsgər gətirib qardaşı  Gəray xan Şamxal və 
Krım tatarlarının yardımı ilə hər üç qala üzərinə hücum etdi. Qala 


 
131 
mühafizləri çoxlu vuruşmadan sonra, düşmənin vermiş olduğu 
sözə görə, öz vətənlərinə qayıtmaqdan başqa çarə görmədilər. 
Lakin, verilən  əhdin xilafına olaraq, onları  əsir etmək istədikdə, 
ruslar müdafiəyə başlayaraq tamamilə qırılıb məhv oldular. Qoysu-
nun mühafizləri də şəhəri yandırıb öz vətənlərinə yola düşdülər. 
Sultan Bud öz tayfası ilə  gəlib  İndiri kəndində sakin oldu. 
Bütün Qumuq əmirləri, onun oğlanları Aytəmur və Qazanalb nəs-
lindəndirlər. Başqa xalqlara qarışmış olan Qumuq tayfası da bunla-
rın nəslindəndir. İndi 5000-ə yaxın ailədən ibarət olub İndiri, Yax-
say, Küstək, Qazi-Yurd və sair kəndlərdə yaşayırlar. Qum-Turxalı ilə 
Teymur-Quyu arasında, Qoysunun sağ tərəfində sakin olan qədim 
Tumanlar tayfasının da çayları və əkin yerləri var idi. Bunlar öz xü-
susi əmirlərinin nəsli kəsildikdən sonra, gedib Qazanalb Sultan Bud 
oğlu övladına tabe oldular. İndi onlar İndiri kəndinin bir məhəlləsi-
ni təşkil edirlər. 
İndiri əmirləri, öz nəsillərini Avar xanlarına nisbət verən Gün-
bət və Arqunay mahalı  əmirlərindən iki nəfəri öldürdülər. Bir çox 
vuruşmadan sonra barışıq oldu. İndiri əmirləri Çəçən Tala, Gərmən-
çuq,  Şalı, Ataqa və sairdən ibarət olan Mıçıqıçın aşağı hissəsini, 
ölənlərin qan bahası olaraq, varisləri Terlav adlı şəxsə verdilər. Terlav 
Nəşşaqdan bir qədər əhali gətirib, bu yerləri abad etməyə başladı. 
Mıçıqıç adlanan bu ölkə, öz adını  Mıçıqıç çayından almışdır. 
Mıçıqıç, Mıçıq içi deməkdir. Özü də üç yerə ayrılır: dağlıq, meşəlik 
və çöllük... Meşəlik və çöllükdən ibarət olan Ağac Mıçıqıç və Tüz 
Mıçıqıç, əsrimizə qədər Terlav övladından olan öz əmirlərinə xərc 
verirdilər. Terlav oğlu  əmirlərinin öz qədim mülkləri olan Günbət 
və Arqunayda da dağları və başqa yerləri vardı. Bundan başqa bir 
kəndə  də sahib idilər, oradan hər il vergi alırdılar. Həmçinin neft 
mədənləri olan Avuq və Bayan kəndləri, təqribən 2000 evdən və 12 
kənddən ibarət Salatav mahalı, indiri əmirlərinə xərac verib xidmət 
edirdilər. 
Hicri 1014-cü (=1606) ildə Şah Abbas Azərbaycanı fəth etdikdən 
sonra Təbrizdə  qışladı. Köç və ailəsi ilə  bərabər, hüzurunda olan 
 
132
Gürcüstan valisi Aleksandr xanın oğlu Qonstantin mirzəni, xan 
rütbəsi ilə  Şirvan  əmirül-üməralığına təyin etdi. Bəzi adamlara da 
əmirlik mənsəbi verdi, onlar üçün bu vilayətdə nahiyələr ayırdı. 
Aleksandr xana tac, cıqqa, cəvahirlə bəzənmiş kəmər və sair xələt-
lər verib, oğlu Qonstantin xanı əmirlər və qoşunla bərabər Gürcüs-
tana göndərdi.  Əmr etdi ki, oradan Gürcüstan qoşunu ilə  Şirvanı 
almağa getsin. Şirvan ölkəsinin hakimi ilə bir yerdə olan əmirlər 
bunlardan ibarət idi: 
1) Şahmur xan, bu adam Şəkinin qədim valiləri nəslindən olub, 
bir müddət şahın hüzurunda idi. O, Şəki əyalətinə təyin edildi; 2) Şəm-
si xan Qazaqlar; 3) Şamlı oymağından  Əli xan Müvafiq; 4) Qon-
stantin xan ilə qohumluğu olan türkmən Muslu Məhəmməd xanın 
oğlu Bəktaş sultan; 5) Tizrov sultan Müqəddəm; 6) Çakərli  Əxi 
sultan; 7) Şəmsəddinli Əli xan; 8) Ərəşli Əli sultan. 
Aleksandr xan öz oğlu, əmirlər və şahın məiyyətində olan bir 
dəstə tüfəngçi ilə Gürcüstana gəldi. O, Şirvan səfəri tədarükündə 
səhlənkarlıq edirdi; çünki böyük oğlu və vəliəhdi Gürgin mirzə, bu 
işdə ona mane olurdu. Axırda ata ilə  oğlanları arasında iş  çətinə 
düşdü və müharibə ilə nəticələndi. Müsəlman olan Qonstantin xan, 
əmirlərin və qızılbaş qoşununun köməyilə öz atası və qardaşını bir 
yerdə öldürdü və Gürcüstanın müstəqil hökmranı oldu. Sonra, 
səfər tədarükü görüb, hicri 1015-ci (=1606) ilin əvvəllərində, 2000 
qızılbaş  və bir qədər də gürcü qoşunu ilə  Şirvana hərəkət etdi. 
Şirvan vilayətinə  qədəm qoyunca, əyan və  əhalinin çoxu təslim 
oldu.  Şəki hakimi Şahmur xan, bəzi  əmirlərlə pişdar idi. Qəbələ 
hüdudunda, o yerin hakimi Məhəmmədəmin paşa ilə müharibəyə 
girişib onu məğlub etdi. Məhəmmədəmin paşa bir dəstə rumlu ilə 
öldürüldü, sağ qalanlar isə, Qəbələ qalasına çəkildilər. 
Mühasirəçilər qalanı almaq tədarükündə idilər. Şirvan bəylər-
bəyisi Cağal oğlu Mahmud paşa, ətrafdakı Rum əsgərlərini Şamaxı 
şəhərinə topladı, topxana və  hərbi ləvazimat ilə qarşıya çıxdı. 
Qonstantin xan da Qəbələ qalasında bir dəstə mühafiz qoyub, özü 
qalan qoşunla düşmənin qarşısına yeridi. Ağsu çayı kənarında mü-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə