Güney azərbaycan nəSRİ Başlanğıcdan bu günə qədər Antologiya



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə26/159
tarix26.05.2018
ölçüsü2,88 Mb.
#46291
1   ...   22   23   24   25   26   27   28   29   ...   159

85

Bir gecənin son saatlarında

Bir çox evlərdə qadınlar yasa batmışdı. Çünki onların 

ən yaxın adamlarının həyatı təhlükəyə düşmüşdü; iztirab çə-

kirdilər. Tacirlərdən bir hissəsinin iltimasa getmək  əzmində 

olması xə bəri necə olmuşdusa bütün şəhərə yayılmışdı. Qa-

dınlar dillərdə gəzən və qapı-qapı dolanan bu xəbərləri ürək 

döyüntüsü ilə dinləyir və məhbuslara xeyir-dua göndərirdilər. 

Özlərini inandır mağa çalışırdılar ki, ağsaqqalların və tacirlə-

rin iltimasına qələm çəkib, məhkumları əfv etməmək olmaz.

Əslində, ümumi əfv barəsində yayılan şayiələrin mənası 

hamıya aydın idi. Əfv şayiəsinin məqsədi bu idi ki, əfv istə-

yənlərin hamısı üzə  çıxsın, onlar “xəyanətlərindən peşman 

adam lar  kimi”  qələmə verilsin və müqəddəs ideallar yolunda 

mübarizə aparanlar ləkələnsin.

İndi bu məclisdə toplananlar necə olursa olsun, məh-

kumları xilas etməyə çalışırdılar. Bu cinayəti bağışlamaq 

olmaz dı. Ümumi qırğınlardan sonra xalqın ən fədakar oğul-

larından bir dəstəsinin bu cür açıqca ölümə məhkum edilməsi 

xalqın qəlbin də sonsuz bir kin yaranmasına səbəb olmuşdu.

Hacı Məmməd ağa otaqdakılara müraciətlə dedi:

– Əlahəzrəti hümayuninin bizi sərəfraz buyurub, Təbrizə 

təşrif gətirməsindən hörmətli ağaların xəbəri vardır. Onun 

hüzu runa  şərəfyab olub, öz bəndəliyimizi izhar eləməli və il-

timas et məliyik ki, məhkumların əfvini buyursun.

Hacı Məmməd ağa ilə üzbəüz oturan Hacı ağa dedi:

– Öz aramızdan bir neçə nümayəndə seçək, danışıq üçün 

əlahəzrəti hümayuninin hüzuruna göndərək.

Başını təpədən qırxdırmış olan, əlindəki təsbehi çevirmək-

də davam edən Kərbəlayi Qulam cır səslə dedi:

– Ağalar azərbaycanlılardan kifayət qədər öldürdülər. İndi 

heç yol vermək olmaz ki, fars qardaşlarımızın da qanını Təb-

riz torpağında axıtsınlar. Azərbay canlıların qeyrəti bunu qəbul 

elə məz...



86

Həmzə Fəthi Xoşginabi

Kərbəlayi Qulamın səsi  əsəbilikdən titrəyirdi. Başqa 

müla yim bir səs eşidildi:

– Doğrudur, doğrudur! Əlahəzrət çox rəhmkönüldür. Yə-

qin ki, bizim ərzimizə qulaq asar.

Oturanlar çay içirdilər, cürbəcür şirniyyat yeyərək, bir sa-

ata qədər götür-qoy etdilər. Nəhayət, tacirlər və  ağsaqqallar 

ara sından beş nəfər nümayəndə seçildi ki, görüşə icazə almaq 

üçün əvvəlcə valinin yanına getsin.

Hacı  Məmməd ağa öz qonaqlarını  həyət qapısına qədər 

yola saldı və fi kirli halda evə qayıtdı.

* * *


Gecənin bu vaxtında qapının döyülməsindən təəccüb-

lənən Hacı Məmməd ağa hərasan yuxudan qalxdı. Paltosunu 

çiyninə saldı. O, evdə nökər saxlamazdı və arvad-uşaq ayıl-

masın deyə özü qapıya getdi.

Gələn Zöhrə idi. Tacirlərin iclas etdiklərini, iltimasa 

gedə cəklərini o da eşitmişdi. Ancaq Zöhrə iclasın Hacı Məm-

məd ağa  gildə keçirilməsindən tamamilə  xəbərsiz idi. Zöhrə 

əlacsızlıq üzün dən buraya gəlmişdi. Başqa qonşulara getməyə 

cəsarət et məmişdi. Hacı Məmməd ağanın azarsız bir adam ol-

duğunu bilir di.

– Bacı, qızım, kimsən, nə istəyirsən? – deyə Hacı Məm-

məd ağa küçənin qaranlığında durmuş çadralı qıza müraciətlə 

dilləndi. – Gecənin bu vaxtında xeyir ola?

– Mən sizin qonşunuzam, Hacı ağa. Sizi deyib qapınıza 

gəlmişəm.

Hacı  Məmməd ağa qızın nə istədiyini başa düşmədi və 

tə əc cüblə ona baxdı. Sonra dalanın elektrik çırağını keçirtdi.

– Qızım, gəl içəri, – dedi.

Evdə Zöhrə əhvalatı söylədi və dedi ki, onun dayı oğlusu 

evə gələrkən nizami hökumət məmurları ilə rastlaşmış, nahaq 




87

Bir gecənin son saatlarında

yerə  dəjbana aparılmaqdan qorxduğundan onların  əlindən 

qaç maq  istəyəndə yaralanmışdır.

– Hacı ağa, onu xilas etmək lazımdır, – deyə Zöhrə ümid 

dolu gözlərini ona dikdi. – Həkim olmazsa, yazıq tələf olar.

– Gecənin bu vaxtı kimi tapmaq olar, qızım! Bir də özün 

deyirsən ki, nizami hökumət məmurları küçələri gəzirlər. Bəs 

onlar deməzlər ki, haraya gedirsən?

Doğrudan da, gəl-get qadağan edildiyi bu şəraitdə haraya 

getmək olardı? Bunu indicə başa düşürmüş kimi Zöhrə çaşıb 

qaldı, qeyri-ixtiyari olaraq onun göz yaşları yanaqlarına axdı. 

Hacı Məmməd ağa dedi:

– Tutaq ki, dedim gedirəm həkim dalınca, birdən onlar 

mənə inanmadılar və gəldilər sizə. Yaralını da gördülər. Bəs 

onda necə olsun? Bərk yaralanıb?

– Bərk yaralanıb. Çox qan itirib. Huşsuz halda evdə uzat-

mışam.

Zöhrə yenə də ağlayırdı. O özünü saxlaya bilmədi:



– Hacı  ağa, qiyamət günü ətəyindən tutaram, – dedi. – 

Mən bilirəm ki, siz də nahaq qan tökülməsinə razı olmazsınız. 

Hər şey ondan, bu yaralıdan asılıdır. O, dilə gəlməsə, danış-

masa, yersiz qanlar tökülə bilər.

Zöhrə dediyinə peşman olmuş adam kimi birdən susdu. 

Əslində isə o doğru deyirdi, – Səiddən bir xəbər çıxmasay-

dı, zindana hücum ola bilərdi. Bəlkə də hücum eləmək lazım 

deyildi. Onda bu biri fi rqəçilərin də həyatı təhlükəyə düşər-

di. Bəlkə də hücum olunmalıdır. Onda fi rqəçilər hər şeydən 

xəbərsiz olduqları üçün hücum etməyə də bilərlər. Yenə işlər 

korlanar və  məhbuslar həlak olarlar. Bütün bunları düşünən 

Zöhrə sarsıldı. O, yerə oturdu. Hacı Məmməd ağa otaqda gə-

zinir və fi kirləşirdi.

– Bir də ki, qızım, indi hansı həkimə inanmaq olar?

– Siz Mehdinəjadı tanıyırsınız? Ona müraciət eləmək olar.



88

Həmzə Fəthi Xoşginabi

– Tanıyıram, yaxşı  həkimdir. Ancaq qorxuram ki, sizin 

yaralını...

– Yox, yox, ona xəbər vermək mümkün olsaydı...

Hacı Məmməd ağa bir qədər də otaqda var-gəl etdikdən 

sonra dedi:

– Sakit ol, qızım! Allaha təvəkkül, mən gedirəm. Olmaz 

ki, bir adam bizim gözümüzə baxa-baxa ölsün. Ancaq sən biz-

də qal. Birdən məmurlar mənə inanmasalar, bizə gələrlər. Sən 

özünü naxoşluğa vura bilərsən? Mən deyəcəyəm ki, sənin ürə-

yin keçmişdi. Yaxşı, Mehdinəjadla açıq danışmaq olar?

– Olar! Deyin ki, Səid yaralanıb. O özü hər  şeyi başa 

düşər.

Hacı  ağa o biri otağa keçdi. Arvadını oyatdı. Dedi ki, 



“naxoşa” yataq düzəltsinlər. 

* * *


Səidin yaralanmasından heç kəsin xəbəri yox idi. Dalda 

küçələrdən birində olan bu evdəki adamlar çoxdan idi ki, onu 

gözləyirdilər.

– Bəs bu Səidin başına nə gəldi? – Otağın yuxarı başın-

da oturan adam dilləndi. Bu ortaboylu, arıq və üzünü çoxdan 

qırx dırmamış olan adamla üz-üzə oturan Kürd Həsən, əllərini 

qız dırmaq istəyirmiş kimi, manqalın üstündə tutduğu halda 

dedi:


–  İbrahim, vaxtı fövtə vermək olmaz. Səhər yaxınlaşır. 

Hücum eləyək!

Sən də kürdlüyünə salma, – deyə başqa bir cavan oğlan 

zarafatla sözə qarışdı. – Nə olursa olsun, fəqət kürd dava-dö-

yüşə çıxsın.

– Kürd Həsən düz deyir, – arxasını divara söykəyib siqar 

çəkən ucaboylu, sağlam bədənli Mənuçöhr də İbrahimə müra-

ciət etdi. – Oturub gözləməkdən bir şey çıxmaz. Biz onsuz da 

vəziyyətlə tanışıq. Məhbusların ümidi ancaq bizədir.



Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə