Yığma tərtibatları
364
(yaylar, resorlar, rezin üzüklər və s.) düyümə
daxil edilməsi, həmçinin gərilməli oturtmanı
reallaşdırmaq üçün onların ilkin deforma-
siyasına imkan verən tərtibatlar da tətbiq olu-
nurlar. Bu növ tərtibatlar işçilərin əməyini
yüngülləşdirir, məhsuldarlığı artırır. Adətən
onlar gücləndiricilər (linglə, vintlə və ya
kombinə olunmuş şəkildə) və güc mexanizm-
lərindən (pnevmatik, elektrik və hidro ötür-
mələr) istifadə etməklə əllə işə salınır.
Şəkil 1-də üzüklərin porşenə keçirilməsini
həyata keçirmək üçün tərtibat göstərilmişdir.
Şəkil 1. Porşen üzüklərini oturtmaq üçün tərtibat
Şəkil 2. İlişmə muftasını yığmaq üçün pnevmatik
tərtibat
Üzüklər (4) açarları aşağı yönəlmiş şəkildə,
yarım üzüklər (6) arasında oturdulur. Konus
tutqacı (3) linglə (1) üzüyə daxil edilir və
onları porşenə keçməyə imkan verən ölçüyə
qədər genişləndirir. Pedalı basdıqda oynaqlı
sistemin (2) və sürüngəcin (7) vasitəsilə yarım
üzük və üzük sıxılır, itələyici (3) sola qayıt-
dıqda üzük aralanmış şəkildə tutulur. Porşen
yerləşdirildikdən sonra pedal buraxılır və
üzüklər təyin olunmuş yerə otururlar.
Pnevmatik işləyən tərtibata nümunə kimi
şəkil 2-də avtomobil mühərrikinin ilişmə muf-
tasının yığılması üçün bir tərtibat göstəril-
mişdir. Yığma zamanı sıxıcı disklə (2) qabıq
(3) arasında yerləşən yaylar ilkin olaraq sıxıl-
malıdır. Bu, pnevmatik ötürmə (5) ilə əlaqələn-
dirilmiş Г-formalı dörd tutqacla (4) qabığın
basılması ilə əldə edilir. Sonra qaykalar bağla-
nır. Tutqaclar qaldırıldıqdan sonra yığılmış
mufta tərtibatdan götürülür.
(alm. die Montagevorrichtungen, ingl. Mounting de-
vices)
Yığmada ilkin gərilmə qüvvəsi bolt-qayka
birləşməsinin verilmiş funksiyaya uyğun tə-
minatlı işləməsi üçün əvvəlcədən xüsusi
alətlərin köməyi ilə yaradılan qüvvədir. Boltu
əl və ya açarla nəzarətsiz bərkitdikdə tətbiq
olunan qüvvə təbii olaraq meyillənir və ona
görə də, bu üsulla yalnız ikinci dərəcəli bolt
birləşmələri bərkidilir. Təhlükəsizlik baxı-
mından böyük əhəmiyyət daşıyan birləşmə-
lərdə nəzarətli bərkitmə çox vacibdir (şəkil 1).
Nəzarətli bərkitmə zamanı aşağıdakı üsul-
lardan istifadə edilir:
Fırlanma momentini tənzimləməklə bər-
kitmə, bu halda qüvvə meyillənməsi yiv və
boltun baş hissəsinin sürtünməsi tərəfindən
yaradılır,
Dönmə bucağını tənzimləməklə bərkitmə,
burada bolt birləşməsi öncə müəyyən ilkin
momentlə bərkidilir. Bu mövqedən başla-
yaraq bolt hesablanmış bucaq qədər döndə-
rilir və elastiki sərhəddən yuxarıda bərkidilir.
Uzanma sərhədli bərkitmədə bərkitmə
momenti ilə bərkitmə bucağı arasındakı
nisbət daimi ölçülür və qiymətin kiçilməyə
başladığı anda çəkmə dayandırılır.
Bucaq və uzanma sərhədli bərkitmədə ya-
ranan qüvvəyə əsasən boltun materialının
uzanma həddi və yivdəki sürtünmə təsir edir.
Yığmada ilkin gərilmə qüvvəsi
365
Şəkil 1. Bolt bərkidən alətlər
a-mexaniki, b-elektron nəzarətli
Bərkitmə qüvvəsinə təsir edən əsas parametr
təcrübi yolla əldə edilmiş
çəkmə faktorudur:
Ən kiçik bərkitmə qüvvəsinin (məsələn: sıxı-
cılarda,
kipləşdirici
elementlərin
bərki-
dilməsində, sürtünməli birləşmədə normal
qüvvə) istismar zamanı təmin edilməsi üçün
F
gmax
=k
A
⋅
F
gmin
maksimal gərilmə qüvvəsini
tətbiq etmək gərəkdir.
Minimal gərilmə qüvvəsi aşağıdakı düsturla
tapılır:
F
vmin
=F
S
+F
O
+F
İ
⋅
(1-
Φ
)
burada: F
S
- tələb olunan sıxıcı qüvvə,
F
O
- oturmada itən qüvvə,
F
İ
- istismar zamanı təsir edən qüvvə,
Φ
- yiv birləşməsində elastiki yerdə-
yişmələr sayəsində yaranan qüvvələr
nisbətini göstərir.
(alm. die Montagevorspannkraft, ingl. Assembly
preload force)
Yığmanın dəqiqliyi məmulu yığma texnoloji
prosesinin xarakteristikası və xassələrini əhatə
edən göstəricidir. Yığmanın dəqiqliyi mə-
mulun parametrinin həqiqi qiymətlərinin tex-
niki sənədlərdə verilmiş qiymətlərlə uyğunluğu
sayəsində təmin edilir. Yığmanın dəqiqliyi
aşağıdakı amillərdən asılıdır:
1. Ölçü və forma dəqiqliyi,
2. Hissələrin qovuşan səthlərinin kələkö-
türlüyü,
3. Yığmada hissələrin qarşılıqlı vəziyyəti,
4. Texnoloji vasitələrin texniki vəziyyəti,
5. Yığma zamanı “avadanlıq-tərtibat-alət-mə-
mul” sisteminin deformasiyası.
→
Ölçü zəncirlərinin köməyi ilə yığmanın
dəqiqliyini analitik üsulla tapmaq mümkündür.
Ölçü zənciri onun qiymətlərini və müsahi-
dələrini müəyyən edən, qarşılıqlı əlaqədə olan
ölçülərin qapalı konturudur. Ölçü zənciri
təşkiledicilərdən, çıxış bəndindən ibarətdir.
Yığılan maşın üçün əsas sayılan çıxış bəndinin
dəqiqliyi natamam və ya qrup üzrə
→
qarşılıqlı
əvəzolunma, çatdırma və ya tənzim edilməklə
təmin edilə bilir. Yığmada dəqiqliyin təmini
yolları konkret istehsal şəraitindən asılıdır.
Tam və ya natamam
→
qarşılıqlı əvəzolunma
əsasında yerinə yetirilən yığmanın dəqiqliyi
kütləvi və iri seriyalı istehsalda həyata keçi-
rilir. Kiçik seriyalı istehsalda və fərdi isteh-
salda qarşılıqlı əvəzolunma prinsipi iqtisadi
cəhətdən özünü doğrultmayıb və nadir hallarda
tətbiq olunur. Bu istehsalda hissələrin emalı
heç bir xüsusi tərtibatdan istifadə olunmadan
universal
avadanlıqlarda
yerinə
yetirilir.
Nəzarət isə heç də lazımi dəqiqliyə cavab
verməyən universal ölçmə vasitələrinin tətbiqi
ilə aparılır. Hissənin səthlərinin qarşılıqlı yer-
ləşmədən
meyillənməsi
emal
prosesində
buraxılabilən həddi az hallarda keçir.
Maşınların və düyümlərin yığılmasının də-
qiqliyini xarakterizə edən parametrlər adətən
min
max
V
V
A
F
F
k
=