Yeyilməyə davamlıq
360
yilməyə davamlığı haqqında məlumat labora-
toriyada real yeyilmə şəraitini moddelləş-
dirməyə imkan verən maşınlarında sınaq yolu
ilə əldə olunur.
(alm. die Verschleißfestigkeit, ingl. Wear resistance)
Yığma qəfəsi dedikdə avtomatik işləyən, pəs-
tah və alət təminatı sistemləri ilə təchiz olun-
muş yığma məntəqəsi nəzərdə tutulur. Yerinə
yetirilən işin əsas məqsədi bir düyümü və ya
məmulu tam yığmaqdan ibarətdir. Bütün funk-
siyaların və proseslərin koordinasiya edilməsi
mərkəzi kompyüter tərəfindən yerinə yetirilir
(şəkil 1). Şəkildə göstərilmiş qəfəsdə pəstah
titrəmə nəqledici sistemi, maqazin və ya fır-
lanan boşqabla verilir. Onlar böyük xərc tələb
edirlər. Yığma qəfəsləri avtonom işləyr və la-
zım gəldikdə xətti nəql sistemləri ilə əlaqələn-
dirilə bilirlər.
Şəkil 1. Yığma qəfəsi
(alm. die Montagezelle, ingl. Assembly cell)
Yığma maşınları maşınların avtomatlaşdırıl-
mış yığılmasında tətbiq olunur. Onlar me-
xaniki proseslərlə bərabər taktdan asılı olaraq
əl işlərini də əhatə edə bilir. Yüksək avtomat-
laşdırma dərəcəsinə malik yığma maşınlarında
əl işləri nəzarət, hissələrin yüklənməsi və s.
köməkçi işlərdən ibarətdir. Yığma maşınları
bir (→bir yerli yığma maşını) və ya bir neçə
yerli (→çox yerli yığma maşını) olurlar (şəklil
1). Bundan əlavə çox yerli yığma maşınları
sinxron, asinxron, taktlı, fasiləsiz olaraq
sinifləşdirilirlər. Yığma maşınları adətən bir
məqsədli maşınlar qrupuna aid edilirlər. Əlavə
funksiyaları yerinə yetirmək üçün onlara
→sənaye robotları qoşulur. Bununla yığma
maşınlarının imkanlarını sərbəst proqram-
laşdırmaqla genişləndirmək mümkünləşir.
Yığma maşınlarının tərkib hissələri gövdə,
əsas və köməkçi hissələrə bölünürlər. Gövdəyə
çatı, lövhələr, üzərində ötürmə sistemini və işçi
hissələri götürən konsol daxildir. Bu hissələr
hər şeydən əvvəl yüksək statik və dinamik
sərtliyə malik olmalıdırlar. Əsas hissələr pro-
sesin aparılmasını mümkün edən hərəkət və
işçi modullardan (məs. vint düyümü) ibarətdir.
Əsas hissənin quruluşu maşının yerinə yetir-
diyi tapşırıqdan asılıdır. Köməkçi hissələr
idarəetmə, hissənin verilməsi və nəzarətini öz
üzərinə götürürlər.
Şəkil 1. Yığma maşınlarının təsnifatı
(alm. die Montagemaschinen, ingl. Assembly ma-
chines )
Yigma masinları
Bir yerli
yigma maşını
Çox yerli yıgma
maşını
Robotla
yigma yerli
Sinxron
taktla işləyən
Asinxron taktla
işləyən maşınlar
Sinxron fasiləsiz
işləyən maşınlar
Xüsusi
maşınlar
Dairəvi
taktlı
Üzükformalı
stollu maşınlar
Dairəvi stollu
maşınlar
Brabanlı
maşınlar
Düzxətli
taktlı
Xətti taktlı
maşınlar
Düzbucaqlı
takt maşınları
Yığma
qəfəsi
Yığma
xətti
Rotor yığma
maşınları
Uzununa gedişli
maşınlar
Yığma məntəqəsi
361
Yığma məntəqəsi maşın istehsalında yığma
prosesinin tərkib hissəsi olub, əsasən bir yığma
yerində cəmləşir. Avtomatlaşdırma dərəcəsin-
dən asılı olaraq əl ilə, avtomatlaşdırılmış və
çevik avtomatlaşdırılmış məntəqə fərqlənir.
Sonuncu üçün yığma robotu və ya proqram-
laşdırılabilən
→
manipulyator əsas təşkiledici
sayılır. Bunlar müəyyən mənada işçini əvəz
edirlər.
(
alm. die Montagestation ingl.
Assembly station)
Yığma pressləri kənd təsərrüfatı məhsullarını
(ot, saman) yığmaq, sıxmaq və topada bir-
ləşdirmək üçün tətbiq olunur. Onlar traktorla-
rın valındakı çəngələ qoşularaq dartılır. Bu
maşın stasionar maşınların əsasında yaradıl-
mışdır. 1870-ci ildə amerikalı Dederik metal
çubuq presləmə maşınını ixtira edir (şəkil 1).
Şəkil 1. Dederikin pressləmə maşını
Onun ideyası əsasında yaradılmış presləmə
maşınında yığılmış hər bir yumaq sonrakı
qatları yenidən sixmaq üçün əsas yaradırdı.
Dederikin ixtira etdiyi maşın prinsipi o vaxtlar
otbiçən maşınla kombinasiya olunmuş şəkildə
tətbiq olunmağa başlayır. Məqsədi biçmə
zamanı yaranan saman çöplərini fasiləsiz
olaraq yumaq şəklinə salmaqdan ibarət idi.
Kombaynların texniki çəhətdən reallaşdırılma-
sı çətinlik yaratdığından onlar geniş tətbiq tapa
bilmirlər. Bunun əksinə olaraq yırğalanan por-
şenlə sıxma prinsipi daha asan həyata keçirilir.
Porşenlərdə 2÷3 bar həddində məhdudlaşdı-
rılmış təzyiq quru məhsulları 80 kq/m
3
(sa-
man) və 100 kq/m
3
(quru ot) sıxlığında yu-
malaya bilir. Presləmədə əldə olunan sıxlığı
artırmaq üçün 1960-cı illərdə yenidən sıxma
üsuluna qayıdılır. 3÷5 bar təzyiq altında bu
maşınlarda saman çöplərini 120 kq/m
3
və ya
150 kq/m
3
(quru otları) sıxlığında dördkünc
şəklində bağlamaq olurdu. Yumaqların çəkisi
nəql etmək baxımından 15 kq-a qədər məhdud-
laşdırılır. Bu maşınlardan böyük sayda hazırla-
naraq geniş tətbiq olunmuşdur (şəkil 2).
Şəkil 2. Yığma presləri iş zamanı
(alm. die Aufsammelpresse, ingl. Pick-up baler)
Yığma prosesində dəqiqliyə nəzarət birləş-
mədə, yığma vahidlərində və maşınlarda icraçı
səthlərin qarşılıqlı yerləşməsinin və icraçı səth-
lərin hərəkətinin texniki tələbata uyğun gəl-
məsini yoxlamağa imkan verir. Ümumi halda
nəzarət vizual və texniki ölçmə vasitələrinin
(universal, xüsusi, mexanikləşdirilmiş, avto-
matlaşdırılmış) köməyi ilə aparılana bölünür-
lər. Praktikada tətbiq olunan vasitəsiz nəzarət
ölçməsində səthlərdə ləkələr və araboşluqların
olması, səthin halı və s. vizual yoxlanılır. Bu
üsul göründüyü kimi subyektivdir.
Texniki vasitələrdən istifadə etməklə qovuşan
səthlər arasındakı məsafəyə və hissələrin nisbi
yerləşməsinə nəzarət edilir. Bunun üçün
→
uzunluq ölçü vasitələri,
→
ştangen-pərgar,
mikrometrik alətlər, lingli-mexaniki, elektrik
və pnevmatik cihazlar, həmçinin
→
optik öl-
çmə sistemlərindən istifadə olunur. Nəzarətin
dəqiqliyi bu halda ölçmə cihazının yoxlanılan
düyümdə, məmulda düzgün mövqeləşdirilmə-
sindən, həmçinin ölçmə sistemin sazlan--
masından və ölçmənin yerinə yetirilmə dəqiq-
liyindən asılıdır. Nəzarətin hər mərhələsində
xətalar yaranır ki, bu da sonda ümumi də-
qiqliyi aşağıya salır.